keynsçi

keynsçi
keyneçilik 2021
keynsçilər
OBASTAN VİKİ
Keynsçilik
Keyns iqtisadiyyatı (Keynsçilik də adlanır) Con Meynard Keynsin iqtisadiyyat nəzəriyyələrini təsvir edir. Keyns “Məşğulluq, faiz və pullar haqqında ümumi nəzəriyyə” kitabında öz nəzəriyyələri haqqında yazmışdır. Kitab 1936-cı ildə nəşr edilmişdir. == Con Meynard Keyns == 1936-cı ildə “Məşğulluq, faiz və pullar haqqında ümumi nəzəriyyə” (ing. The General Theory of Employment, Interestand Money) kitabı nəşr edildikdən sonra Con Meynard Keynsin adı iqtisadi çökmə zamanı resessiya ilə mübarizədə vergi və büdcə stimullaşdırılması ideyası ilə əlaqələndirildi. Bu ideya İkinci dünya müharibəsindən sonra 30 il müddətində elə məşhurluq qazanmışdı ki, ABŞ prezidenti Riçard Nikson 1971-ci ildə bildirmişdi ki, “biz artıq hamımız Keynsçiyik”. 1980-1990-cı illərdə Keynsin ideyaları öz cəlbediciliyini itirməyə başlasa da, 2007-2009-cu illərin maliyyə böhranı zamanı yenidən xatırlandı. Bununla yanaşı, Keynsin ideyaları nə qədər sadə və inandırıcı olsa da, kəskin mübahisələrə səbəb olurdu. Hələ 1960-cı illərdə alimin fikirləri onun tərəfdarları arasında belə fikir ayrılığına səbəb olurdu. Keynsin əsas yaraddığı nəzəriyyə bir çox ədəbiyyatlarda İqtisadi tsikllər nəzəriyyəsi adı ilə məşhurdur.
Yeni keynsçilik
Yeni keynsçilik (ing. New Keynesianism) — Con Meynard Keynsin fikirlərinin inkişafı olan müasir makroiqtisadiyyatdakı düşüncə məktəbi. “Yeni keynsçilik” pul siyasətinin rolunu və mikroiqtisadiyyatla makroiqtisadiyyatın mexaniki olaraq ayrılmasını neokeynsizmdə yenidən nəzərdən keçirmişdir. 1930-cu illərdə yazdığı "Ümumi İstihdam, Faiz və Pul Nəzəriyyəsi" kitabında formalaşdırdığı Keynsin fikirləri alimləri və siyasətçiləri üzərindəki təsir 1960-cı illərə qədər davam etdi. 1960-cı illərdə yeni klassik iqtisadçılar Robert Lukas, Tomas Sercent və Robert Barro Keynsçilik nəzəriyyəsinin bir çox əsaslarını şübhə altına aldılar. 1980-ci illərdə yeni klassiklərin tənqidlərinə orijinal Keyns təlimini düzəldərək cavab verən iqtisadçılara "Yeni Keynesçilər" deyildi. Yeni Keynsçilər və yeni klassiklər arasındakı fikir ayrılığının əsas məqamı əmək haqqı və qiymət tənzimləmələrinin nə qədər tez baş verməsi sualıdır. Yeni klassiklər makroiqtisadi nəzəriyyələrini əmək haqqı və qiymət çevikliyi fərziyyəsinə söykənir, qiymətlərin sürətlə tələb və təklif bərabərliyini təmin etdiyinə inanırlar (bazarları “təmizləyir”). Yeni Keynsçilər “sərt” əmək haqqı və qiymət modellərini müdafiə edirlər, çünki bazar təmizlənməsi modellərinin qısa müddətli iqtisadi dalğalanmaları izah edə bilməyəcəyinə inanırlar. Yeni Keynesçilər əmək haqqı və qiymət sərtliyi nəzəriyyələri istər-istəməz işsizliyin niyə mövcud olduğunu və pul siyasətinin iqtisadi fəaliyyətə niyə təsir etdiyini izah edir.