KİKİRTKƏ
KİLİDLƏMƏK
OBASTAN VİKİ
Kilid
Qıfıl — otaq qapıları, qutu qapaqları kimi varlıqların mühafizəsinə xidmət edən obyektlərin istənməyənlər tərəfindən açılmasının qarşısını almaq üçün yerləşdirilmiş; açar kimi fiziki bir obyekt və ya şifrə kimi müxtəlif təhlükəsizlik kombinasiyaları ilə açıla bilən mexaniki və ya elektron cihaz. Kilidlər qapılar, örtüklər və ya divarlar içərisində quraşdırılmış cihazlar ola bilər və ya sonradan kilidlənəcək obyektə yapışdırılan asma kilidlər kimi əşyalar da ola bilər.
Kilid dağı (Culfa)
Əfşar (fars. كليدداغي‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Kilid və açar (serial, 2020)
Kilid və açar (ing. Locke & Key) — Qabriel Rodrigezin eyniadlı komiksinə əsaslanan 2020-ci ildə çıxarılmış ABŞ istehsalı fantaziya, qorxu və dram teleserialı. Rendell Lok köhnə şagirdi Sem Lesser tərəfindən öldürüldükdən sonra həyat yoldaşı Nina və üç övladı: Tayler, Kinsey və Bodi Sietldan Massaçusetsə köçürlər. Uşaqlar qısa müddətdə evin gizli sirlərini tapırlar. Beləcə açarlar vasitəsilə müvafiq kilidləri açıb açarların sirlərini kəşf edirlər. Amma pis əməllər üçün açarları istəyən şeytani varlıq onlarla savaşmağa başlayır. Darbi Stanşfild — ailə başçısı Nina Lok rolunda Konnor Cessap — ailənin ən böyük oğlu Tayler Lok rolunda Emili Cons — ailənin ortancıl uşağı və tək qızı Kinsi Lok rolunda Cekson Skott — ailənin ən kiçik oğlu Bodi Lok rolunda Petrik Cons — akademiyadakı ingilis rejissor tələbə Skot Kavendiş rolunda Laysla de Oliveriya — "gözəl qadın" fomrasındakı şeytani varlıq Doc rolunda Qriffin Qlak — Docun formasını aldığı və Kinsinin sevgilisi Qeb rolunda Aron Aşmor — Rendellin kiçik qardaşı Dunkan Lok rolunda (2-ci mövsüm) Halle Cons — iblis tərəfindən ələ keçirilən tələbə qız Eden Hokins rolunda Brenden Hins — akademiyadakı müəllim Fredrik Qidon rolunda (2-ci mövsüm) "Methesona xoş gəldiniz" "Tutucu / gözətçi" "Baş oyunları" "Açarların gözətçiləri" "Ailə ağacı" "Qara qapı" "Parçalanma" "Lənətə gəlmiş Günəş şüası" "Əks-səda" "Kölgələrin tacı" "Premyera" "Baş və ürək" "Kiçik dünya" "Məni unutma" "Keçmiş proloq" "Labirint" "Ən yaxşı planlar" "Oddakı ütülər" "Alfa və omeqa" "Kliffhanqr" Kilid və açar Netflix-də Kilid və açar — Internet Movie Database saytında.
Kilidbahir qalası
Kilitbahir qalası — 1452-ci ildə İstanbulu mühasirə etməsi əsnasında Papalıq donanmasının Bizans İmperiyasına kömək etməsini qarşısını almaq məqsədilə Fateh Sultan Mehmet tərəfindən Dardanel qarşısındakı Kilitbahir kəndində inşa etdirilmişdir. Qala, daxili və xarici sur divarlarından və həyət içində 7 mərtəbəli üçbucaq bir qüllədən ibarətdir. İç qala 7 mərtəbəlidir. Daha sonra ilk dəfə 1541-ci ildə Qanuni Sultan Süleyman tərəfindən bərpa edilmiş, bu bərpa zamanı cənub hissəsi əhatə edən bir sur divarı xarici ucda bir qüllə (Sarıqüllə) inşa edilmişdir. Qala 1870-ci ildə Sultan Əbdüləziz tərəfindən ikinci dəfə bərpa edilmişdir. Şimal hissəsinin orijinal xarici dəniz divarı günümüzdə yoxdur. Bu bölümün şimal hissəsi 1894-cü illərdə II Əbdülhəmid tərəfindən yenidən inşa etdirilib. Xarici sur divarları (xarici qala) 4 mt, ikinci xarici qala 18 mt, iç qala 30 mt hündürlüyündədir. Divar qalınlıqları 4-6 mt arasındadır. Dəniz divarlarının cənub hissələri top mazğalı olaraq istifadə edilmişdir.
On iki raund 3: Kilidlənmə
12 Raund 3: Kilidlənmə, 2015 -ci ildə ABŞ -da çəkilmiş olan bir filmdir. Baş rollarda WWE güləşçisi Dean Ambrose və Roger Cross oynamışdır.
Orbit kilidlənməsi
Orbit kilidlənməsi (Qravitasiya kilidlənməsi və ya sinxron fırlanma) — bir cismin öz ətrafında fırlanma sürəti ilə, peyki olduğu planet və ya ulduzun orbitində fırlanma surətinin bərabər olma vəziyyəti. Bu vəziyyətdə cisim, ətrafında fırlandığı "daha böyük kütləli" cismə həmişə eyni üzü baxacaq formada fırlanır. Bu elmə sinxron fırlanma olaraq da məlumdur: nizamlı şəkildə kilidlənmiş cisim, öz oxu ətrafında peyki olduğu planet və ya ulduzun orbitində fırlanmaq üçün kifayət qədər vaxt alır. Məsələn, Ayın eyni tərəfi həmişə Yerə baxır, baxmayaraq ki, Ayın orbiti mükəmməl dairəvi olmadığı üçün bir sıra dəyişkənliyi var. Bu halda peyk, özündən daha böyük cisimə kilidlənir. Bununla birlikdə, iki cisim arasındakı kütlə fərqi və aralarındakı məsafə nisbətən azdırsa, hər biri digərinə səliqəli kilidlənə bilər; bu, Pluton və onun peyki Xaron üçün də belədir. İki cisim arasında təsir, hər iki cisimin cazibə qüvvələrinin qarşılıqlı şəkildə fırlanaraq yavaşca kilidlənənə qədər yaranır. Zamanla, milyonlarla il ərzində, təsir gücü, enerji mübadiləsi və istilik yayılması nəticəsində hər iki cisimin öz orbitlərində fırlanma nisbətləri dəyişir. Cisimlərdən biri orbit ərzində fırlanma sürətindən artıq bir dəyişikliyin olmadığı bir vəziyyətə çatdıqda bu zaman kilidlənmə baş verir. Cisim ayrılarkən bu halda yerində qalmağa meyilli olur çünki onun sistemə geri enerji ötürməsi lazımdır.
Kilidlənməyə qarşı əyləc sistemi
ABS (ing. anti-lock braking system) — avtomobillərdə kilidlənməyə qarşı əyləc sistemi. Avtomobillərin istənilən yük səviyyəsində, bütün yol vəziyyətlərində və müxtəlif sürətlərində məcburi hallarda ani əyləcləmələrdə təkərlərin kilidlənməsinin qarşısını alaraq sükandakı tam hakimiyyəti təmin edən əyləc sistemidir. ABS 3 hissədən ibarətdir: Hərəkət, dayanma qeydiyyat sensoru (datçik). Əyləc sistemində təzyiq idarəedici klapanlar. Ümumi İdarəetmə qurğusu. Tam hərəkətsiz hala gəlmiş təkərlər sürüşərək avtmobili idarə olunmaz hala gətirir. Təkərlərin tam dayanmasını əngəlləyərək, sürüşmə effektinin qarşısı alınaraq avtomobilin stabil hərəkətini təmin etmək mümkün olur. Hər hansı bir təkərin müəyyən müddət hərəkətsiz olduğunu sensor (datçik) qeydə alaraq mərkəzə ötürür. Ötürülən məlumat İdarəetmə qurğusuna siqnal verir və mərkəzi idarəetmə qurğusu dayanmanı saxlayaraq və yaxud buraxaraq sistemi daha optimal vəziyyətə gətirir.

Digər lüğətlərdə