KİNOVAR

I
сущ. киноварь:
1. сернистая ртуть, минерал различных оттенков красного цвета
2. минеральная красная краска, получаемая из сернистой ртути
II
киноварный. Kinovar rəngi киноварный ц вет.
KİNOTRÜK
KİNSİZ
OBASTAN VİKİ
Kinovar
Kinovar — triqonal sinqoniya – kinovar; kubik sinqoniya – metasinnabarit. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən == Növ müxtəliflikləri == Metasinnabaritin: qvadalkatsarit (Zn – 9,5%, Cd – 6 % olduqda), saukovit (Cd – 12%, Zn – 3,1% olduqda), onofrit (Se – 8,5%-dək). == Xassələri == Rəng – kinovarın parlaq-qırmızıdan (toz şəkilli növ müxtəlifliyi) tünd-qırmızıyadək, bəzən qurğuşunu - boz çalarlı oksidləşmə rəngləri alır; metasinnabaritin – qaradan poladı-bozadək; Mineralın cizgisinin rəngi – kinovarın parlaq-qırmızı, metasinnabaritin – qara; Parıltı – kinovarın parıltısı müxtəlifdir: kristallik əmələgəlmələrdə almaz, sıx xırdadənəlilərdə – metal, toz şəkillilərdə – tutqun; metasinnabaritin – metal; Şəffaflıq – kinovar yarımşəffaf, bəzən şəffaf, metasinnabarit qeyri-şəffaf; Sıxlıq – kinovarın – 8-8,2, metasinnabaritin – 7,7; Sərtlik – kinovarın – 2-2,5, metasinnabaritin – 3; Kövrəkdirlər; Ayrılma – kinovarda {1010} prizması üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari, tikanlı; Başqa xassələr – metasinnabarit kinovardan fərqli olaraq elektrikkeçirmə ilə səciyyələnir. 344°C temperaturda metasinnabaritin kinovara dönər keçmə prosesi baş verir; Morfologiya – kristallar: qalınlövhəvarı, romboedrik (kinovar), tetraedrik, dodekaedrik (metasinnabarit); İkiləşmə: kinovarda tez-tez {0001} üzrə təmas ikiləşmələri, həmçinin qarşılıqlı nüfuzetmə ikiləşmələri qeyd olunur; Mineral aqreqatları: bütöv, torpaqvari, bəzən gizlikristallik kütlələr, püruzlar, qaysaqlar (kinovar), yaxmalar, xırdadənəli qabıqlar, tozvari qaysaqlar (metasinnabarit). == Mənşəyi və yayılması == Yer səthinə yaxın hidrotermal əmələgəlmələr olub, teletermal və vulkanogen yataqlar üçün səciyyəvidirlər. Civə, sürmə-civə yataqlarında, bəzən qızıllı kvars damarlarında rast gəlirlər. Termal bulaq çöküntülərində aşkar edilmişlər. Bəzən bilavasitə vulkanik qazlardan çökürlər. Nadir hallarda civəli tutqun filizlərin oksidləşmə məhsulu kimi hipergen kinovar müşahidə edilir; Kinovar bəzən səpintilərdə də toplanır. Birlikdə rast gəldiyi minerallar: sərbəst civə, xalsedon, kvars, barit, kalsit, flüorit, xalkopirit, pirit.

Digər lüğətlərdə