kaskad

ру каскад en cascade de Kaskade fr cascade es cascada it cascata
Karno tsiklinin fiə
kaskad idarə etmə sistemi
OBASTAN VİKİ
Kaskad
Differensial kaskad
Differensial kaskad və ya Differensial gücləndirici kaskad — iki girişi olan gücləndirici kaskaddır, və o bu girişlərə tətbiq edilmiş gərginliklərin fərqini – differensial siqnalları gücləndirir. Əgər hər iki girişə eyni gərginlik verilərsə (sinfaz siqnal), gücləndirilmə çox kiçik olacaq, yəni, differensial gücləndirici sinfaz siqnalları gücləndirmir. Gücləndirici sxemlərin əksəriyyəti sabit gərginliyi gücləndirmək üçün istifadə edilə bilməz. Çünki bu qurğulara gücləndirilən siqnaldan əlavə sürüşmə gərginliyi də verilməlidir. Lakin, gücləndirilərkən sabit gərginliyi sürüşmə gərginliyindən ayırmaq mümkün deyil. Differensial kaskadlar bu prodlemi tam həll edir. Sinfaz siqnalların söndürülməsi differensial kaskadların çox mühüm və faydalı xassəsidir. Bu xassə onlara böyük təhrifedici sinfaz siqnalların fonunda kiçik siqnalları ayırmağa, siqnaları öz aralarında və ya verilmlş səviyyəli siqnallarla müqayisə etməyə, həmçinin siqnallarla bir sıra başqa əməliyyatlar aparmağa imkan verir. Odur ki, differensial kaskadlar bir çox elektron sxemlərin əsas komponentidir. Differensial kaskadların daha bir böyük üstünlüyü var.
Stillərin kaskad cədvəlləri
CSS (ing. Cascading Style Sheets) — sənədin xarici görünüşünün, işarələmə dilinin istifadəsi ilə yazılmış, formal təsvir dili. Adətən HTML və XHTML işarələmə dillərində yazılmış veb-səhifələrin təsviri və tərtibatı üçün istifadə edilir, lakin istənilən digər XML sənədlərə, məsələn, SVG və ya XUL-a da tətbiq edilə bilər. HTML sənədlərini yaradarkən veb-dizaynerlər müxtəlif mürəkkəb məsələlərlə qarşılaşırlar: müəyyən abzas daxilində şifrələrin dəyişdirilməsi; mətnin və ya təsvirin sənədin hər hansı bir yerində yerləşdirilməsi; mətnin və ya fonun rənginin dəyişdirilməsi; müxtəlif verilənlər cədvəllərinin format edilməsi və s. Bu işləri standart üsulla da yerinə yetirmək olar, yəni HTML dilində hər bir abzası ayrıca əmrlər yığımı ilə təsvir etmək mümkündür. Bu halda proqramın yazılması prosesi həddən artıq çətinləşəcək, sənədin ölçüsü isə çox böyük olacaq. Bu işi sadələşdirmək üçün səhifələrə CSS standartında yerinə yetirilmiş xarici fayl qoşulur və həmin faylda istifadə olunmuş xüsusi makrodil vasitəsilə səhifə birdəfəlik formatlaşdırılır. Başqa sözlə, CSS faylı burada şablon kimi istifadə edilir ki, onun köməyilə HTML sənədlərində mətnlər, cədvəllər və digər elementlər formatlaşdırılır. CSS standartından heç bir məhdudiyyət qoyulmadan istənilən serverdə istifadə etmək olar. CSS kodları, HTML kodlarının içinə yazıla bildiyi kimi xarici bir CSS faylı yaradılaraq da əməliyyat yaradıla bilir.
Bərgüşad kaskadı
Bərgüşad kaskadı (erm. Որոտանի կասկադ) — Ermənistanın Sünik mərzi ərazisindən axan Bərguşad çayı üzərində inşa edilmiş üç hidroelektrik stansiyanı özündə birləşdirən kaskad. Kaskad elektrik enerjisi təminatı və bölgəni suvarma suyu ilə təmin etmək üçün inşa edilmişdir. Güçü 404.2 MVt olan kaskad beş su anbarını özündə birləşdirir. Ermənistanda əsas elektrik enerjisi verən komplekslərindən biridir. == Tarixi == Kaskadın planlaşdırma prosesi 1951-ci ildə Dövlət Planlaşdırma Komissiyasının toplantısından sonra başlamışdır. Elektrik stansiyalarının tikintisində digər hədəflərdən biri də enerjinin idxalı olmuşdur. Kaskadın istifadəsi neft məhsullarının idxalını ölkəyə yarıya endirəcəkdi. Kompleksin planlaşdırma işlərinə 1954-cü ildə başlanmış və 1961-ci ildən 1989-cu ilə kimi inşa edilmişdir. Tatev hidroelektrik stansiyası 1970-ci ilin dekabrında, Şamb SES-ı 1978-ci ildə və Spandaryan SES-ı isə 1989-cu ildə tamamlanmışdır.
Göyçə-Zəngi kaskadı
Göycə-Zəngi kaskadı — Ermənistan (Qərbi Azərbaycan) ərazisindən axan Zəngiçay üzərində yerləşən kaskad SES. Kaskad 8 SES ibarətdir. Bunlardan altısı Razdan çayı üzərində, ikisi isə Artaşat irriqasiya kanalı üzərində yerləşir. == İstifadə tarixi və istifadəsi == == Göyçə SES == Bəzi mənbələrdə Göl SES adlanır. Kaskadın ən əhəmiyyətli SES-dır. Stansiya 34,2 МVt güçə hesablansada, faktiki isə 24 МVt güçə malikdir. Tikintisinə 1940 ildə başlansada, yalnız tikinti İkinci Dünya müharibəsindən sonra başa çatdırılmışdır. Yeraltı qurğulara sahibdir. == Razdan SES == Əvvəllər Atarbekyan SES adlanırdı. Ardıcıllığına görə ikincidir. Güçü 81,6 МVt-dır.
Rövşən Hüseynov (kaskadyor)
Rövşən Hüseynov — Aktyor, kaskadyor. Rövşən Hüseynov 1 iyul 1963-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonun Qabıllı kəndində anadan olmuşdur. NTUU "KPI", Ukraynanın Milli Texniki Universiteti "Kiyev Politexnik İnstitutu" (1981-1991) məzunudur. Hal-hazırda Rövşən Ukraynanın Kiyev şəhərində yaşayır. Onun "Rotorstunts" adlı kaskadyor şirkəti ilə müqaviləsi var. Ukrayna və Rusiya məxsus filmlərə çəkilir. Həmçinin filmlərdəki digər aktyorların sərgilədiyi qeyri-adi hərəkətləri əvəzləyən obrazlardan biri də Rövşəndir. Bu səbəblə O çox vaxt pərdə arxasında iştirak edir. Amma bilməliyik ki, O 20 filmə çəkilsə də, onlarla filmin arxa planında iştirak etdiyi üçün biz onu ancaq qısa kadrlarda görürük. O, pərdə arxası səhnələrin kaskadyorudur.
Əli Məmmədov (kaskadyor)
Əli Fərhad oğlu Məmmədov (17 aprel 1965, Naxçıvan) — Azərbaycanlı kaskadyor. Əli Fərhad oğlu Məmmədov 17 aprel 1965-ci ildə Naxçıvanda anadan olub. 7 yaşından etibarən boksla və şərq əlbəyaxa döyüş idman növü ilə məşğul olub. Boks üzrə 1979-cu ildə Naxçıvan şəhər birliyində 1-ci yerə layıq görülüb. Həmçinin 1980–1981-ci ildə 2 qat Azərbaycan çempionu olub. 1985–1989-cu illərdə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1990-cı ildə tövsiyə əsasında Qırğızıstanda yerləşən kaskadyorlar assosiasiyasına göndərilib. Döyüş və at üstündə yüksək səviyyədə təlimlər keçib, peşəkar kaskadyor lisenziyası alıb. Əli Məmmədov 1989-cu ildə usta rəssam ixtisası üzrə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına cizgi filmləri sexinə təyinat alıb. Qırğızıstanda yerləşən kaskadyorlar assosiasiyasında təlimlərdən qayıtdıqdan sonra "Azərbaycanfilm"-də trüklərin quruluşçusu və kaskadyor kimi filmlərdə çalışmağa başlayıb.

Digər lüğətlərdə