KALTA

сущ. бот. калужница (травянистое растение сем. лютиковых с желтыми цветками), см. sunərgizi
KALSİUMLU
KALVİL
OBASTAN VİKİ
Kalta
Sunərgizi (lat. Caltha) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Kalta-Minar
Kalta-Minar (özb. Kalta Minor) — Xivədə İçan-Kala sitadelinin ərazisində yerləşən yarımçıq minarədir. Məhəmmədəmin xan mədrəsəsinin sağında yerləşir və bəzən onun bir hissəsi hesab olunur. Kalta Minar adı özbək dilindən qısa minarə kimi tərcümə olunur. == Tarixi == Kalta-Minar Xivə xanlığının xanı Məhəmmədəmin xan tərəfindən müsəlman dünyasının ən böyüyü və ən hündürü minarəsi kimi yaradılmışdır. Onun planına görə, minarənin hündürlüyü 70-80 metr olmalı, diametri yüksəldikcə kəskin şəkildə azalmalı idi ki, bu da minarəni daha davamlı edəcəkdi. Onun təməlinin diametri 14,2 metrdir. Tikintisinə 1852-ci ildə başlanılır və 1855-ci ildə minarənin hündürlüyü 29 metrə çatanda gözlənilmədən tikinti dayandırılır. Xivəli tarixçi və yazıçı Agahinin yazdığına görə, tikintinin təşəbbüskarı, Seraxs yaxınlığında türkmənlərlə döyüşdə həlak olan Məhəmmədəmin xanın 1855-ci ildə vəfat etməsi səbəbindən tikinti başa çatmamışdır. 1996-1997-ci illərdə Özbəkistanın tarixi memarlıq abidələrinin yenidən qurulması üzrə genişmiqyaslı kampaniya çərçivəsində və Xivə şəhərinin 2500 illik yubileyi münasibətilə minarə əsaslı şəkildə bərpa edilib.
Kaltanissetta
Kaltanissetta (it. Caltanissetta) — İtaliyanın Siciliya regionunda şəhər.
Kaltasin rayonu
Kaltasin rayonu (başq. Ҡалтасы районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Kaltası kəndidir. == Coğrafi yerləşməsi == Başqırdıstanın şimal-qərbində yerləşir. Rayonun ərazisi 1564 km² təşkil edir. Ərazisi şimaldan cənuba 47 km, şərqdən qərbə 63 km məsafədə uzanır. Şimalda Yanaul, şərqdə Buraev, cənubda Dyurtyurlin, qərbdə Krasnokamski rayonu ilə sərhədlənir. İqlimi kontinental, isti və bir az quraqdır. Ərazisində əsasən boz meşə torpaqları geniş sahə tutur. İynə və geniş yarpaqlı meşələr ərazisinin 33,6 % tutur.

Digər lüğətlərdə