KÁTORQA

is. [ yun. ] tar.
1. Son dərəcə sərt bir şəraitdə ağır icbari iş, sürgün və həbs şəklində verilən cəza, habelə sürgün edilmiş cinayətkarlar üçün icbari iş yeri. Katorqaya məhkum edilmək. Katorqaya göndərilmək. Katorqadan qaçmaq.
– …Amma ağır tənbehlərin, yəni Sibirə və katorqaya düşənlərin müddətinin bir hissəsi qalır, bir hissəsi bağışlanır. C.Məmmədquluzadə.
Katorqa cəzası – insanları diri-diri qəbrə gömmək üçün idi. M.Hüseyn.

2. məc. Çox ağır həyat şəraiti və ya zəhmət haqqında.
KATOLİSİZM
KATTA
OBASTAN VİKİ
Katorqa
Katorqa (yun. κατεργων — катергон, üç cərgəli avarlara malik gəmi) — dövlət üçün ən ağır cinayətkarlar tərəfindən görülən məcburi əmək cəzası. == Tarixi == Katorqa hələ qədim Roma imperiyasında, edam cəzasının əvəzində məcburi əmək formasında mövcud idi.

Digər lüğətlərdə