Katma

Arxaikləşmiş çörək növünün adıdır. Azərbaycan dilinin dialekt və şivələrində müşahidə edilmir. Mahmud Kaşğarinin “Lüğət”ində bu söz ufalanmış çörək (katma yuğa) mənasında izah edilmişdir. Qədimdə katma yağda bişirilərmiş (8, 426).
Kaş
Kayak
OBASTAN VİKİ
Katmandu
Katmandu (काठमांडौ, Kāthmāndau) — Nepalın paytaxtı və ən iri şəhəri, onun tarixi, siyasi və mədəni mərkəzi. Əhalisi 1 milyon nəfərdir. Şəhər 1300 metr yüksəklikdə olan düzənlikdə yerləşir, orada Katmandudan başqa digər şəhərlər, çoxsaylı dini məbədlər və mədəniyyət abidələri vardır. Şəhər XVII-XVIII əsrdəki görüntüsünü saxlaya bilmişdir. Katmanduda çox sayda buddist məbədləri və indusizm məbədləri vardır. Yerli əhali hesab edir ki, şəhərdə 10 milyon allah yaşayır. Katmanduda canlı allah hesab edilən, Kumari adlanan və Durbar meydanında yaşayan insan da vardır. Kumari Nepal əhalisi içərisindən az yaşında seçilən, özündə qız təmizliyini və saflığını birləşdirən qızlardan seçilir. O ilk qadın həyatına qədər bu statusda olur, sonra isə onun yerinə yenisi seçilir. Katmandu Nepalın mədəni və təhsil mərkəzidir.