karbohidrogen

ру углеводород en hydrocarbon de Kohlenwasserstoff fr hydrocarbure es hidrocarburo it idrocarburo
karbohidrat
karbonat turşusu
OBASTAN VİKİ
Karbohidrogen
Karbohidrogenlər - yalnız karbon və hidrogen atomlarından ibarət olan birləşmələrdir. == Növləri == Karbohidrogenlər iki yerə bölünür: Doymuş karbohidrogenlər Doymamış karbohidrogenlər Karbon atomları arasında yalnız birqat rabitə olduqda doymuş karbohidrogenlər, bir və ya bir neçə ikiqat, üçqat rabitə olduqda isə onlar doymamış karbohidrogenlər adlanır. Bu birləşmələr tərkiblərindəki karbon və hidrogen atomlarının nisbətinə görə fərqlənir. Bir hidrogen atomu çıxarılmış karbohidrogenlərə Hidrokarbillər deyilir. Aromatik karbohidrogenlər, alkanlar, alkenlər, alkinlər, tsiklo-alkanlar və s. karbohidrogenlərin müxtəlif sinifləridirlər. Yerdə təbii şəkildə tapılan karbohidrogenlərin əksəriyyəti xam neftin tərkibində rast gəlinir. Hansı ki, burada parçalarına ayrılmış üzvi birləşmələr karbon və hidrogen bolluğu yaradır ki, bunlar da birləşdikdə sonsuz uzunluğa malik ola biləcəyi düşünülən zəncirlər əmələ gətirə bilirlər. == Törəmələr == === Halogenli törəmələri === Karbohidrogenlərin molekulunda bir və ya bir neçə hidrogen atomunu halogenlərlə əvəz etdikdə alınan birləşmələrdir. === Halogenli törəmələrin növləri === Molekulda halogen atomunun sayına görə; Birhalogenli birləşmələr İkihalogenli birləşmələr Üçhalogenli birləşmələr ola bilər.
Aromatik karbohidrogenlər
Aromatik karbohidrogenlər - molekullarında bir və ya bir neçə benzol həlqəsi olan karbohidrogenlərə aromatik karbohidrogenlər deyilir. Aromatik karbohidrogenlər dedikdə benzol və xassəcə ona bənzər birləşmələr nəzərdə tutulur. Belə ki, aromatik karbohidrogenlər onları başqa birləşmələrdən fərqləndirən və adətən aromatik xassə adlanan bir sıra xüsusiyyətlərə malikdir. Tərkibinə daxil olan benzol nüvəsinin sayından və onların arasındakı əlaqənin xarakterindən asılı olaraq aromatik karbohidrogenlər iki qrupa bölünür: Bir benzol nüvəli aromatik karbohidrogenlər. Bu qrupa benzol və onun homoloqları daxildir. Kondensləşmiş və ya kondensləşməmiş bir neçə benzol nüvəli aromatik karbohidrogenlər. Bu qrupa difenil, difenilalkanlar, naftalin, fenantren, antrasen, asenaften, flüoren və b. daxildir. Aromatik karbohidrogenlərin beynəlxalq adı Arenlər-dir. Aromatik karbohidrogenlərin ən sadə nümayəndəsi benzoldur.
Doymamış karbohidrogenlər
Doymamış karbohidrogenlər — ikiqat və ya üçqat rabitəyə və açıq zəncirli quruluşa malik olan karbohidrogenlərə deyilir.
Doymuş karbohidrogenlər
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4 Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Karbohidrogenlər
Karbohidrogenlər - yalnız karbon və hidrogen atomlarından ibarət olan birləşmələrdir. == Növləri == Karbohidrogenlər iki yerə bölünür: Doymuş karbohidrogenlər Doymamış karbohidrogenlər Karbon atomları arasında yalnız birqat rabitə olduqda doymuş karbohidrogenlər, bir və ya bir neçə ikiqat, üçqat rabitə olduqda isə onlar doymamış karbohidrogenlər adlanır. Bu birləşmələr tərkiblərindəki karbon və hidrogen atomlarının nisbətinə görə fərqlənir. Bir hidrogen atomu çıxarılmış karbohidrogenlərə Hidrokarbillər deyilir. Aromatik karbohidrogenlər, alkanlar, alkenlər, alkinlər, tsiklo-alkanlar və s. karbohidrogenlərin müxtəlif sinifləridirlər. Yerdə təbii şəkildə tapılan karbohidrogenlərin əksəriyyəti xam neftin tərkibində rast gəlinir. Hansı ki, burada parçalarına ayrılmış üzvi birləşmələr karbon və hidrogen bolluğu yaradır ki, bunlar da birləşdikdə sonsuz uzunluğa malik ola biləcəyi düşünülən zəncirlər əmələ gətirə bilirlər. == Törəmələr == === Halogenli törəmələri === Karbohidrogenlərin molekulunda bir və ya bir neçə hidrogen atomunu halogenlərlə əvəz etdikdə alınan birləşmələrdir. === Halogenli törəmələrin növləri === Molekulda halogen atomunun sayına görə; Birhalogenli birləşmələr İkihalogenli birləşmələr Üçhalogenli birləşmələr ola bilər.

Digər lüğətlərdə