KƏHƏR

sif. Açıq-şabalıdı rəng (at haqqında).
Qurbanəli bəyin nökəri bir kəhər atın çilovundan yapışıb bir az kənarda dolandırırdı. C.Məmmədquluzadə.
Kişnəyəcək qaşqa, kəhər atım mənim; Xallı toplan ayağına dolaşacaq; Kənd qızları təzə xəbər danışacaq. M.Araz.

// İs. mənasında. Həmin rəngdə olan at. Kəhərə minmək. Kəhəri çapmaq.
– Kəhərin sinə bəndi; Ovçunun binə bəndi; Mən dərddən qaçaq oldum; Dərd məndə binələndi. (Bayatı).

Антонимы

  • KƏHƏR KƏHƏR – YABI Kəhər olmasın lap yabı olsun, mollaya bir at vacib idi (Mir Cəlal)

Этимология

  • KƏHƏR Alınma sözdür, türk dillərində həmin sözün yerinə törük, doruq, dür sözü işlədilib. Tuva dilində indi də doruq sözü mövcuddur
KƏFRƏMLİ
KƏHİLDƏMƏ

Значение слова в других словарях