Kalender

der; -s, - təqvim
Kaldaunen
Kalfaktor
OBASTAN VİKİ
Kalenderhane məscidi
Theotokos Kyriotissa Kilsəsi (yun. Εκκλησία της Θεοτόκου Κυριώτισσας) və ya Kalenderhane Məscidi – İstanbulun Vəfa səmtində yerləşən bir Şərqi Roma binasıdır. Bozdoğan kəmərinin ən şərq ucunun cənubundadır. Şərq Pravoslav Kilsəsi formasındadır. XVIII əsrdə Osmanlılar tərəfindən məscidə çevrilmişdir. Çox güman ki, kilsə əvvəlcə Theotokos Kyriotissaya həsr olunmuşdu. Bina, yunan xaçlı kəmərli Bizans kilsəsinin mövcud olan bir neçə nümunəsindən biridir. Plan və üslub xüsusiyyətlərinə görə binanın IX və ya X əsrə mənsub olduğu güman edilir. Bina ilk dəfə Osmanlı dövründə Qələndər təriqətinə mənsub dərvişlər tərəfindən istifadə olunduğundan, adı Qələndərxana olmuşdur. Məscidin həyətində kilsənin ilk vaxtlarında tikiliyə daxil edilmiş, lakin indi dağılıb xarabalıqları qalmış divar qalıqları mövcuddur.