1. Hər hansı bir yarışda və s.-də yeni qaliblərə, birincilik qazananlara verilən. Keçici kubok.
– O kimdir külüngü dağ kimi vurur? Keçici bayraq da yanında durur?
Görünür qabaqda keçici bayraq; Onun yarış adlı şüarı vardır.
2. Müvəqqəti, ötəri. Keçici yağış. Keçici sevinc. Keçici həvəs.
– Bu qara gün keçicidir, bir gün bitər, inləmə; Bağçamızda sarı bülbül yenə ötər, inləmə.
[Bəxtiyar:] Yox, Cəlal, bu qədər hissə qapılmaq; Gəncliyin keçici hissidir, ancaq.
3. Bir neçə il davam edən, keçən ildən qalan, gələn ilə qalan. Keçici mövzu. Keçici məbləğ.
4. Yoluxucu, yoluxan, keçən. Keçici xəstəlik.