kit sümüyü (üst çənədə)

whalebone китовый ус
kişmişi gülmək
kitab açmaq
OBASTAN VİKİ
ÜST
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir.
Üst Paleolit
Üst Paleolit və ya Son Paleolit — təxminən 40 min il bundan əvvəl başlanmış, e.ə.12-ci minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində, habelə ictimai həyatda xeyli dəyişikliklər baş vermişdir. Üst Paleolit dövründə ibtidai insanlar mağarada yaşamış və özlərini təbiətin təhlükəli hadisələrindən və vəhşi heyvanların hücumlarından qorumuşlar. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrinin Paleolit düşərgələrində daha çox rast gəlinmişdir. Üst paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayısının nəsli kəsilmişdir. İnsanlar ən çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. ovlayırdılar. İnsanların istifadə etdikləri qaşovlar, biz, gəzli (yəni kənarı dişəkli) və üçbucaq əmək alətləri geniş yayılmışdır. Üst paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni ağıllı insanın ("Homo Sapiens") yaranması başa çatmışdı. İnsan fiziki və əqli inkişafın yüksək mərhələsinə çatmışdır.
Üst təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
Erta Kit
Erta Mae Kit (ing. Eartha Kitt; 17 yanvar 1927[…] – 25 dekabr 2008[…]) — ABŞ aktyoru. 17 yanvar 1927-ci ildə Nortda doğulub. 25 dekabr 2008-ci ildə Vestonda vəfat edib.
Kit Duqlas
Kit Duqlas (ing. Keith Douglas; d. 24 yanvar 1920 — ö. 9 iyun 1944) — İngilis şair. İkinci Dünya Müharibəsi sırasında yazdığı müharibə şeirləri ilə tanınır. Normandiya əməliyyatı zamanı həlak olmuşdur. Kit Duqlas Oksfordda oxuduğu zamanlarda şeirlərini yayımlamağa artıq başlamışdı. Buna baxmayaraq, yaşadığı müddətdə sadəcə bir kitabını, "Seçilmiş şeirlər" (ing. Selected Poems) adıyla 1943-cü ildə nəşr etdirə bildi. Ən çox bilinən şeiri Simplify me when I'm dead adlı şeiridir.
Kit Harinqton
Kristofer Keytsbi "Kit" Harinqton (ing. Christopher Catesby "Kit" Harington; 26 dekabr 1986[…], Akton[d], London) — Britaniya aktyoru. Daha çox “Taxt-tac oyunları” teleserialında Con Snou rolunun canlandırmasında məşhurluq qazanıb. 2017-ci ildə o, “Taxt-tac oyunları” serialının bir epizodu üçün 1,1 milyon dollar qazanaraq televiziyada ən çox qonorar alan aktyorlardan biri oldu. Harinqton Londonun Akton rayonunda keçmiş dramaturq Debora Ceyn Keytsbi və iş adamı 15-ci baronet ser Devid Riçard Harinqtonun ailəsində anadan olub. Anası onu Kristofer Marlonun şərəfinə adlandırmışdı (Harinqton bu adın qısadılmış Kit formasını istifadə etməyi üstün tutur). Kitin əmisi Ser Nikolas Con Harinqton 14-cü baronet Harinqtondur, ata tərəfdən ulu babası isə Ser Riçard Harinqton 12-ci baronet idi. Ata tərəfdən nənəsi Lavender Sesilia Denni tərəfindən, kral II Karlın 10-cu nəslindəndir. Həmçinin o, ata tərəfdən şotland siyasətçisi Henri Dandasın, 1-ci Vikont Melvilin nəslindəndir. Harinqton 1992-1998-ci illərdə Sautfild İbtidai Məktəbində oxuyub.
Kit Mitçell
Kit Klodius İssak Mitçell (ing. Keith Claudius Issac Mitchell; 12 noyabr 1946, Sent-Corc səmti[d]) — 2013-cü ildən Qrenada Baş naziri vəzifəsini icra edən və 1995–2008-ci illərdə də eyni postu tutan qrenadalı siyasətçi. Kit Klaudius Mitçell Sent-Corcesin Brizan cəmiyyətində anadan olub. Mitçell 1971-ci ildə Qərbi Hind Universitetini riyaziyyat və kimya üzrə bakalavr dərəcəsi ilə bitirdi. 1975-ci ildə Hovard Universitetində magistr, 1979-cu ildə isə Amerika Universitetində riyaziyyat və statistika üzrə doktorluq dərəcəsi aldı. ABŞ Enerji Məlumat İdarəsinə statistik dəstək verən Tətbiqi İdarəetmə Elmləri üzrə statistik kimi çalışdı. 1984-cü ildə ABŞ istilasından sonra Qrenadaya qayıtmaq üçün peşə işindən ayrıldı. Mitçell eyni zamanda 1973-cü ildə Qrenada komandasının kapitanı olan kriketçi, spinli topçu idi. O vaxtdan bəri siyasi karyerası ilə yanaşı Qərbi Hindistanda görkəmli kriket meneceridir. 1984-cü ilin dekabrında keçirilən ümumi seçkilərdə Sent-Corc və Şimal-Qərb seçki dairəsindən Nümayəndələr Palatasına seçildi və hər sonrakı seçkilərdə bu yeri tutdu.
Kit Morris
Kit Morris (ing. Keith Morris; 18 sentyabr 1955, Los-Anceles, Kaliforniya) — Black Flag, Circle Jerks və Off! hardkor pank qruplarının yaradıcısı və frontmeni.
Mavi kit
Press-kit
Press-kit – 1)hər hansı firma haqqında press relizlər, fotoqraflar, bukletlər və digər soraq məlumatlarından ibarət plastik və ya qalın kağızdan qovluq; 2)pablisitinin yaradılması məqsədi ilə, adətən, kütləvi informasiya vasitələri nümayəndələri suallar verir və həmin şəxslər tərəfindən suallar cavablandırılır. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Rassel Kit
Rassel Kit (ing. Russell Keat; 24 yanvar 1946) — Britaniya siyasi nəzəriyyəçisi və təqaüdçü akademiki. O, 1994-cü ildən 2006-cı ildə təqaüdə çıxana qədər Edinburq Universitetində siyasi nəzəriyyə üzrə professor olmuşdur. Rassel Kit Oksford Universitetində təhsil almış, burada bakalavr dərəcəsini bitirmiş və sonra fəlsəfə üzrə aspiranturanı tamamlamışdır. O, 1970-ci ildə Lankaster Universitetində mühazirə oxumağa başlamış və 24 ili orada keçirmiş, 1994-cü ildə Siyasi nəzəriyyə kafedrasına işləmək üçün Edinburq Universitetinə köçmüşdür. 2006-cı ildə təqaüdə çıxmış və o vaxtdan bəri Edinburq Universitetində fəxri professordur. Departament profilinə görə, Kitin tədqiqat sahəsi "bazar sərhədləri, istehlak suverenliyi, mədəni məhsullar və kapitalizm növləri ilə bağlı məsələlər də daxil olmaqla, bazar institutlarının etik xarakteri və təsiri ilə əlaqədardır". Social Theory as Science (Routledge, 1975; 2nd. ed 1982; 3rd ed., 2012). The Politics of Social Theory (University of Chicago Press, 1981).
Daban sümüyü
Daban sümüy (lat. calcaneus), (lat. os calcis) — ayaq daraqarxası sümüklərinin ən böyüyü olub ayağın dal və alt hissəsində boylama istiqamətdə yerləşmişdir. Bunun geriyə çıxan hissəsinə daban qabarı — lat. tuber calcanei deyilir. Daban sümüyünün üstündə aşıq sümüyü ilə birləşməyə məxsus üç oynaq səthi vardır: ön oynaq aşıq səthi — lat. facies talaris anterior (facies articularis anterior — BNA) ən kiçiyidir; orta oynaq aşıq səthi — lat. facies articularis talaris media (facies articularis media — BNA) əvvəlincidən bir az böyük olub aşıq sümüyü dayağı — lat. sustentaculum tali adlanan və içəri doğru çıxmış çıxıntı üzərində yerləşmişdir. Bu çıxıntının altında baş barmağı bükən uzun əzələnin vətərinə məxsus şırım — lat.
Damaq sümüyü
Dilaltı sümüyü
Döş sümüyü
Qalın mətn Döş sümüyü (yun.στέρνον, lat.sternum )— uzunsov yastı sümük olub, döş qəfəsinin ön divarının mərkəzi hissəsində yerləşərək qığırdaq vasitəsilə qabırğalara birləşir. Döş qəfəsinin təşkilində iştirak etməklə daxili üzvlərdən ürəyi, ağciyərləri, aorta qövsünü və döş aortasını xarici təsirlərdən qorumuş olur. Döş qəfəsi ürək cərrahiyyəsində döş qəfəsi məhz bu sümüyün mişarla tən boylama bölünməsi ilə yarılır. Bu əməliyyat sternotomiya adlanır. Döş sümüyü yuxarıdan sağ və soldan körpücük sümükləri, yanlardan 7 cüt qabırğa sümükləri ilə bitişmiş olur. Döş sümüyünə yuxarı hissədə döş-körpücük-məməyəbənzər əzələ (lat. musculus sternocleidomastoideus) bağlanmış olur. Döş sümüyü üç hissədən ibarətdir: Döş sümüyü dəstəyi (lat. manubrium) Döş sümüyü cismi (lat. corpus sterni) xəncərəbənzər çıxıntı (lat.
Gicgah sümüyü
Gicgah sümüyü (lat. os temporale) — kəllənin beyin şöbəsinə aid cüt sümüklərdəndir. Kələ əsasının və yan divarlarının təşkilində iştirak edir. Onda eşitmə mə müvazinət üzvüləri, daxili yuxu arteriyası, "S"-bənzər cibin bir hissəsi, dəhliz-ilbiz siniri və üz siniri, üçlü sinirin düyünü, azan sinirinin şaxələri və dil-udlaq siniri yerləşir. Gicgah sümüyü üç hissədən ibarətdir; bunlar xarici qulaq dəliyini — lat. porus acusticus externus əhatə etmişdir. Bu dəlik öz növbəsində xarici qulaq keçəcəyinə — lat. meatus acusticus externus açılır. Xarici qulaq dəliyindən yuxarı və ön tərəfə pullu hissə və ya gicgah pulu — lat. pars squamosa (sqama temporalis — BNA), ön və aşağı tərəfdə təbil hissə — lat.
Gözyaşı sümüyü
Körpücük sümüyü
Körpücük sümüyü (lat. clavicula) — İnsan anatomiyasında döş sümüyü ilə kürək sümüyü arasında körpü rolunu oynayır. Yetkin bir insanda orta uzunluğu 15 sm olan uzun sümükdür, Bu, anatomik vəziyyətdə üfüqi vəziyyətdə yerləşən yeganə uzun sümükdür.
Kürək sümüyü
Kürək sümüyü (lat. scapula) — çiyin qurşağına aid, döş qəfəsinin arxasında yerləşən bir cüt sümük. İnsanda kürək sümüyü yastı, üçbucaq formaya malikdir, əmək aləti olan belə bənzəyir. Kürək sümüyü çiyin oynağını əmələ gətirən əsas sümük olub, xüsusi oynaq səthləri ilə körpücük sümüyü və bazu sümüyü ilə birləşmə əmələgətirir.
Mil sümüyü
Oma sümüyü
Oma sümüyü (lat. Os sacrum) — qabırğa rudimentləri ilə birlikdə beş oma fəqərələrindən təşkil olunmuşdur. Oma sümüyünün enli ucu, əsası — lat. basis ossis sacri yuxarıda sonuncu bel fəqərəsi ilə birləşərək ınə doğru çıxmış burun — lat. promontorium təşkil edir. Oma sümüyünün ensiz ucu, zirvəsi — lat. apex ossis sacri aşağıda büzdüm fəqərəsi ilə birləşmişdir. I oma fəqərəsi cisminin arxasında fəqərə dəliyi — lat. foramen vertebrale vardır ki, bu dəlik aşağı doğru oma kanalı — lat. canalis sacralis ilə birləşir.
Oturaq sümüyü
Oturaq sümüyü (lat. os ischii) — qalça sümüyünün oturaq hissəsi. Oturaq sümük bucaq altında əyilmiş oturaq sümüyün yuxarı (lat. ramus superior ossis ischii), aşağı (lat. ramus inferior oss. ischii) şaxələrdən və sümük cismindən ibarətdir. Oturaq sümüyün şaxələri qasıq sümüyü ilə birləşərək qapayıcı dəliyi (lat. foramen obturatum) əmələ gətirir.
Qabırğa sümüyü
Qabırğa (lat. costa,ae f., q.yun. πλευρά) - cüt və yastı qövs səkilli döş qəfəsinə aid sümük olub, insanda sayı 12 cütdür. Qabırğa sümüyü iki: ön qığırdağa keçən və arxa fəqərəyə birləşən ucdan, baş (lat. Caput costae), boyun (lat. collum costae) və cismdən (lat. corpus costae) ibarətdir. Qabırğa sümüyünün iki: xarici qabarıq və daxili batıq səthi var. Arxa ucunda iki oynaq səthi: qabırğa qabarcığı oynaq səthi (lat. Facies articularis tuberculi costae) və köndələn çıxıntı oynaq səthi (lat.
Qalça sümüyü
Qasıq sümüyü