KÜLƏYİN XƏFİF LƏPƏ NİŞANƏSİ

külək tutmayan yamacı dik olan ləpənin asimmetrik əlaməti. Tirələr adətən qövsvari olub, paralelə yaxın formada yerləşir. Küləyin istiqamətinin dəyişməsi nəticəsində yaranan, kəsişən tirələr sistemi də müşahidə edilir. Su hövzələrinin sahillərində qumsal çöküntülərin açıq səthində səhra qumlarında əmələ gəlir. знаки ряби ветровые wind ripple-marks
KÜLƏKTUTMAYAN SAHİL
KÜRSÜLÜ DÜZƏNLİK
OBASTAN VİKİ
Xəfif ləpə
Xəfif ləpə (rus. рябь, ing. ripple) — küləyin təsiri altında dalğalanmanın başlanğıc forması. Dənizin hamar səthi kələ-kötürlənir və sanki pulcuqlarla /kapilyar sularla/ örtülür. Ləpələr uzun müddət qalmır, və küləyin sürəti artdıqca qravitasion dalğaya çevrilir.
Sebayaşi xəfif ləpə nişanələri
Sebayaşi xəfif ləpə nişanələri (瀬林の漣痕, Sebayaşi no renkon) – Yaponiyanın Qunma prefekturasının Kanna qəsəbəsinin yaxınlığında yerləşən təbiət abidəsi. Dağ uçurumundakı bir divarda yerləşən qədim xəfif ləpə nişanələrindən və 50-yə yaxın dinozavr izindən ibarətdir. == Tarixi == Sebayaşi xəfif ləpə nişanələri Kanna qəsəbəsinin 299-cu magistralı boyunca davam edən Sezanami-iva adlı dağ uçurumu divarında yerləşir. Nişanələr ilk dəfə 1953-cü ildə yol tikintisi zamanı kəşf edilmişdir. Kəşf edildiyi zaman sadəcə qədim xəfif ləpə nişanələrindən ibarət olduğu düşünülürdü. Yaxınlığında yerləşmiş keçmiş bir kəndin adı ilə Sebayaşi xəfif ləpə nişanələri adlandırılmışdır. 23 iyul 1965-ci ildə təbiət abidəsi elan olunmuşdur. Qaya 1957-ci ildə Qunma Universitetinin alimləri tərəfindən araşdırılmış və xəfif ləpə nişanələrinin yanında "qəribə dəliklər"in olduğu bildirilmişdir. 1985-ci ildə ildə aparılmış araşdırmalar nəticəsində bu dəliklərin dinozavrların ayaq izləri olduğu məlum olmuşdur. Bu, Yaponiyada kəşf edilmiş ilk dinozavr izləri kimi tarixə düşmüşdür.
Küləyin istiqaməti
Küləyin istiqaməti. Külək istiqaməti və surəti ilə səciyyələnir. Surət m/san və ya Bofort şkalası üzrə (0-12 bal ilə) göstərilir. Küləyin istiqaməti və surəti flüger və anamometr vasitəsilə ölcülur. Surəti 0-dan 50 m/san-yədək, yüksək təbəqələrdə qasırğa zamanı 100 m/san-yədək olur.
Küləyin sürəti
== Külək == Atmosfer təzyiqinin paylanmasından asılı olaraq hava həmişə üfiqi istiqamətdə yer dəyişir. Havanın üfiqi istiqamətdə belə yer dəyişməsinə külək deyilir. Külək həmişə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru əsir. == Küləyin sürəti == Küləyin sürəti və istiqaməti daima dəyişir. Yer səthində küləyin orta sürəti 5–10m/san olub, bəzən isə güclü atmosfer tufanları zamanı 50m/san.-yə çatır. Atmosferin yuxarı təbəqələrində şırnaq axınlarında küləyin sürəti daima 100 m/san bərabər olur. Küləyin sürəti m/san, km/saat və düyümlərlə ifadə olunur. Metr saniyədən düyümlərə keçmək üçün m/san-ni 2-yə vurmaq lazımdır. Bundan başqa küləyin sürətini ballarla (Bofort şkalası) ifadə etmək olar. Mümkün ola bilən küləyin sürətləri 12 balla ifadə edilir.