kimyəvi istilik nasosu

ру химический тепловой насос en chemical heat pump de chemische Wärmepumpe fr pompe chimique de chaleur es bomba química de calor it pompa chimica di calore
kimyəvi davamlılıq
kinematik özlülük
OBASTAN VİKİ
İstilik
İstilik — fiziki kəmiyyət olub, materialın halını xarakterizə edir. O kinetik enerjinin köməyi ilə mikroskopik və termodinamikanın köməyi ilə makroskopik təyin edilə bilir. Termodinamikada istilik bir sərhəddən başqasına enerjini nəql etdirir. İstilik temperatur qardiyenti verildikdə proses parametri kimi işlənə bilir. Ümumilikdə istilik çox vaxt istilik enerjisi və ya temperatur ilə dəyişik salınır. İstilik bir sərhəddən başqasına keçdikdə heç də həmişə temperatur dəyişikliyi baş vermir. istiliyin maddəyə daxil olması çox vaxt hal dəyişikliyi ilə müşayət olunur. İstiliyin verilməsi temperaturun qalxmasına təsir edə və bununla hal dəyişiliyini yarad bilər (məsələn, buzun əriməsi) və təzyiqinin dəyişməsinə təsir edə bilər. İstilik və temperatur bir-biri ilə entropiya ilə əlaqələndirilir.
Benzin nasosu
Benzin nasosu (БЦН-1, БЦН-2) — mərkəzdən qaçma prinsipi ilə işləyən, bəzi tankların və digər texnikaların (məsələn: Т-64, Т-72, БМП-1,2) yanacaq sistemində istifadə edilən nasos . Funksiyası çoxyanacaqlı dizel mühərrikini işini yüngül yanacaqla təmin etməkdir.
Mərkəzdənqaçma nasosu
Mərkəzdənqaçma nasosu ən geniş yayılmış nasos növüdür. Bu nasoslar həm soyuq, həm də isti halda olan suların, özlülüyü yüksək olan və aşındırıcı mayelərin, suyun qruntla, torfla, şlakla və s. bərk hissəciklərlə qarışığını nəql etmək üçün tətbiq olunur. Mərkəzdənqaçma nasosunun ümumi təsviri şəkildə verilmişdir. Bu nasoslar üçün mayenin fasiləsiz axması səciyyəvidir. Nasosun işçi üzvü üzərində pərlər bərkidilmiş rotordan ibarətdir. Rotor fırlanan valda oturdularaq çox hallarda bir başa elektrik mühərriki ilə əlaqələndirilir. Fırlanan rotorun pərləri mühərrikin enerjisini mayeyə verərərək mayedə təzyiq yaradır. Mühərrikin gövdəsinin orta hissəsində təzyiq kənarlarına nisbətən aşağı olduğundan mərkəzdənqaçma qüvvəsinin hesabına) maye girişdən çıxışa doğru hərəkət edir. Nasosun işçi çarxı həm bir tərəfli, həm də ikitərəfli hazırlana bilir.
İmpeller nasosu
İmpeller nasosu pərli çarxları (impeller) elastiki materialdan hazırlanmış nasosdur. İmpeller gövdə daxilində eksentrik oturdulduğundan fırlanma zamanı pərlərin vəziyyətindən asılı olaraq iki pər arasında qalan boşluq müxtəlif olur. Şəkildən göründüyü kimi, girişdən daxil olan maye pərlər arasında qalaraq sıxılır və beləliklə mayedə təzyiq artır. İmpeller döndükdə isə maye çıxışa tərəf hərəkət etdirilir və çıxışa çatdıqda böyük təzyiqlə çıxış borusuna daxil olur. Beləliklə mayenin nəqli baş verir. İmpeller əsasən gəmilərin mühərriklərinin soyudulmasında tətbiq olunur. Dəniz suyu sorularaq mühərrikin soyutma dövrəsinə vurulur, mühərrikdə istilik mübadiləsi baş verdikdən sonra qızmış su yenidən dənizə axıdılır. İmpeller mühərrikinin üstün cəhəti ondan ibarətdir ki, bu nasos özüsorandır. Nasosun hissələri bir-biri ilə kip birləşdirildiyindən o, havanın sorulmasına da imkan verir. Əliyev, R.R. Maşınqayırma leksikonu.
Şprits nasosu
Şprits nasosu (ing. Syringe driver, alm. Spritzenpumpe‎) — müasir təbabətdə geniş tətbiq olunan tibb ləvazimatı. Onun vasitəsilə venadaxili inyeksiya üçün dərman məhlullarını, zaman üzrə dozalamaq mümkündür. Tibbi dildə ona perfyuzor da deyilir. İlk dəfə 1951 ci ildə Dr. Hess tərəfindən icad edilmişdir. Halhazırda klinikalarda tətbiq edilən cihaz “B. Braun Melsungen” firması tərəfindən istehsal edilmişdir. Müasir şprits nasoları nano texnologiya əsasında istehsal olunurlar. Belə şprits nasoları yaddaşa, hesablama, dərman məhlullarını bazal sürətlə yaxud bolyusla inyeksiya etmək qabiliyyətinə və müşahidə monitoruna malikdirlər.
İstilik balansı
Yer səthində və atmosferada eyni zamanda istər qısa dalğalı (düz və səpələnən) və istərsə də uzun dalğalı (Yerin və atmosferanın şüalanması) radiasiya axınları müşahidə edilir. Deməli hər hansı bir anda yer səthində radiasiyanın gəliri və çıxarı vardır. Radiasiya balansı istilik balansının ən əsas üzvlərindən biri olub belə sadə düsturla idarə olunur: B=LE+V+P B — radiasiya balansı LE — buxarlanmaya sərf olunan istilik, V — səth örtüyü ilə hava arasında istilik mübadiləsi, P — torpaqda istilik axınıdır İstiliyin gəlir və çıxarına uyğun olaraq istilik balansı ünsürləri müsbət və ya mənfi kəmiyyətlərə malik ola bilər. Çoxillik nəticədə torpaqğın yuxarı təbəqələrinin və Dünya okeanının suyunun orta çoxillik temperaturası daimi hesab edilir. Ona görə də torpaqda və Dünya okeanında üfiqi və şaquli istilik mübadiləsi təcrübi olaraq sıfıra bərabər hesab edilir. Ümumiyyətlə bütün yer kürəsi üçün buxarlanmaya sərf olunan istiliyin illik miqdarı quru üçün 25, okean üçün 59 kkal/sm2-ə bərabərdir. Bu rəqəmlər quru və okeanın radiasiya balansının uyğun olaraq 51 və 82%-ni təşkil edir. Bu rəqəmlərdən aydın olur ki, il ərzində quru səthindən 41 sm, okeanların səthindən isə 100 sm su buxarlanır.
İstilik dövranı
Atmosfer proseslərinin üç əsas tsikli var ki, onlar havanın formalaşmasına və iqlimin yaranmasında iştirak edirlər. Bunlar iqliməmələgətirən proseslərdir; istilik dövranı rütubət dövranı atmosfer sirkulyasiyası İstilik dövranı məfhümu mürəkkəb prosesi, yəni yer-atmosfer sistemində istilik almağı, verməyi, daşımağı və istiliyi itirməyi təsvir edir. Günəşdən Yerə gələn günəş radiasiyası axını, qismən atmosfer fəzaya əks etdirir. Bu enerji Yer kürəsi üçün itmiş sayılır. Digər qismi atmosferi keçir və onun bir hisssəsini atmosfer udub istiliyə çevirir. Digər hissəsi səpələnir və spektral tərkibi dəyişir. Düz günəş radiasiyası və səpələnən radiasiya yer səthinə düşür, qismən əks olunur, ancaq böyük bir hissəsini udaraq istiliyə çevrilərək torpağı və sututarların üst qatını qızdırır. Yer səthinin özü infraqırmızı şüa buraxır ki, onun böyük hissəsini atmosfer udaraq qızır. Atmosfer de öz növbəsində infraqırmızı şüa buraxır ki, onun böyük hissəsini yer səthi udur. İstilik dövranında vacib proseslərdən birihava axını ilə istiliyin bir yerdən digər yerə aparılmasıdır.
İstilik dəyişdirici
İstilik dəyişdirici — istiliyin iki və daha artıq maye və ya qaz arasında ötürülməsini təmin edən sistemdir. İstilik dəyişdiricilər həm isitmə, həm də soyutma sistemlərində istifadə olunur. İstilik dəyişdiricidəki maye və ya qaz, qarışmasının qarşını almaq üçün bərk divarla ayrıla bilər və ya birbaşa təmasda ola bilər. Onlar, məkanların qızdırılmasında, soyuducularda, hava sistemlərində, elektrik stansiyalarında, kimyəvi zavodlarda, neft emalı zavodları, təbii qaz emalı və kanalizasiya təmizlənməsi sistemlərində istifadə olunur. İstilik dəyişdiricilərinin axın tənzimləmələrinə görə üç əsas təsnifatı var. Paralel axan istilik dəyişdiricilərində iki maye eyni anda dəyişdiriciyə daxil olur və bir-birinə paralel olaraq digər tərəfə keçir. Əks axın istilik dəyişdiricilərində mayelər əks istiqamətdən dəyişdiriciyə daxil olur. Maye və ya qazın vahid kütləsinə düşən ötürülən istilik miqdarı cəhətdən əks cərəyan dizaynı ən səmərəli dizayndır. Bu, əks axındakı istənilən iki nöqtə arasındakı orta temperatur cəminin paralel axına nisbətən daha çox olması ilə əlaqədardır. Çarpaz axını olan bir istilik dəyişdiricisində isə maye və ya qazlar bir-birinə təxminən perpendikulyar istiqamətdə hərəkət edir.
İstilik dəyişdiricisi
İstilik dəyişdirici — istiliyin iki və daha artıq maye və ya qaz arasında ötürülməsini təmin edən sistemdir. İstilik dəyişdiricilər həm isitmə, həm də soyutma sistemlərində istifadə olunur. İstilik dəyişdiricidəki maye və ya qaz, qarışmasının qarşını almaq üçün bərk divarla ayrıla bilər və ya birbaşa təmasda ola bilər. Onlar, məkanların qızdırılmasında, soyuducularda, hava sistemlərində, elektrik stansiyalarında, kimyəvi zavodlarda, neft emalı zavodları, təbii qaz emalı və kanalizasiya təmizlənməsi sistemlərində istifadə olunur. İstilik dəyişdiricilərinin axın tənzimləmələrinə görə üç əsas təsnifatı var. Paralel axan istilik dəyişdiricilərində iki maye eyni anda dəyişdiriciyə daxil olur və bir-birinə paralel olaraq digər tərəfə keçir. Əks axın istilik dəyişdiricilərində mayelər əks istiqamətdən dəyişdiriciyə daxil olur. Maye və ya qazın vahid kütləsinə düşən ötürülən istilik miqdarı cəhətdən əks cərəyan dizaynı ən səmərəli dizayndır. Bu, əks axındakı istənilən iki nöqtə arasındakı orta temperatur cəminin paralel axına nisbətən daha çox olması ilə əlaqədardır. Çarpaz axını olan bir istilik dəyişdiricisində isə maye və ya qazlar bir-birinə təxminən perpendikulyar istiqamətdə hərəkət edir.
İstilik enerjisi
İstilik enerjisi (İE) - kömür, odun, neft, təbii qaz kimi yanacaqların yandırılmasıyla istilik enerjisi ortaya çıxmaqdadır. Əldə edilən istilik enerjisi əvvəlcə turbinlər köməyiylə mexaniki enerjiyə, daha sonra da generatorlar köməyiylə elektrik enerjisinə çevrilmək xüsusiyyəti vardır. İnsanlar gündəlik həyatlarında evlərdə, qışda istilənmək zamanı, mətbəxdə və ya yemək bişirmək üçün istilik enerjisindən tez-tez istifadə edirlər.
İstilik miqdarı
Cisimlər arasında istilik vermə ilə baş verən daxili enerjinin dəyişmə prosesi istilik miqdarı adlanan fiziki kəmiyyətlə xarakterizə edilir. İstilik miqdarı - istilik mübadiləsi zamanı cismin aldığı və ya verdiyi enerjidir. İstilik miqdarı "Q" hərfi ilə işarə olunur.
İstilik mübadiləsi
İstilik mübadiləsi — İqlimin vacib cəhətlərindən olan atmosferin istilik rejimi atmosfer havası və ətraf mühit arasındakı istilik mübadiləsi ilə müəyyən olunur. Bu zaman ətraf mühit kimi kosmik fəza və qonşu hava kütləsi və yer səthi başa düşülür. İstilik mübadiləsi radiasiya yolu ilə, başqa sözlə havadan şüalanma və Günəş radiasiyasının hava ilə udulması yolu ilə reallaşır. Digər tərəfdən bu hava və yer səthi arasında istilikkeçirmə və atmosfer daxilində turbulentlik vasitəsilə baş verir. Yer səthi və atmosfer arasında istilik mübadiləsi həm də buxarlanma və növbəti kondensasiya zamanı baş verə bilər. Troposferdə günəş radiasiyasının birbaşa udulması çox azdır, belə ki, o havanın temperaturunu gün ərzində 0,50C qaldıra bilər. Havadan uzundalğalı şüalanma vasitəsilə istiliyin itməsi bir qədər daha çoxdur. Atmosferin istilik rejimi üçün istilikkeçirmə vasitəsilə yer səthi ilə istilik mübadiləsi həlledici əhəmiyyət daşıyır. Yer səthi ilə birbaşa təmasda olan hava kütləsi onunla molekulyar istilikkeçirmə yolu ilə istilik mübadiləsi edir. Atmosferdə daha effektiv istilik mübadiləsi turbulent istilikkeçirmə yolu ilə gedir.
İstilik releləri
Bimetal — iki və ya daha çox müxtəlif metallardan hazırlanmış layların birləşməsindən əldə olunan material. Elektrik avadanlıqlarının hazırlanmasında istifadə olunur. Elektrik avadanlıqlarının uzunömürlülüyü yüksək dərəcədə onların artıq yüklənməsindən asılıdır. Elektrik avadanlıqları artıq yüklənmə cərəyanlarından mühafizə etmək üçün bimetallik elementli istilik releləri geniş yayılmışdır. Bimetallik element müxtəlif xətti genişlənmə əmsalına α malik olan iki lövhədən ibarətdir. Onlar bir-biri üzərinə qoyular və sərt bərkidilir və ya qaynaq olunur. Əgər belə elementi tərpənməz bərkitsək və qızdırsaq, onda onun α əmsalı aşağı olan materiala tərəf əyilməsi baş verir. Artıq yük cərəyanının təsiri altında bimetallik lövhənin belə qızması və əyilməsi sayəsində lövhənin sərbəst ucuna bərkidilmiş kontakt açılır və avadanlığın idarə dövrəsini qızdıraraq, onu artıq yüklənmədən mühafizə edir.
İstilik sistemi
İstilik sistemi — Süni qızdırmadır. İstilik sistemlərində kompensasiya məqsədilə Yer Verilmiş səviyyədə İstilik keçirmə Xüsusiyyəti var. İstilik sistemində həmçinin bu funksiyanı yerinə yetirən qurğular və sistemlər də var. İstilik keçirmə xüsusiyyəti üstünlük olan üsulundan asılı olaraq yerləşdirmələrin istilik sistemi Konveksiyalı və Şüalı ola bilər. İstilik sisteminin növü, isti və soyuq havanın həcmlərinin qarışdırılması nəticəsində isti ötürülür. Konveksiyalı istilik sisteminin çatışmazlıqlarına içəridə (havanın yüksək temperaturu yuxarı və aşağı) və qeyri-mümkünlüyü temperaturların böyük fərqinə aiddir. İstilik sisteminin əsas növü, şüayla örtülür. İstilik sistemi üçün cihazlar bilavasitə altında və ya qızdırılan zonanın üstündə yerləşir (Polda və ya tavana quraşdırıb keçirilmiş, həmçinin divarlara və ya tavanın altında möhkəm bərkidilə bilərlər.
İstilik tutumu
İstilik tutumu və ya istilik sığışması bir maddənin istiliyinin 1 °C dəyişdirmək üçün tələb olunan istilik miqdarıdır, başqa sözlə, bir cismin istiliyinin temperaturuna görə törəməsidir. Cismin kütləsi ilə öz istiliyinin hasilinə bərabərdir. (m.c) C = ( δ Q d T ) {\displaystyle C=\left({\frac {\delta Q}{dT}}\right)} ifadəsi ilə göstərilir. Bu ifadədə δ Q {\displaystyle \delta Q} istilik dəyişməsi, δ T {\displaystyle \delta T} temperatur dəyişməsidir. SL sistemində vahidi coul/Kelvindir Bir cismin vahid kütləsinin temperaturunu vahid dərəcə ilə dəyişdirmək üçün tələb olunan istiliyə xüsusi istilik tutumu və ya xüsusi istilik deyilir. SI sistemindəki vahidi joule/qram kelvindir. İstilik tutumu maddələr üçün fərqləndirici bir xüsusiyyət deyildir.
İstilik şüalanması
İstilik şüalanması — temperaturu mütləq sıfırdan fərqli olan istənilən cisim elektromaqnit dalğaları şüalandırır. Belə şüalanma həmin cismin istilik enerjisinin ehtiyatı hesabına baş verir. Şüalanan cismə kənardan əlavə enerji verilmədiyi halda onun enerji ehtiyatı azaldığından temperaturu get-gedə aşağı düşür. Digər tərəfdən, bu şüalanma hər hansı cisim tərəfindən udulduqda onun istilik enerjisi ehtiyatını artırır - cisim qızır. Elə bunlara görə də həmin şüalanma istilik şüalanması, yaxud temperatur şüalanması adlanır. İstilik şüalanması bütün digər növ şüalanmalardan fərqli olaraq tarazlıqlı şüalanmadır. Kimyəvi reaksiyalar nəticəsində meydana gələn şüalanma müstəsna olmaqla bütün şüalanma növlərində şüaburaxma, sistemin həyəcanlanmış haldan əsas hala keçməsi nəticəsində baş verir. İstilik şüalanmasını digər növ şüalanmalardan, məsələn lüminesensiyadan fərqləndirən cəhət şüalanma nəticəsində sistemin itirdiyi enerjinin yerini doldurma (şüalanma mənbəyini həyəcanlanmış hala gətirmə) mexanizmidir. İstilik şüalanması zamanı həyəcanlanmış hala keçmə istilik hərəkəti hesabına toqquşan hissəciklərin (atom və molekulların) öz enerjisinin müəyyən hissəsini digər hissəciklərə verməsi nəticəsində baş verir. İstilik şüalanmasının xarakteri haqqında təsəvvür əldə etmək üçün divarı elektromaqnit dalğalarını keçirməyən qapalı qab daxilində müxtəlif temperaturlu iki cisim fərz edək.
İstilik mühərriki
İstilik mühərriki — xarici mənbələrdəki (xarici yanma mühərriki) istilikdən istifadə edən və ya onu mexaniki enerjiyə çevirmək üçün mühərrikin daxilində (yanma kamerasında və ya daxili yanma mühərrikinin silindrlərində) yanacağın yanmasından əldə edilən istilik mühərriki. Termodinamikanın qanunlarına uyğun olaraq, belə mühərriklərin səmərəlilik əmsalı birdən azdır, bu da istiliyin mexaniki enerjiyə tam çevrilməməsi deməkdir. Mühərrikin dizaynından asılı olaraq 40%-dən daxil olan (və ya buraxılan) enerjinin 80%-ə qədəri avtomobili aşağı temperaturlu istilik şəklində tərk edir ki, bu da bəzi hallarda salonun (yerüstü nəqliyyatın), yaşayış binalarının və tikililərinin (stasionar mühərriklər üçün) qızdırılması üçün istifadə olunur və ya sadəcə atmosferə buraxılır (təyyarə mühərrikləri, əl alətlərinin aşağı güclü mühərrikləri, qayıq mühərrikləri və s.). Belə hallarda yanacaq istiliyindən istifadə əmsalı haqqında danışırlar ki, bu da mühərrikin özünün səmərəliliyindən daha yüksəkdir . Hər hansı bir istilik mühərrikinin əsas cəhəti onun istehlak etdiyi yanacağın növü və miqdarı və bunun nəticəsində ətraf mühitin çirklənməsidir. Buxar elektrik stansiyaları ( Renkine tsikli ilə işləyən istilik mühərrikləri), nüvə reaktorunun istiliyini çevirən (və ya geotermal enerjidən istifadə etməklə), termodinamik radioizotop generatorları ( Stirlinq mühərriki və ya həmçinin Rankine tsiklindən istifadə etməklə və radioaktiv mənbədən çox istiliyi qəbul edən) yüksək aktivlik) və günəş elektrik stansiyaları termodinamik yanacaq növü yandırılmır, qalan hissəsi isə bir çox hallarda uzaqdan daşınan mövcud enerji resurslarından asılıdır. Dövlətdə mövcud olan istilik mühərriklərinin (ikinci dərəcəli mühərriklər üçün enerjiyə çevrilən, adətən elektrik), yanacaq istehsalı yerlərinin və onun daşınması üçün nəqliyyat infrastrukturunun məcmusuna yanacaq-energetika kompleksi deyilir. İstilik mühərrikləri ikinci dərəcəli mühərriklərdən (elektrik, hidravlik mühərriklər və əsaslardan enerji alan başqalarından) fərqli olaraq birinci dərəcəlidir .
Kimyəvi birləşmə
Kimyəvi birləşmələr və ya Mürəkkəb maddələr — müxtəlif element atomlarından əmələ gəlmiş maddələrə deyilir. Məsələn, su hidrogen və oksigen elementlərnin atomlarından; sulfat turşusu isə hidrogen, oksigen və kükürd elementlərinin atomlarından əmələ gəlmiş mürəkkəb maddələrdir. Mürəkkəb maddələr üzvi və qeyri-üzvi maddələrə bölünür. Bütün üzvi maddələr mürəkkəb maddədirlər, lakin bütün qeyri-üzvi maddələr mürəkkəb maddə deyillər. Qeyri-üzvi maddələrin bir qismi bəsit maddələrdir. Aqreqat hallarına görə mürəkkəb maddələr qaz, maye və bərk formada olurlar. Mürəkkəb maddələr də molekulyar və qeyri-molekulyar quruluşlu olurlar.
Kimyəvi birləşmələr
Kimyəvi birləşmələr və ya Mürəkkəb maddələr — müxtəlif element atomlarından əmələ gəlmiş maddələrə deyilir. Məsələn, su hidrogen və oksigen elementlərnin atomlarından; sulfat turşusu isə hidrogen, oksigen və kükürd elementlərinin atomlarından əmələ gəlmiş mürəkkəb maddələrdir. Mürəkkəb maddələr üzvi və qeyri-üzvi maddələrə bölünür. Bütün üzvi maddələr mürəkkəb maddədirlər, lakin bütün qeyri-üzvi maddələr mürəkkəb maddə deyillər. Qeyri-üzvi maddələrin bir qismi bəsit maddələrdir. Aqreqat hallarına görə mürəkkəb maddələr qaz, maye və bərk formada olurlar. Mürəkkəb maddələr də molekulyar və qeyri-molekulyar quruluşlu olurlar.
Kimyəvi coğrafiya
Kimyəvi coğrafiya landşaftın ayrı-ayrı komponentlərinin kimyəvi xüsusiyyətlərinin ərazicə yayılması qanunauyğunluqları haqqında elm sahəsi. aşkar edilmişdir ki, bitkinin, heyvanın, səthi və qrunt sularının,atmosfer yağıntılarının və s. kimyəvi tərkibi coğrafi zonallıq qanunauyğunluğuna tabedir. Belə ki, müxtəlif coğrafi zonalarda həm yabanı, həm də mədəni bitkilərin kimyəvi tərkibi müxtəlifdir. Məsələn, quru iqlim şəraitində yetişdirilən buğdanın dənində zülallar rütubətli iqlimdəkindən çoxdur.
Kimyəvi element
Kimyəvi element — eyni cins atomlardan ibarət olan, fiziki və ya kimyəvi yollarla özündən daha sadə və fərqli maddələrə ayrıla bilməyən saf maddələrə element deyilir. Məsələn su bir element deyil. Lakin suyun elektrolizindən əldə edilən hidrogen və oksigen elementdirlər. Elementi meydana gətirən bütün atomların böyüklükləri və atomların arasındakı uzaqlıq eynidir. Lakin bir elementin atomları ilə başqa bir elementin atomlarının böyüklükləri və atomları arasındakı məsafə fərqlidir. Eyni elementdən düzəldilən fərqli maddələr də eyni cins atomlardan meydana gəlirlər. Elementi meydana gətirən atomların bir-birinə olan uzaqlığı elementin qatı, maye və qaz halına görə dəyişə bilər. Canlı və cansız varlıqların hamısı elementlərdən meydana gəlirlər. Kimyəvi element nüvəsinin yükü eyni olan atom növüdür. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirirlər.
Kimyəvi elementlər
Kimyəvi element — eyni cins atomlardan ibarət olan, fiziki və ya kimyəvi yollarla özündən daha sadə və fərqli maddələrə ayrıla bilməyən saf maddələrə element deyilir. Məsələn su bir element deyil. Lakin suyun elektrolizindən əldə edilən hidrogen və oksigen elementdirlər. Elementi meydana gətirən bütün atomların böyüklükləri və atomların arasındakı uzaqlıq eynidir. Lakin bir elementin atomları ilə başqa bir elementin atomlarının böyüklükləri və atomları arasındakı məsafə fərqlidir. Eyni elementdən düzəldilən fərqli maddələr də eyni cins atomlardan meydana gəlirlər. Elementi meydana gətirən atomların bir-birinə olan uzaqlığı elementin qatı, maye və qaz halına görə dəyişə bilər. Canlı və cansız varlıqların hamısı elementlərdən meydana gəlirlər. Kimyəvi element nüvəsinin yükü eyni olan atom növüdür. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirirlər.
Kimyəvi formul
Kimyəvi formul — kimyəvi birləşmələrin kəmiyyət və keyfiyyət tərkibini bildirmək üçün istifadə olunan kimyəvi işarə və indeks toplusudur. İndeks-elementin işarəsinin sağ tərəfində aşağıda yazılan və atomların sayını göstərən ədədə deyilir.
Kimyəvi kinetika
Kimyəvi kinetika — kimyanın əsas sahələrindən biri olub, kimyəvi reaksiyaların sürətinin və onun müxtəlif amillərindən — reaksiyaya daxil olan maddələrin qatılığından, temperaturdan, təzyiqdən (qazlar üçün), katalizatorların təsirindən və s. asılılığı öyrənir. Kimyəvi reaksiyaların hamısı eyni sürətlə getmir. Bəzi kimyəvi reaksiyalar çox böyük sürətə malik olduğundan , demək olar ki, ani vaxtda başa çatır. Məsələn, partlayıcı maddələrin reaksiyası saniyəönin on mində bir hissəsi ərzində qurtarır. Bununla yanaşı elə reaksiyalar da vardır ki, onların axıra çatması üçün saatlar, sutkalar və hətta illərlə vaxt lazım olur. Kimyəvi reaksiyanın sürəti hər şeydən əvvəl reaksiyaya daxil olan maddələrin təbiətindən və həmçinin onların qatılığından, temperaturdan, katalizator istirakından və s.-dən asılıdır. Bu sürəti vahid həcmdə (homogen sistemdə) zaman vahidi ərzində cərəyan edən reaksiya həcmi ilə ölçülür. Daha dəqiq deyilərsə, reaksiyanın sürəti reaksiyaya daxil olan və ya reaksiya nəticəsində əmələ gələn maddələrin qatılığının (əsasən mol/l-lə) zaman vahidi (dəqiqə və ya saniyə) ərzində dəyişməsi ilə xarakterizə olunur. A + B → C + D , {\displaystyle A+B\to C+D,} v = ∂ C ∂ t = − ∂ A ∂ t .
Kimyəvi meliorasiya
Kimyəvi meliorasiya — Torpağın xassələrini yaxşılaşdırmaq və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək üçün torpağa kimyəvi təsir göstərmək üsulları sistemi. Kimyəvi meliorasiya üsulları: torpaqda yüksək turşuluğa qarşı əhəngli gübrələrdən istifadə edilməsi. (əsasən çimli podzol torpaqlar üçün; torpağın gipslənməsi (şorakətli torpaqlar üçün) – qələviliyi azaltmaq üçün torpağa gips verilir; torpağın turşulaşdırılması (neytral və qələvi reaksiyalı torpaqlar üçün), bu məqsədlə torpağa natrium 2-sulfat verilir. (bəzi bitkilər üçün, məs. çay bitkisi); Kimyəvi meliorasiyaya həmçinin melorasiya olunan torpağı tam yaxşılaşdırmaq üçün yüksək dozada mineral və üzvi gübrələrin verilməsi də aid edilir. Kimyəvi meliorasiya adətən hidrotexniki meliorasiya ilə birlikdə aparılır. (məs. şorakət torpaqların yuyulması). Torpaq və su mühitində orqanizmin maksimum məhsuldarlığını təmin edən kimyəvi elementlərin tərkibi və nisbəti.