Küllük (İğdır)
Küllük — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İqdır şəhərindən 15 km uzaqlıqdadır. İqlimi kontinentaldır.
== Tarixi ==
Kənd əhalisi 1915-ci il hadisələrində erməni daşnaqlarının zülmündən qaçmaq məcburiyyətində qalır. Onlar Xoy, Van və Ağrı bölgələrinə köç etmişlər. Cümhuriyətin elanından sonraki dönemde geri dönüş başlamışdır.
== Coğrafiya ==
İğdırdan 15 km uzaqlıqdadır. Kəndin şərqində Yaycı, Hakmehmet ve Quzugüdən, qərbində Çalpala, cənubunda isə Yuxarıçarıqçı, şimalında Bayraqtutan kəndləri yerləşir.
== Əhalisi ==
Kənd əhalisi azərbaycan türklərindən ibarətdir.
== Təsərrüfat ==
Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil edir.