Nəmləşdirici kameralar
Nəmləşdirici kamera — havanın nəmliyini dəyişdirmək üçün istilik-nəmlik emalı qurğusu.
Nəmləşdirici kameralarda hava axını bilavasitə püskürülən su ilə qarşılaşır, istilik-kütlə mübadiləsi nəticəsində hava soyudulur-nəmləşdirilir, ya da soyudulur-qurudulur, su isə kameranın dibliyinə axır və oradan soyuducu maşının buxarlandırıcısına vurulur.
Nəmləndirici kamera aşağıdakı konstruktiv elementlərdən ibarətdir:
1 - hava paylayıcı ;
2 - forsunkalı dikborular ;
3 - damcı tutan ;
4 - işlənmiş suyun yığılması üçün diblik (ləyən) ;
5 - püskürdülən suyun temperaturunu tənzimləyən üçgedişli qarışdırıcı-tənzimləyici klapan ;
6 - forsunkalara su vuran nasos ;
7 - artıq suyu axıdan qurğu ;
8 - su səviyyəsini tənzimləyən üzgəcli (kürə şəkilli) klapan ;
9 - su təmizləyici filtr.
Kamerada forsunkalar iki cərgə dayaqlarda yerləşdirilir. Birinci cərgədə forsunkalar hava hərəkəti istiqamətində sıx, ikinci cərgədə isə hava hərəkətinə əks istiqamətində seyrək yerləşdirilir. Forsunkalarda suyun təzyiqi P>20 kPa olarsa, daha məhsuldar iş rejimi əldə edilir.
Adətən nəmləşdirici kameralar iki formada hazırlanır və bir-birindən yalnız forsunkaların sayına görə fərqlənir. Kamerada həm izoentalpik, həm də politropik prosesləri aparmaq mümkündür. Kameranın en kəsiyinin istənilən nöqtəsində havanın hərəkət sürəti 3 m/san; aerodinamik müqavimət isə 160 kPa–dan çox olmamalıdır.
Nəmləşdirici kameranın soyuqluğa görə məhsuldarlığını təyin etmək üçün kameranın istilik balansı tənliyi tərtib edilir:
G
h
(
I
b
−
I
s
)
=
C
s
u
⋅
W
s
u
(
τ
s
.