Kehre

die; -, -n dönmə, döndərilmə
Kehllaut
kehren
OBASTAN VİKİ
Tilo Kehrer
Tilo Kehrer (21 sentyabr 1996[…], Tübingen[d], Baden-Vürtemberq) — Liqa 1 təmsilçilərindən olan Pari Sen-Jermen klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. Kehrer Şalke 04 akademiyası vasitəsilə inkişaf etmişdir. O, Bundesliqada debütünü 6 fevral 2015-ci ildə Volfsburq klubuna qarşı oyunda etmiş və komandası rəqibinə 3–0 hesabı ilə qalib gəlmişdir. O, karyerasında ilk qolunu 1 aprel 2017-ci ildə Borussiya Dortmund klubuna qarşı derbi oyununda vurmuş və komandası rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır. 5 may 2018-ci ildə Kehrer dublla yadda qalmış və Şalke 04 klubu Bundesliqanın 2017–18 mövsümünü ikinci yerdə başa vurmuşdur. Klub 2018–19 mövsümündə UEFA Çempionlar Liqasında çıxış etmək hüququ əldə etmişdir. 16 avqust 2018-ci ildə Kehrer 37 milyon avro qarşılığında Liqa 1 təmsilçilərindən olan Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır. Kehrer Almaniya millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. Tilo 2017-ci ildə Almaniya U-21 millisi ilə Avropa çempionatında çempion olmuşdur. O, Kosovo, Azərbaycan və İsrail millilərinə qarşı oyunda millinin kapitanı olmuşdur.