Villa Kastelli helikopter qəzası
Villa Kastelli helikopter qəzası (isp. Accidente aéreo de Villa Castelli) — 2015-ci ilin 9 mart tarixində Argentinanın şimal-qərbində yerləşən La Rioja bölgəsinin Villa Kastelli kəndi ərazisində baş vermiş helikopter qəzası. İki helikopterin toqquşması nəticəsində 10 nəfər həlak olmuşdur.
Helikopterlər, fransız televiziya kanalı TF1 də yayımlanan "Dropped" adlı yarışma verlişinin çəkimlərini həyata keçirmək üçün istifadə edilməkdə idi. Yarışmada iştirak etmələri üçün səkkiz tanınmış fransız idmançı müəyyənləşdirilmişdi: Florens Arthaud, Alan Bernard, Filip Kandeloro, Jan Lonqo, An-Flor Marker, Kamilla Muffat, Aleksis Vastin və Slavin Viltord. İdmançılardan sadəcə Bernard və Viltord hadisə baş verən an helikopterdə deyildilər.
Qəza Argentinanın paytaxtı Buenos Ayres şəhərinin 1170 km şimal-qərbində yerləşən Villa Kastelli kəndində baş vermişdir. Qəzada həyatını itirən idmançıların hər biri fransız vətəndaşları idi. İmdançılarla yanaşı iki nəfəri yerli pilot olmaqla toplam 10 nəfər həlak olmuşdur. Qəzada həlak olanlar əsasən Fransa idman dünyası üçün önəmli olan simalardır.