Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Naften neftləri
Naften neftləri — naften karbohidrogenlərinin üstünlük təşkil etdiyi neftlər. Bu neftlərdə metan karbohidrogenlərinin miqdarı aşağı fraksiyalarda maksimuma çatır, yüksək fraksiyalarda kəskin azalır, aromatik karbohidrogenlər isə əksinə, çoxalır. Naften neftləri tərkibində bərk parafin və neytral qətranların miqdarı cüzü olur, asfaltenlər isə çox vaxt olmur. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Naften turşuları
Naften turşuları — naften karbohidrogenlərinin karboksilli mono və politsiklik törəmələri. Ümumi düsturu CnH2n-1 COOH. Yağlı maye, bəzən bərk maddə olub, üzvi həlledicilərdə yaxşı, suda isə pis həll olur və ya həll olmur. Naften turşuları əsasən naften neftlərində və neft yataqlarının natrium-hidrokarbonat tipli sularında rast gəlinir. Bitumların tərkibində rast gələn yüksək molekulyar naften turşuları asfaltogen-naften turşuları adlanır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Banten
Banten İndoneziyadakı Yava adasında ən qərbdə olan bölgədir. Onun əyalət paytaxtı Seranqdır. Vilayət Qərbi Yava və şərqdə Cakartanın xüsusi paytaxt bölgəsi, şimalda Yava dənizi, cənubda Hind okeanı və qərbdən Zond boğazını qonşu Sumatra adasından ayıran bölgədir. Bantenin əhalisi rəsmi olaraq, 2014-cü ilin əvvəlində 11,834,087 səviyyəsində, 2010-cu il siyahıyaalma zamanı 10,6 milyon nəfərdən çox olub. Əvvəllər Qərbi Yava əyalətinin bir hissəsi olan Banten 2000-ci ildə ayrı bir vilayətə çevrildi. Bölgə qonşu İndoneziyanın Sumatra adasına tranzit dəhlizdir. Tarixən Yava və digər İndoneziya arxipelaqının digərlərindən fərqli bir mədəniyyətə sahib idi. Son illərdə şimal yarısı, xüsusilə Cakarta və Yava dəniz sahilləri yaxınlığında bölgələr əhalinin və şəhərləşmənin sürətli artımını yaşadı, cənub yarısı isə xüsusən də Hind okeanı ilə üzbəüz, ənənəvi xarakterini daha çox qoruyur.
Kaftan
Kaftan — uzunətəkli, qollu geyim növü. Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olub və bir sıra xalqlara da onlardan keçmişdir. == Tarixi == Əslən farsca həftan, qabağı açıq, dik və ya aşağı yaxalı, müxtəlif rəngli qiymətli parçalardan tikilmiş, daha çox daş-qaşla bəzədilmiş və ya naxışlı üst paltarın adıdır. Belinə qədər kəmərli və düyməli nümunələr də var. Ərəb mənbələrində “burde”,“şəmlə”,“hamisə”,“nəmirə”,“əba”,sözləri ilə ifadə edilir. Köhnə və Yeni Əhdi-Cədiddə kaftan müxtəlif hallarda xatırlanır. Əhdi-ətiqə görə, Allah Adəm və Həvvaya dəri paltar geydirdi, Əyyub peyğəmbərin övladları vəfat edəndə və malı dağıdıldığında, paltarını cıraraq, ona təsəlli verməyə gələn üç dostu paltarlarını cırıb yeddi gün yeddi gecə danışmadan onunla birlikdə oldular. Üzərində hökmdarın adı və ya şüarı olan, sənətkarlıq tikmələri ilə bəzədilmiş və xüsusilə zolaqlı haşiyələrlə bəzədilmiş kaftanların (tirazın) hökmdar tərəfindən kiməsə əvəzsiz hədiyyə edilməsinə “kaftan/hil taxmaq” deyilir. == Peyğəmbər dövründə istifadəsi == Cümə və bayram namazlarında qırmızı kaftan geyən Hz.Peyğəmbərin kaftanları arasında qalın kənarları olan Nəcran toxuması, dar qollu Şam işi və müxtəlif rənglərdə Yəmən istehsalı olanlardan əlavə, bir qadının şəxsən toxunduğu və hədiyyə etdiyi kaftan da var idi. Hz.
Nantuen
Nantuen (fr. Nantoin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38274. Kommunanın 1999-cu il üçün əhalisi 321 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Naxtel
Naxtel — Naxçıvan Muxtar Respublikasında yerləşən GSM və LTE operatoru. == Tarixi == NAXTEL Məhdud Məsuliyyətli Cəmiyyəti 2015-ci ilin iyul ayında Naxçıvan şəhərində təsis olunub. "NAXTEL" 4-cü nəsil GSM + LTE operatorudur. Öz nizamnaməsi və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən verilmiş 07 sentyabr 2015-ci il tarixli 0001503 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Hazırda 130 baza stansiyası vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edir. == Xüsusiyyətləri == Hər bir baza stansiyası ilə Mərkəzi İdarəetmə Sistemi arasında fiber optik kabel xətləri çəkilmiş və saniyədə 1Gb informasiya daşıya bilən avadanlıqlar qurulmuşdur. NAXTEL 4G mobil şəbəkəsində 800 Mhs, 900 Mhs və 1800 Mhs tezlik diapozonlarının hər üçündən istifadə olunur. Bu da abunəçilər üçün ideal imkanlar yaratmışdır. Milli və beynəlxalq rominq əlaqələri NAXTEL 4G-nin dünyanın 10-dan artıq ölkəsində fəaliyyətini təmin edir. Buraya səs, data və sms xidmətləri daxildir.
Qaftan
Qaftan - qədim türklərdə geyim forması. == Haqqında == Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olan qaftan, həm də genbalaq şalvar həyat tərzinin xeyli hissəsi at üstündə keçən türk xalqlarının süvari məişəti üçün ən münasib geyim növləri olmuşdur. Kitabi Dədə Qorqud dastanlarına əsasən Oğuz qaftanı biçim üsuluna görə dastanlarda “don” adlanan arxalığa çox yaxın idi, lakin onun tam eyni deyildi: “Xeyir xəbər gətürənə at, don verəm, qaftanlar geydürəm” ifadəsində bu ayrılıq aydın nəzərə çarpır. Arxalıq (don) kimi, qaftan da qol, gövdə və ətək olmaqla, üç hissədən ibarət biçilib tikilirdi. Lakin arxalıqdan fərqli olaraq qaftanın ətəyi nisbətən uzun olurdu. Bunu Kitabi Dədə Qorqud boylarındakı dolayı faktlardan aydın görmək olur: “Qaftanı altından ayağın bərk sardı, var qüvvətiylə atının yelisinə düşdi”. Kitabi Dədə Qorqud dastanlarına əsasən, oğuzlar arasında qaftanın qaradan başqa qırmızı, qızılı, ağ və s. rəngli parçalardan tikilməsi məqbul sayılırdı: “Adağlusından ərgənlik bir qırmızı qaftan gəldi. Beyrək geydi. Yoldaşlarına bu iş xoş gəlmədi...
Xanten
Ksanten — Almaniyanın Şimali Reyn — Vestfaliya əyalətində iştirak edən bir şəhərdir. Şəhərin əhalisi 31 dekabr 2010 statistikasına görə 21.572 nəfərdir.
NAFTA
Şimali Amerika Azad Ticarət Assosiasiyası (ing. North American Free Trade Agreement, NAFTA; fr. Accord de libre-échange nord-américain, ALÉNA;; isp. Tratado de Libre Comercio de América del Norte, TLCAN) — Şimali Amerikada Ticarət blokunun yaradılması haqqında ABŞ, Meksika və Kanada arasındakı razılaşma. 1994-cü il yanvarın 1-də qüvvəyə minmişdir. Amerika transmilli korporasiyalarının təsiri altında ABŞ administrasiyası tərəfindən irəli sürülmüşdür. Amerika iqtisadiyyatının Kanada və Meksika iqtisadiyyatı ilə nail olunan qovuşma səviyyəsi onun dövlətlərarası rəsmiləşdirilməsini tələb edirdi. XX əsrin 90-cı illərinin əvvəllərinə dünyada baş verən siyasi və iqtisadi vəziyyətdəki radikal dəyişikliklər də buna şərait yaradırdı: Aİ öz regionunda inteqrasiya proseslərinin genişləndirilməsini və dərinləşməsini kəskin surətdə sürətləndirdi; Yaponiya, Çin və Cənub-Şərqi Asiya ölkələri səylə iqtisadi potensiallarını gücləndirirdi; Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı artırdı. Formallaşan şərait dünya bazarında Amerika korporasiyalarının rəqabət qabiliyyətini saxlamaq üçün ABŞ-nin qarşısında öz qitəsində inteqrasiya proseslərinin fəallaşdırılması vəzifəsini qoydu.
Nafeç
Nafiç — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,814 nəfər və 903 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Baftan (Sərab)
Baftan (fars. بافتان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 645 nəfər yaşayır (145 ailə).
Frityof Nansen
Frityof Nansen (10 oktyabr 1861[…] – 13 may 1930[…]) — Norveç səyyah və tədqiqatçısı. Nobel sülh mükafatı laureatı (1922). == Həyatı == Arktikanın öyrənilməsində mühüm rol oynayan səyyahlardan biri olan Nansen 1861-ci ildə Oslo şəhəri yaxınlığında anadan olmuşdur. Norveçin paytaxtı ətrafında uşaqlığını keçirən Nansenlər ailəsində varlı olsalar da sadə həyat tərzi hökm sürmüşdür. Sadə yemək, sadə geyinmək, idmanla məşğul olmaq onların gündəlik həyat tərzi olmuşdur. Nansen isə xizək sürmək və üzgüçülüyü daha çox sevirdi. Universiteti qurtardıqdan sonra ilk dəfə mədənlərə gəmidə üzməsi onda dənizə məhəbbət, yeni torpaqlar kəşf etmək arzusu yaratmışdır. Zoologiya elmləri doktoru adı almasına baxmayaraq, başqa alimlərdən fərqli olaraq kabinet alimi olmaqdan uzaqlaşaraq, dövründə keçilməz sayılan Qrenlandiyanı şərqdən qərbə qədər səyahət etmək üçün plan hazırlayır. 17 iyul 1888-ci il tarixində özü ilə birlikdə yeddi nəfərlə Üzən buzların arası ilə dünyanın ən böyük adası olan Qrenlandiyaya üzürlər. Avqustun 16-da adaya çatmaqla qərb istiqamətdə xizəklə hərəkət edərək oktyabrın əvvəllərində adanın qərb sahillərinə çatırlar.
Henri Nannen
Henri Nannen (alm. Henri Nannen‎; d. 25 dekabr 1913, Emden, Almaniya — ö. 13 oktyabr 1996, Hannover, Almaniya) — Almaniyalı jurnalist və naşir. 1948-ci ildə "Ştern" jurnalını təsis etmişdir.
Nansen adası
Nansen adası (Frans-İosif Torpağı)
Nansen çökəkliyi
Nansen çökəkliyi — Şimal Buzlu okeanın daxilində, Qekkel silsiləsi ilə Şpitsbergen-Şimaltorpağı materik yamacı arasında yerləşən okean çökəklliyi. Çökəkliyin orta dərinliyi 3430 m, maksimal dərinliyi isə 3975 metrdir. Çökəkliyin qərbində dərinliyi 5449 metr olan Litke sualtı dərəsi yerləşir. Çökəklik öz adını Norveç qütb araşdırmaçısı Frityof Nansenin adından almışdır.
Nanter (rayon)
Nanter (fr. Nanterre) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — O-de-Sen. Suprefektura — Nanter. Rayon əhalisi 2006-cı ildə 823 566 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 10167 nəf / km². Rayon ərazisi — 81 km².
Neftin pirolizi
Neftin pirolizi- neft kimyasının əsas proseslərindən biri xam neftdən doymamış və aromatik karbohidrogenlərin alınması üsulu- piroliz hesab olunur. Hal hazırda neft kimyasının əsas proseslərindən biri xam neftdən doymamış və aromatik karbohidrogenlərin alınması üsulu-piroliz hesab olunur.Bu proses 700-10000 C temperatur intervalında,neft məhsullarının ayrı-ayrı fraksiyalarda alınması ilə aparılır.Qeyd edək ki,proses kimya sənayesini müxtəlif karbohidrogen xammalı ilə təmin etməyə imkan verir. Termiki krekinqin ən sərt forması olan neft və neft məhsullarının piroliz prosesinin əsas təyinati qaz halında olan doymamış karbohidrogenlərin ,əsasən etilen və propilenin alınmasıdır. Bu səbəbdən də çox vaxt neft emalında piroliz qurğularını etilen qurğuları adlandırırlar. Piroliz prosesi həm də benzol və toluol kimi aromatik karbohidrogenlərin alınmasına yönəldilə bilər. Buna görə də neftin pirolizini bəzən neftin aromatlaşdırılması adlandırırlar. Piroliz prosesində neft xammalının çevrilmə sxemi kənardan sadə görünür. Xammal sabit yüksək temperaturlu sobaya daxil olur. Sobada o qaz formasına keçir. Sonra, sobadan çıxan qaz su vurulmasıyla möhkəmləndirilir.Bundan sonra qaz soyudulur.
Neftin sıxlığı
Neftin sıxlığı – neft və neft məhsullarının əhəmiyyətli və geniş istifadə olunan keyfiyyət göstəricilərindən biridir. Sıxlıq müəyyən temperaturda vahid həcmin kütləsi kimi müəyyən olunur və kq/m3, q/sm3 və ya q/ml ilə ifadə olunur.Praktikada çox vaxt ölçüsüz kəmiyyətdən – nisbi sıxlıqdan istifadə olunur. == Nisbi sıxlıq == Nisbi sıxlıq – neftin təyin olunma temperaturunda kütləsinin standart temperaturda (tst) eyni həcmdə götürülmüş suyun kütləsinə olan nisbətidir. Standart temperatur kimi su və neft məhsulları üçün ABŞ-da və İngiltərədə tst=15,60C, digər ölkələrdə, o cümlədən Azərbaycanda standart tst=+40C, təyin etmə temperaturu ttəy=200C qəbul olmuşdur. Nisbi sıxlıq ρ4 20 işarə olunur. Əksər neftlər və neft fraksiyaları üçün, xüsusən də böyük olmayan temperatur intervalında (0-500C-yə qədər) nisbətən az miqdarda bərk parafinlərə və aromatik karbohidrogenlərə malik neft fraksiyaları üçün sıxlığın temperaturdan asılılığı xətti xarakter daşıyır və aşağıdakı formul ilə ifadə olunur: ρ2= ρ1 – γ (t2 – t1) t1 – ölçmənin başlanğıc temperaturu, 0C; t2 - ölçmənin son temperaturu, 0C; γ - t2 – t1=1 olduqda, 10C -ə dəyişən sıxlığa düzəliş; ρ1 və ρ 2 uyğun olaraq t1 və t2 temperaturunda maddənin sıxlığıdır. Neft məhsulları üçün düzəliş qiymətləri γ = 0,00093 – 0,00132 (ρ4 20 – 0,7) formulu üzrə hesablanır. Karbohidrogenlərin nisbi sıxlığı aşağıdakı ardıcıllıq üzrə artır: Aromatik karbohidrogenlər > naftenlər> olefinlər>alkanlar. Əksər neftlərin sıxlıqları vahiddən kiçik olub. 0,80-0,9 q/sm3-a qədər olur.
Netten burnu
Netten burnu (çuk. Нэтъэн) — İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çukotski rayonu ərazisində yerləşir. Sahillərini Çukot dənizinin suları yuyur. Eskimosca (esk. Натуӄ) «çiçəklənən» mənasını verir. Burunda qədim eskimos düşərgəsi və qütb stansiyası vardır.
Rişar Marten
Rişar Marten (d. 1943, Nis, Fransa) — Fransa dramaturqu. Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri. == Həyatı == == Yaradıcılığı == Ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyov olan "Kabusun gözüylə" filmində baş rolun ifaçısı Rişar Marten olmuşdur.
Sen-Kanten
Sen-Kante - Fransanın şimalında O-de-Frans regionunda bir şəhərdir. Ena departamentinin ən böyük şəhəridir. Lillyadan 107 km cənubda və Parisdən 150 km şimal-şərqdə yerləşir. Somma çayının sağ sahilindədir. Əhalisi 55878 nəfərdir (2014) == Tarixi == Şəhər III əsrdə xristian Kvintinin şərəfinə adlandırılıb. Şəhər o zaman indiki ərazisidən 11 km aralıda yerləşirdir. Kral dövründən sonraa şəhər əsas ipəkçilik mərkəzi oldu. XV vəba xəstəliyi zamanı Fransa kralı və Burdund hersoqaniya burada vəfat edir.
Sen-Marten
Sen-Marten (fr. Collectivité de Saint-Martin) — Fransanın dəniz ərazisi. 22 fevral 2007-ci ildə yaradılıb, əvvəl Fransanın Qvadelupa dəniz ərazisinə daxil idi. Valyutası — Avro. Domen — .mf Sahəsi — 53,2 км², əhalisi 2008-ci ildə — 36 661 nəfər. Paytaxtı — Mariqo (5,7 min nəfər.).
Sen-Santen
Sen-Santen (fr. Saint-Santin, oks. Sent Antin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12246. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 45 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 561 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 323 nəfər (15-64 yaş arasında) 244 nəfər iqtisadi fəal, 79 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə bu 67.5%).
Serxinni Marten
Serxinni Marten (d. 15 dekabr 1993) — Kürasaolu üzgüçü. Serxinni Marten Kürasaonu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Serxinni Marten birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 53.18 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 76-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Nokten dili
Viçi Lhamtes Nokten və ya Veenhayek dili — Boliviyada yaşayan Viçi xalqının doğma dili. 1994-cü ilin məlumatına görə Boliviyada danışanlarının sayı cəmi 1.810 nəfər, Argentinada isə cəmi 100 nəfərdir. Boliviyada bu dildən Tarixa departamentində, Pilkomayo çayının cənub-qərbində və Kordilyera de Pirapoda istifadə olunur. Argentinada isə bu dil ölkənin şimal sərhədindən cənuba doğru — Tartaqal şəhərinə qədər olan ərazidə danışılır. Dilin digər adları da mövcuddur: Matako, Boliviya, Matako Nokten, Nokten, Noktenes, Oktenai və Veenhayek. 2009-cu ildə Boliviya konstitusiyasında bu dilin adı Veenhayek kimi çəkilmişdir.
Aytən
Aytən — Qadın adı.