Kəngər körfəzi
İran körfəzi həmçinin Ərəb körfəzi və ya Bəsrə körfəzi (türk. Basra Körfezi; fars. خلیج فارس - Xəlic-e Fars; ərəb. الخليج العربي - əl-Xəlicül-ərəbi, əl-Xəlic əl-ərəbi) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir.
Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var.İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Azərbaycanda bu körfəz İran körfəzi adlanır ki, bu yanlış addır və heç bir tarixi əsası yoxdur.
Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır.