Kapitol Hillin sirli soda avtomatı
Kapitol Hillin sirli soda avtomatı (ing. Capitol Hill's mystery soda machine) – ABŞ-nin Sietl şəhərinin Kapitol Hill bölgəsində yerləşən Coke avtomatı. 1990-cı illərin əvvəllərindən fəaliyyət göstərən avtomat 2018-ci ildə müəmmalı şəkildə yoxa çıxmışdır. Avtomatın kim tərəfindən idarə edildiyi naməlumdur.
Avtomatın üstündə 6 ədəd "? mystery ?" (azərb. ? müəmma ?) düyməsi vardı və düymələrin birinə basdıqda nadir içki konservləri düşürdü. Bu içkilər həm artıq ABŞ-da əldə oluna bilməyən, həm də 1980-cı illərdən satılmayan nadir içkilər idi. Məsələn, bu sirli avtomat vasitəsilə "Mountain Dew White Out", moruq dadlı "Nestea Brisk", "Hawaiian Punch", üzümlü "Fanta", "Vanilla Cokes", "Black Cherry Frescas" və "Sunkist Cherry Limead" kimi çox nadir içkiləri əldə etmək olurdu.