Kateqoriya(lar)

yun. kategoria – fikir, təyin etmə, mülahizə, ittiham, əlamət – müəyyən etmə 1) obyektiv varlığın (filologiyada dilin) ən mühüm hadisələrini ifadə edən elmi məfhum; 2) dərəcə, qrup; 3) fəlsəfədə maddi aləmin ümumi və mühüm xassələrini əks etdirən anlayış; 4) dilçilikdə yekcins qrammatik mənaların məcmusu; 5) işçilərin peşəkarlıq səviyyəsini, yaxud əmtəələrin keyfiyyətini müəyyən edən dərəcə, sıra yeri; 6) fəlsəfədə gerçəklik hadisələrin, idrakın ümumi və mühüm xassələrini, tərəflərini, münasibətlərini əks etdirən əsas anlayışlar; 7) reallıq hadisələrinin ən ümumi xassələrini və əlaqələrini ifadə edən elmi anlayış; 8) hadisələrin, əşyaların, şəxslərin hər hansı bir əlamətə görə birləşdirilmiş qrupu, dərəcəsi.
Kataloq
Katib
OBASTAN VİKİ
Kateqoriyalar
Kateqoriya (yun. kategoria) — fikir, təyin etmə, mülahizə, ittiham, əlamət – müəyyən etmə 1)obyektiv varlığın (filologiyada dilin) ən mühüm hadisələrini ifadə edən elmi məfhum; 2)dərəcə, qrup; 3)fəlsəfədə maddi aləmin ümumi və mühüm xassələrini əks etdirən anlayış; 4)dilçilikdə yekcins qrammatik mənaların məcmusu; 5)işçilərin peşəkarlıq səviyyəsini, yaxud əmtəələrin keyfiyyətini müəyyən edən dərəcə, sıra yeri; 6)fəlsəfədə gerçəklik hadisələrin, idrakın ümumi və mühüm xassələrini, tərəflərini, münasibətlərini əks etdirən əsas anlayışlar; 7)reallıq hadisələrinin ən ümumi xassələrini və əlaqələrini ifadə edən elmi anlayış; 8)hadisələrin, əşyaların, şəxslərin hər hansı bir əlamətə görə birləşdirilmiş qrupu, dərəcəsi. Fəlsəfədə: Kateqoriya ( fəlsəfə) — obyektiv fikir bildirmə prinsipləri; reallıq və təfəkkür məsələlərinə dair ümumi və əsas anlayışlar ; Riyaziyyatda: Ber kateqoriyası; Lyusternik - Şnirelman kateqoriyası; kateqoriyalar nəzəriyyəsi; Pedaqogikada : Pedaqogika kateqoriyaları — pedaqoji elmin əsasını təşkil edən əsas prinsiplər Linqvistikada : terminal kateqoriya, leksik kateqoriya — ingiliscə (lexical category) — nitq hissəsi kimi ; söz kateqoriyası — terminal kateqoriya ilə tipi ilə ayrılan tərkib hissə ; qrammatil kateqoruiya — qrammatik mənaların əksliklərinin qapalı sistemi ; "qrup", "dərəcə", "çoxluq", "cəm", "koqorta", "seçim" mənalarında : Nəqliyyat vasitələrinin kateqoriyaları; həkim kateqoriyası; insan kateqoriyaları; Vikipediya kateqoriyaları — Vikipediya internet ensiklopediyasında məqalələrin hansısa əlamətlər üzrə sistemləşdirilməsi və qruplaşdırılması mexanizmi. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Məntiqi kateqoriyalar
Məntiqi kateqoriyalar — məntiqi kateqoriyalar, adlandırılması mümkün olan müxtəlif varlıqlar haqqında əsaslı olaraq təsdiq edilə bilən ən ümumi anlayışdır. Bu səbəblə bunları ancaq nümunələr və onların xüsusiyyətlərindən hər hansı biri ilə təsvir etmək mümkündür.
Taksonomik kateqoriyalar
Taksonomiya (ing. taxonomy) — yun. taxis – dərəcə, sıra və qanun – taksonlar, onların qruplaşdırılması və tabeliliyi haqqında elm və ya yaxud təsnifatın prinsipləri haqqında təlim. Sistematikada bir ərazinin orqanizmləri öyrənilərkən ümumi əlamətləri olan oxşar fərdlər toplusu rast gəlir. Növü təşkil edən belə fərdlər toplusu başqa əlamətlərə malik fərdlər toplusundan aşkar fərqlənir. Məlumdur ki, yalnız eyni növdən olan və cinsi yolla çoxalan fərdlər bir-biri ilə cütləşir, ayrı-ayrı növ fərdləri arasında cütləşmə getmir. Bir çox ümumi əlamətlərə malik növləri taksonun daha yüksək ranqı (dərəcəsi) olan cinsə daxil edirlər. Cinslər isə fəsilədə birləşdirilir və i.a. Taksonların bir-birinə tabe olan formalarının bu qayda ilə yüksəlməsi təsnifatda iyerarxiya sistemi adlanır. Bu sistem əsasında fərdlər, onun zirvəsnndə isə bu sistemin bütün dərəcələrinin tabe olduğu takson durur.