KİŞGİT
KİTƏ
OBASTAN VİKİ
Gilbert Kit Çesterton
Gilbert Kit Çesterton (ing. Gilbert Keith Chesterton; 29 may 1874, London — 14 iyun 1936, London) — ingilis yazıçısı. == Fəaliyyəti == İngilis ədəbiyyatında sadəcə əsərləri ilə deyil, həm də düşüncələri ilə böyük iz buraxan Gilbert Çesterton 1874-cü ildə Londonda anadan olmuşdur. 1936-cı ildəki ölümünədək yazıçılıq və jurnalistika yaradıcılığında qlobal problemlərə toxunmuşdur. Yazıçı Kiplinqin müstəmləkə anlayışını və İngiltərə siyasətini tənqid etmişdir. Çesterton İngiltərənin protestant olmasına baxmayaraq katolik məzhəbini seçmişdir.
Erta Kit
Erta Mae Kit (ing. Eartha Kitt; 17 yanvar 1927[…] – 25 dekabr 2008[…]) — ABŞ aktyoru. == Həyatı == 17 yanvar 1927-ci ildə Nortda doğulub. 25 dekabr 2008-ci ildə Vestonda vəfat edib.
Kit Duqlas
Kit Duqlas (ing. Keith Douglas; d. 24 yanvar 1920 — ö. 9 iyun 1944) — İngilis şair. İkinci Dünya Müharibəsi sırasında yazdığı müharibə şeirləri ilə tanınır. Normandiya əməliyyatı zamanı həlak olmuşdur. == Yaradıcılığı == Kit Duqlas Oksfordda oxuduğu zamanlarda şeirlərini yayımlamağa artıq başlamışdı. Buna baxmayaraq, yaşadığı müddətdə sadəcə bir kitabını, "Seçilmiş şeirlər" (ing. Selected Poems) adıyla 1943-cü ildə nəşr etdirə bildi. Ən çox bilinən şeiri Simplify me when I'm dead adlı şeiridir.
Kit Harinqton
Kristofer Keytsbi "Kit" Harinqton (ing. Christopher Catesby "Kit" Harington; 26 dekabr 1986[…], Akton[d], London) — Britaniya aktyoru. Daha çox “Taxt-tac oyunları” teleserialında Con Snou rolunun canlandırmasında məşhurluq qazanıb. 2017-ci ildə o, “Taxt-tac oyunları” serialının bir epizodu üçün 1,1 milyon dollar qazanaraq televiziyada ən çox qonorar alan aktyorlardan biri oldu. == Həyatı == Harinqton Londonun Akton rayonunda keçmiş dramaturq Debora Ceyn Keytsbi və iş adamı 15-ci baronet ser Devid Riçard Harinqtonun ailəsində anadan olub. Anası onu Kristofer Marlonun şərəfinə adlandırmışdı (Harinqton bu adın qısadılmış Kit formasını istifadə etməyi üstün tutur). Kitin əmisi Ser Nikolas Con Harinqton 14-cü baronet Harinqtondur, ata tərəfdən ulu babası isə Ser Riçard Harinqton 12-ci baronet idi. Ata tərəfdən nənəsi Lavender Sesilia Denni tərəfindən, kral II Karlın 10-cu nəslindəndir. Həmçinin o, ata tərəfdən şotland siyasətçisi Henri Dandasın, 1-ci Vikont Melvilin nəslindəndir. Harinqton 1992-1998-ci illərdə Sautfild İbtidai Məktəbində oxuyub.
Kit Mitçell
Kit Klodius İssak Mitçell (ing. Keith Claudius Issac Mitchell; 12 noyabr 1946, Sent-Corc səmti[d]) — 2013-cü ildən Qrenada Baş naziri vəzifəsini icra edən və 1995–2008-ci illərdə də eyni postu tutan qrenadalı siyasətçi. == Həyatı == Kit Klaudius Mitçell Sent-Corcesin Brizan cəmiyyətində anadan olub. Mitçell 1971-ci ildə Qərbi Hind Universitetini riyaziyyat və kimya üzrə bakalavr dərəcəsi ilə bitirdi. 1975-ci ildə Hovard Universitetində magistr, 1979-cu ildə isə Amerika Universitetində riyaziyyat və statistika üzrə doktorluq dərəcəsi aldı. ABŞ Enerji Məlumat İdarəsinə statistik dəstək verən Tətbiqi İdarəetmə Elmləri üzrə statistik kimi çalışdı. 1984-cü ildə ABŞ istilasından sonra Qrenadaya qayıtmaq üçün peşə işindən ayrıldı. == Kriket karyerası == Mitçell eyni zamanda 1973-cü ildə Qrenada komandasının kapitanı olan kriketçi, spinli topçu idi. O vaxtdan bəri siyasi karyerası ilə yanaşı Qərbi Hindistanda görkəmli kriket meneceridir. == Siyasi fəaliyyəti == 1984-cü ilin dekabrında keçirilən ümumi seçkilərdə Sent-Corc və Şimal-Qərb seçki dairəsindən Nümayəndələr Palatasına seçildi və hər sonrakı seçkilərdə bu yeri tutdu.
Kit Morris
Kit Morris (ing. Keith Morris; 18 sentyabr 1955, Los-Anceles, Kaliforniya) — Black Flag, Circle Jerks və Off! hardkor pank qruplarının yaradıcısı və frontmeni.
Mavi kit
Press-kit
Press-kit – 1)hər hansı firma haqqında press relizlər, fotoqraflar, bukletlər və digər soraq məlumatlarından ibarət plastik və ya qalın kağızdan qovluq; 2)pablisitinin yaradılması məqsədi ilə, adətən, kütləvi informasiya vasitələri nümayəndələri suallar verir və həmin şəxslər tərəfindən suallar cavablandırılır. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Rassel Kit
Rassel Kit (ing. Russell Keat; 24 yanvar 1946) — Britaniya siyasi nəzəriyyəçisi və təqaüdçü akademiki. O, 1994-cü ildən 2006-cı ildə təqaüdə çıxana qədər Edinburq Universitetində siyasi nəzəriyyə üzrə professor olmuşdur. Rassel Kit Oksford Universitetində təhsil almış, burada bakalavr dərəcəsini bitirmiş və sonra fəlsəfə üzrə aspiranturanı tamamlamışdır. O, 1970-ci ildə Lankaster Universitetində mühazirə oxumağa başlamış və 24 ili orada keçirmiş, 1994-cü ildə Siyasi nəzəriyyə kafedrasına işləmək üçün Edinburq Universitetinə köçmüşdür. 2006-cı ildə təqaüdə çıxmış və o vaxtdan bəri Edinburq Universitetində fəxri professordur. Departament profilinə görə, Kitin tədqiqat sahəsi "bazar sərhədləri, istehlak suverenliyi, mədəni məhsullar və kapitalizm növləri ilə bağlı məsələlər də daxil olmaqla, bazar institutlarının etik xarakteri və təsiri ilə əlaqədardır". Social Theory as Science (Routledge, 1975; 2nd. ed 1982; 3rd ed., 2012). The Politics of Social Theory (University of Chicago Press, 1981).
Kit Buğa noyon
Kit Buğa noyon (XIII əsr – 3 sentyabr 1260) — Elxanlı sərkərdəsi. == Həyatı == Kit Buğa noyon Nayman ulusundandır. Baurçi (süfrəçi) çini daşıyırdı. O, Hülaku xanın sərkərdəsi idi. Elxan onu Şama hakim təyin etmişdi. == Kitbuğa noyon və Eyn-Cəllut vuruşu == 1260-cı ildə Suriya hakimi monqol Kit Buqa noyon azsaylı ordusu ilə (ya 20000, ya da 10000 əsgərlə) Baalbekdə durmuşdu və düşünürdü ki, heç yerdən qorxu yoxdur. Şərqdən onu səhra qoruyurdu, Qərbdə isə xristian cəngavərlərinin qəsrləri dururdu. Ancaq Kit Buqa noyon çölləri yaxşı bilsə də, xristianları yaxşı tanımırdı. O özü xristian idi və xristianlara inanırdı. Sidonun yiyəsi frank Jülyen isə öz dayısının mülkünü də yağmalayırdı.
Yaponiyada Kit Katlar
2000-ci ildən bəri Yaponiyada 300-dən çox müxtəlif mövsümi və regional Kit Kat çeşidi hazırmışdır. Yaponiyada Kit Kat brendində nəzarət edən Nestle şirkətinin məlumatına görə brend 2012-2014-cü illərdə ölkədə ən çox satan şirniyyat şirkəti Meiji şirkətinə çatmışdır. Şirkətin Japan Post ilə əməkdaşlıq edərək 20.000 poçt ofisində Kit Kat satmaq kompaniyası 2010-cu ildə mükafata layiq görülmüşdür. Brendin adı yapon dilində "Sən mütləq qalib gələcəksən" mənasına gələn "Kitto katsu" (きっと勝つ) kimi səsləndiyindən Yaponiyada insanlar Kit Katı yaxşı uğur gətirməsi üçün də bir-birilərinə verirlər. Kit Kat ilk dəfə 1973-cü ildə Rowntree's şirkəti ilə Fujiya arasında əldə olunan müqavilədən sonra Yaponiyada satılmağa başlamışdır. 2014-cü ildə isə ölkədə ən çox satılan şirniyyat çeşidi olmuşdir. Hətta 2012-ci ildə Meiji şirkətini satış baxımından keçsə də, Meiji hələ də ümumi satışlarda öndədir. 2004-cü ildə ilk dəfə yaşıl çay çeşidi təqdim olunub. Həmin tarixdən sonra Yaponiyada Kit Katın 300-dən çox mövsümi və regional çeşidi hazırlanıb. 2010-cu ildə Kit Katın ən çox satılan çeşidi soya souslu çeşidi olmuşdur.
İqan-Kit (çay)
İqan-Kit (çay) — Ordubad rayonu ərazisində çay. Düylünçayın (Arazın qolu) sol qolu. 350 m hündürlükən başlanır. Uz. 11 km. Yeraltı sular, qar və yağış suları ilə qidalanır.
Kit (film, 2022)
Balina (ing. The Whale) — ssenarisi 2012-ci ildə yayımlanmış eyniadlı pyes əsasında Semuel D. Hanter tərəfindən yazılmış ssenariyə uyğun olaraq Darren Aronofskinin rejissorluğu ilə çəkilmiş və 2022-ci ildə təqdim edilmiş ABŞ psixoloji dram filmidir. Filmdə əsas rollar Brendan Freyzer, Sadi Sink, Honq Çau, Tay Simpkins və Samanta Morton tərəfindən canlandırılmışdır. Film, yeniyetmə qızı ilə münasibətlərini bərpa etməyə çalışan köklükdən əziyyət çəkən ingilis dili müəlliminin həyatından bəhs edir. Filmin premyerası 4 sentyabr 2022-ci ildə 79-cu Venesiya Beynəlxalq Film Festivalında baş tutmuş, 9 dekabrdan filmin ABŞ-də məhdud yayımına başlanılmış, 21 dekabrdan isə A24 filmin geniş yayımına start vermişdir. Aktyor ifası, xüsusilə Freyzer və Çaunun performansı yüksək qiymətləndirilsə də, film tənqidçilərin fikirlərini iki hissəyə ayırmışdır. 3 milyon ABŞ dolları büdcəsi olan film, yayım zamanı 42 milyon ABŞ dolları gəlir toplamışdır. Filmdə canlandırdığı rola görə Brendan Freyzer Ən yaxşı kişi rolu nominasiyasında Oskar mükafatı, eyni zamanda Tənqidçilərin seçimi mükafatı və Ekran aktyorları gildiyasının mükafatını qazanmış, Qızıl qlobus və BAFTA mükafatlarına namizəd göstərilmişdir. "Balina" filmi həm də Ən yaxşı qrim və saç düzümü nominasiyasında Oskar mükafatı qazanmış, Ən yaxşı ikinci plan qadın roluna görə (Çau) isə Oskar mükafatına namizəd göstərilmişdir. Həmçinin "Balina" filmi Ən yaxşı teatral film nominasiyasında Amerika Prodüserlər Gildiyasının mükafatına namizəd göstərilmişdir.
Red Kit (cizgi roman)
Red Kit (Orijinal adı: Lucky Luke) belçikalı karikaturaçı Morris (1923-2001) tərəfindən çəkilən cizgi romandır. Cizgi romanın bəzi sərgüzəştləri Fransız Rene Goscinni (1926-1977) tərəfindən yazılmışdır. Morrisin ölümündən sonra, bəzi sərgüzəştləri Fransız Achde tərəfindən hazırlandı. Kölgəsindən sürətli silah çıxardan tənha kavboy Red Kit sadiq ağ atı Düllül (Jolly Jumper) və onun sevimli iti Rin Tin Tin (Rantanplan) ilə bərabər, cinayətkarların və ədalətsizliyin düşmənidir. Cinayətkarı təmsil edən Dalton qardaşları; Joe, William, Jak və Averel bir çox sərgüzəştlərdə iştirak edirlər. Digər yaddaqalan simvollar Kalamiti Ceyn, Billi Kid, Hakim Roy Bean, Cesse Ceyms, Vulture, Poçt sürücüsü Hankdır.
Dövrün dəyirmanı (kitab)
Dövrün dəyirmanı — Musa Yaqub tərəfindən yazılmış poema və şeirlər toplusu. == Haqqında == “Dövrün dəyirmanı” adlanan kitab şairin 75 yaşı münasibətilə işıq üzü görüb. Şair Musa Yaqubun “Dövrün dəyirmanı” adlı yeni kitabı çap olunub. Poema və şeirlərdən ibarət kitab yazarın 75 yaşı münasibətilə işıq üzü görüb. Dövrün dəyirmanı” çağdaş Azərbaycan ədəbiyyatının ən önəmli simalarından sayılan istedadlı şairin 75 yaşın ucalığından zamana, bəşəriyyətə, insan ömrünə, müxtəlif tale yaşantılarına verdiyi dəyər, hesabatdır. Kitabda şairin 19 poeması ilk dəfə olaraq cəm halında nəşr olunub. Ənənəvi kitab çapından fərqli olaraq əvvəldə poemaların sıralanması ilə başlayan yaradıcılıq məhsullarını şairin müxtəlif dövrlərdə qələmə aldığı seçmə şeirləri “Gördüm yol ayrıcında”, “Dövrün dəyirmanı”, “Sevgi sətirləri” bölümləri müşayiət edir. Kitab şairin “Açıq qoydum qapımı, ümid girsin içəri” və “Ömür yoldaşım Zöhrənin xatirəsinə” bölümləri altında yeni şeirlərlə başa çatır. “Dövrün dəyirmanı” Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb. Redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı, bədii tərtibatçısı gənc yazar Zaur Qəriboğludur.
Dünya Elektron Kitabxanası
Dünya Rəqəmsal Kitabxanası — 21 aprel 2009-cu ildə Dünya Elektron Kitabxanası saytının rəsmi açılışı olub. Bu kitabxanada pulsuz olaraq dünyanın hər yerindən nadir kitabları, əlyazmalarını oxumaq olar; filmlərə, şəkillərə baxmaq olar. Veb-saytın ünvanı: wdl.org. Saytdakı mətnlər dünyanın 7 əsas dilindədir − ərəb, çin, ingilis, fransız, portuqal,rus və ispan dili. UNESCO-nun və dünyanın 32 kitabxanasının birgə yaratdığı yeni kitabxananın məqsədi qiyməti olmayan nadir materialları hamı üçün əl çatan etməkdir. Dünya Elektron Kitabxanası yaratmağı 2005-ci ildə Amerika Konqresi Kitabxanasının rəhbəri Ceyms Billinqton təklif edib.
Dünya Rəqəmsal Kitabxanası

Dünya nizamı (kitab)
Dünya nizamı — Henri Kissincer tərəfindən yazılmış kitab. == Haqqında == 1973-cü il Nobel Sülh Mükafatı laureatı, ABŞ-də Milli Təhlükəsizlik müşaviri və Dövlət Departamenti və bir çox prezidentlərin xarici siyasət məsələləri üzrə müşaviri vəzifələrində çalışmış Henri Kissincer həm təcrübələrini, həm də dünyadakı keçmiş və gələcəyə dair təhlillərini çatdırır. Kissincerə görə, Dünya israrla nizam-intizam axtarsa da, demək olar ki, dörd əsr əvvəl Almaniyanın Vestfaliya bölgəsində keçirilən sülh konfransında bir çox digər sivilizasiyaların iştirak etmədən və hətta bilmədən düşünülmüş əsərdən bəri əsl dünya nizamı heç vaxt mövcud olmayıb. Tarixin çox hissəsi boyu sivilizasiyalar öz nizam anlayışlarını müəyyən etmişlər. Hamısı özlərini dünyanın mərkəzi hesab edirdilər və öz prinsiplərinə universal etibarlılıq aid edirdilər. Bu gün beynəlxalq problemlər qlobal miqyasda yaşanır və ölkələr demək olar ki, dünyanın müxtəlif yerlərində baş verən siyasi hadisələrə dərhal cəlb olunurlar. Buna baxmayaraq, bir çox məsələlərdə əsas oyunçular arasında konsensus yoxdur. Və nəticədə gərginlik artır. Kissincerin dərin tarixi araşdırmalarına və şəxsi təcrübələrinə əsaslanan Dünya Nizamı oxucuları dünya tarixindəki əsas hadisələrə səyahətə çıxarır. Soyuq müharibənin sonunda Reyqannın Sovet prezidenti Qorbaçovla keçirdiyi gərgin danışıqların təfərrüatlarından tutmuş ABŞ-Çin münasibətlərinin gələcəyinə qədər.
Dünya romantizm ənənəsı və Hüseyn Cavid (kitab)
"Dünya romantizm ənənələri və Hüseyn Cavid" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər. == Məzmun == Əjdər İsmayılov monoqrafiyasında, romantik dünya poeziyasının tarixi inkişaf qanunauyğunluqlarını aydınlaşdırmaqda, Şərqdə onun özünəməxsus cəhətlərini ümumiləşdirmək baxımından Hüseyn Cavid yaradıcılığının geniş imkan yaratdığını, bu dahi Azərbaycan şairinin poeziysı öz gərgin mənəvi axtarışlarına, ülvi amalına görə Şekspir, Bayron, Şiller, Höte və başqa dünya şöhrətli romantik şairlərin poeziyasına yaxınlığını göstərir. Dünya romantik şairlərinin əksəriyyəti öz yaradıcılığına Şərqdən, onun zəngin mifologiyasından, bədii- poetik irsindən daha çox qidalanmış, Şərq ruhunun güclü təsirini duymuşlar. Sözgəlişi Bayronun Şərq dünyasına sönməz marağının onun romantik şair kimi yetişməsində, yaradıcılığının geniş dünya şöhrəti qazanmasında çox böyük, səmərəli əhəmiyyəti olmuşdur. (Bayronun poeziyyasında Şərq nəfəsi sonralar Puşkinə təsir göstərmiş, onun şerlərində öz əksini tapmışdır.) Hötenin “Şərq ruhunu dərindən duyması” (Hegel) sayəsində yaratdığı ” Qərb - Şərq divanı”onun romantik- poetik axtarışlarının üfüqlərini genişləndirmiş, poeziyasını zənginləşdirmiş, şöhrətini artırmışdır. Bayronun, Hötenin və başqa romantiklərin timsalında Qərblə-Şərq ruhunu sintezinə, qovuşmasına çalışmaq meyili göstərir ki, bu da poeziyasının bəşəri meyillərindən sayılmalıdır. Belə meyil bəşəri mədəniyyətinin mahiyyətlə vəhdətini, bütövlükdə insanlığın mənafeyinə xidmət etdiyini təstiqləyir. Hüseyn Cavid romantizmi öz bədii-estetik mənşəyinə görə Azərbaycan mədə-niyyətinin dərin tarixi qatlarına bağlı olmuş, Şərq bədii düşüncəsindən, fəlsəfəsindən, o cümlədən, panteist görüşlərdən qidalanmış, Avropa, rus ədəbiyyatlarının ənənələrindən milli zəmində bəhrəlanmışdir.Onun istifadə etdiyi mənbələr nə qədər geniş, rəngarəng olsa belə, onları özünün milli poetik düşüncə tərzinə, poeziyasının ahənginə, min bir çalarlı musiqisinə uyğunlaşdırmış, öz orjinal yaradıcılıq fərdiliyinə, şair “mən”inə sadiq qalmış şəxsiyyətinin bütövlüyünü təstiqləmişdir. Hüseyn Cavid istər ətraf mühitə, istər yaratdığı bədii gerçəkliyə, oxuduğu, öyrəndiyi sənətkarların dünyasının demonik-yaradıcı gücü ucalığından baxmağı bacarırdı. Filosov – şairin istedadının bu demonik-yaradıcı gücü romantizminin bənzərsiz zənginliyində təcəssüm tapmışdır.
Dünya uşaq ədəbiyyatı kitabxanası
Dünya uşaq ədəbiyyatı kitabxanası (50 cildlik) — Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin Azərbaycan dilində 50 cildlik nəşri.
Dünya uşaq ədəbiyyatı kitabxanası (50 cildlik)
Dünya uşaq ədəbiyyatı kitabxanası — Gənclik Nəşriyyatı tərəfindən 1982-1990-cı illər arasında dərc olunan, Azərbaycan dilində (kiril əlifbası ilə) 50 cildlik uşaq kitabları seriyası. == Kitabların siyahısı == == Mükafatlandırma == Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1991-ci il tarixli, 351 nömrəli Fərmanı ilə "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin bir qrupuna Azərbaycan Respublikasının aşağıdakı fəxri adları verilmişdir: "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" Orucov Hidayət Xuduş oğlu — "Gənclik" nəşriyyatının baş redaktoru. "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" Aslan Şahvələd oğlu Quliyev — 26 Bakı komissarı adına mətbəənin direktoru; Çingiz Əli oğlu Əliyev — "Gənclik" nəşriyyatının redaksiya müdiri; Məsudə Eyvaz qızı Zeynalova — "Gənclik" nəşriyyatının redaksiya müdiri; Qurbanəli Əliağa oğlu Məmmədov — Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsi nəşriyyatlar idarəsinin rəisi; Nadir Hacıməmməd oğlu Rəhimov — "Gənclik" nəşriyyatının keçmiş bədii rəhbəri, "Şərq-Qərb" nəşriyyatının baş rəssamı; Reyhan Ələkbər qızı Salamova — pensiyaçı, "Gənclik" nəşriyyatının keçmiş tərcüməçi-redaktoru; Nəriman Veysəl oğlu Süleymanov — "Gənclik" nəşriyyatının böyük texniki redaktoru; Tənzilə Qərif qızı Cəmilova — "Gənclik" nəşriyyatının tərcüməçisi; Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1991-ci il tarixli, 358 nömrəli Fərmanı ilə "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin digər bir qrupuna isə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilmişdir: Tahir Müseyib oğlu Ağayev — 26 Bakı komissarı adına mətbəənin çapçısı. Xədicə Həsənağa qızı Əhmədova — "Gənclik" nəşriyyatının makinaçısı. Rəfael Fərzulla oğlu Gözəlov — 3 nömrəli Bakı kitab mətbəəsinin sex rəisi. Svetlana Goyüş qızı Musayeva — "Gənclik" nəşriyyatının şöbə müdiri.
Dəyişikliklər kitabı
Dəyişikliklər kitabı (İ Tszin) (çin.易經, sadələşdirilmiş heroqliflə 易经, pinyin: Yì Jīng), yaxud Çjou İ (周易) — e.ə. VIII-VII əsrlərə aid erkən dövr Çin fəlsəfi mətnlərindən biri. == Haqqında == İ-tszin, yaxud da «Dəyişikliklər haqqında traktat (kitab)» adlanan əsər qrafik simvollardan və onların izahından ibarətdir. Onun əsasında 8 triqram durur: Tszian (səma) çen (dağ) Li (od) Çjen (ildırım) Su-yun (külək, ağac) Duy (nohur, hovuz) Gün (torpaq) Kan (su) Bu triqramlar əslində o predmet və hadisələri ifadə edirdi ki, qədim çinlilər onlarla gündəlik praktikada rastlaşırdılar və xaosdan onları ayıra bilmək qabiliyyəti onların dünya baxışma xas idi. Nəticədə triqramın maksimum mümkün uyğunlaşdırılmış 64 heksaqram və 64 qrafik simvolu yaranmışdır. Hər bir simvol və hər bir heqsaqram müəyyən dərəcədə uzlaşdırılmış üfiqi xətlərdən fasiləsiz - yan və fasiləsiz – in-dən ibarətdir. Məsələn, birinci heqsaqram tsayan (yaradıcılıq), ikinci heqsaqram gün (ifa edilmə) müxtəlif xətlərlə ifadə olunur. Hər bir heksaqram gerçəkliyin müəyyən vəziyyətinin ifadəsi, mahiyyəti heksaqramda aşkarlanan müəyyən həyat durumunun ifadəsidir. «Dəyişikliklər kitabı»nın nəzəriyyəsinə görə, bütün dünya vəziyyətlərin növbə ilə dəyişilməsindən ibarətdir. Bu dəyişilmə isə işıq və qaranlıq qüvvələrinin qarşılıqlı təsirində meydana gəlir.
E-kitab
Elektron kitab — hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. == Elektron kitab == Elektron kitab sözü bir çox mənada istifadə olunur. Elektron kitab (sənəd), elektron kitab (qurğu). Elektron formasında yazılmış kitaba elektron kitab deyilir. Elektron kitab hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda, məs: Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, hipermətn dili (HTML – Hiper Text Markup Language, hipermətnə nişan qoyma dili) – vasitəsilə yaradılan mətn formatında və ya (ZIP, RAR, ARY) – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarətdir. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formatlaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Bir neçə il əvvəl mətn blokunun formatları olan hipermətn HTML və ya PDF (Portable Document Format, sənədlərin keçirilə bilən formatı) formatları elektron nəşrlərə multimedia komponentlərinin daxil edilməsi imkanına malik olan yeganə formatlar idi.
Elektron kitab

Elektron kitab (qurğu)
Elektron kitab qurğusu (ing. e-book reader) – elektron kitabların saxlanması və oxunması üçün istifadə olunan aparat vasitəsidir. (çəkisi təxminən 600 qrama bərabər olan xüsusiləşdirilmiş mikrokompüterdir) Həcmi minimum 16 mb olan elektron kitab fləş-yaddaşın köməyi ilə qurğuda saxlanılır. Bu da minimum 3200 mətn səhifəsini və ya ən azı 10-a qədər orta həcmli kitabı saxlamağa imkan verir. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda: məs. Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, HTML hipermətn dili vasitəsilə yaradılan mətn formatında və ya ZIP, RAR, ARJ – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarət olan fayldır. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formalaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Elektron kitabda fayl dedikdə oraya – şəkil, qrafik, diaqram, səs də daxil edilə bilər. Elektron kitab qurğularını planşet kompüter sinfinə daxil etmək olar.
Elektron kitab (sənəd)
Elektron kitab — hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. == Elektron kitab == Elektron kitab sözü bir çox mənada istifadə olunur. Elektron kitab (sənəd), elektron kitab (qurğu). Elektron formasında yazılmış kitaba elektron kitab deyilir. Elektron kitab hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda, məs: Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, hipermətn dili (HTML – Hiper Text Markup Language, hipermətnə nişan qoyma dili) – vasitəsilə yaradılan mətn formatında və ya (ZIP, RAR, ARY) – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarətdir. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formatlaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Bir neçə il əvvəl mətn blokunun formatları olan hipermətn HTML və ya PDF (Portable Document Format, sənədlərin keçirilə bilən formatı) formatları elektron nəşrlərə multimedia komponentlərinin daxil edilməsi imkanına malik olan yeganə formatlar idi.
Elektron kitabxana
Elektron kitabxana, həmçinin onlayn kitabxana və ya rəqəmsal kitabxana — özündə mətn, hərəkətsiz şəkillər, audio, video, elektron sənədlər və ya digər rəqəmsal media formatlarını ehtiva edən rəqəmsal obyektlərin onlayn verilənlər bazası və ya internet vasitəsilə əldə edilə bilən kitabxana. Obyektlər çap və ya fotoşəkillər kimi rəqəmsal məzmundan, eləcə də mətn prosessoru faylları və ya sosial media yazıları kimi ilkin istehsal edilmiş rəqəmsal məzmundan ibarət ola bilər. Elektron kitabxanalar məzmunun saxlanması ilə yanaşı, kolleksiyada olan məzmunun təşkili, axtarışı və əldə edilməsi üçün vasitələr təqdim edir. Elektron kitabxanalar ölçü və əhatə dairəsinə görə çox fərqli ola bilər, həmçinin fərdlər və ya təşkilatlar tərəfindən saxlanıla bilər. Elektron məzmun lokal formada yerləşdirilə və ya kompüter şəbəkələri vasitəsilə uzaqdan əldə edilə bilər. Bu informasiya axtarış sistemləri qarşılıqlı fəaliyyət və davamlılıq vasitəsilə bir-biri ilə məlumat mübadiləsi aparmaq qabiliyyətinə malikdirlər. == Tarixi == Elektron kitabxanaların erkən tarixi yaxşı sənədləşdirilməmişdir, lakin konsepsiyanın yaranması bir neçə əsas mütəfəkkir ilə bağlıdır. Bu anlayışın əvvəlki versiyaları arasında Pol Otle və Henri La Fontenin 1895-ci ildə dünyada sülhü təmin etmək ümidi ilə ümumbəşəri bilikləri toplamaq və sistematik şəkildə kataloqlaşdırmaq cəhdi olan "Mundaneum" qurumu daxildir. Elektron kitabxana anlayışı haqqında təsəvvürlər bir əsr sonra – internetin böyük genişlənməsi zamanı həyata keçirilmişdir. Vannevar Buş və Cozef Karl Robnett Liklayder bu ideyanı o vaxtkı texnologiyaya təkmilləşdirən iki iştirakçıdır.
Elm tanrı axtarışında (kitab)
Elm Tanrı Axtarışında (ing. God's Undertaker) — Con Lennoksun "Elmi bestseller" silsiləsindən olan kitabı. 📌 Kitabda elmi debatların əsas mövzuları – kainatın mənşə və quruluşu, həyatın, onun əsas növlərinin necə yaranması və genetik kodun məlumatla zəngin məzmunu araşdırılır. Elm tarixinin bizə necə yanlış öyrədildiyi, elmin onların tərəfində olduğunu söyləyənlərin, əslində, necə əsassız danışdıqları, hər şeyi yaradan və hər an idarə edən bir Tanrının varlığının nə üçün elmi cəhətdən də ən tutarlı izah olduğu qeyd edilir. == Məzmun == "Bir sıra müasir şərhçilərə inanası olsaq, elm Tanrını bir küncə sıxışdırıb, öldürüb, sonra da hərtərəfli izahatları ilə dəfn edib. Onlar deyirlər ki, ateizm intellektual olaraq əsaslandırılmış yeganə mövqedir və Tanrını yenidən təqdim etmək üçün istənilən cəhd elmin tərəqqisinə mane ola bilər. Bu təşviqedici və düşündürücü kitabda Con Lennoks bizi bu cür iddiaları çox diqqətlə nəzərdən keçirməyə dəvət edir. O soruşur: "Doğrudanmı, elmdə hər şey məhz ateizmə işarə edir? Bəs mümkündürmü ki, teizm elmlə ateizmə nisbətən daha rahat uzlaşsın? Elm Tanrını dəfn edib, ya yox?" Kitabda elmi debatların əsas mövzuları – kainatın mənşə və quruluşu, həyatın, onun əsas növlərinin necə yaranması və genetik kodun məlumatla zəngin məzmunu araşdırılır.
Erməni terroru və Qriqorian kilsəsi (kitab)
Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi (kitab)
Evlilərin kitabı (Yusif Qulami)
Evlilərin kitabı — Yusif Qulaminin sosioloji-əxlaqi əsəri. == Məzmun == Qadın-kişi məsələləri üzrə mütəxəssis və psixoloq Dr. Yusif Qulaminin 14 illik araşdırma, rəy sorğusu və konsultasiya nəticəsində yazdığı bu kitab əksər evlilərin qarşılaşdığı, lakin həya hissinin və ya məlumat azlığının bu barədə kiminləsə danışmaq icazəsi vermədiyi məsələləri əhatə edir. Kitabda qadınlarda cinsi istəksizlik probleminin psixoloji amilləri və onun müalicəsi, ər-arvad arasındakı cinsi məsələlərə münasibətdə yanlış təsəvvürlərin araşdırılması, seksual həzzin düzgün təmin edilməsi yolları və s. kimi məsələlərə aydınlıq gətirilir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası
F. Köçərli adına Respublika Uşaq Kitabxanası — 1965-ci ildə yaradılmış kitabxana. == Fəaliyyəti == 1999-cu ildə qüvvəyə minmiş "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il 27 dekabr tarixli "2005–2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları və 6 oktyabr 2008-ci il tarixli "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamı kitabxana işinin inkişafında yeni bir mərhələ olmuşdur. F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Avtomatlaşdırma və kompüterləşdirmə şöbəsi 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şöbə kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi və elektron kataloqun yaradılması proseslərini müvəffəqiyyətlə həyata keçirir. 2009–2014-cü illər ərzində Elektron kataloqa 119 min 932 nüsxə kitab, "Qızıl fond" bazasına 386 kitab, "Retro" bazasına 19 min 993 adda, Elektron kartotekaya isə 60 min 865 yazı daxil edilmişdir. Milli mənəvi dəyərlərimizin qorunması məqsədilə kitabxananın saytında (www.clb.az) kitab adidələri rubrikası açılmış və orada "Qızıl fond"da olan kitabların təqdimatı hazırlanaraq oxucuların diqqətinə çatdırılmışdır. Milli dəyərlərimizin qorunması və təbliği işində kitabxana bir sıra tədbirlər həyata keçirir. Hər il kitabxanada 2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar Milli Uşaq Kitabı Sərgisi təşkil olunur. 2009-cu il uşaq İli ilə əlaqədar kitabxanada "Dünya uşaq ədəbiyyatının inciləri" adlı Beynəlxalq kitab sərgisinin açılışı oldu. Azərbaycanda fəaliyyət göstərən 20 ölkənin səfirlikləri uşaq ədəbiyyatlarını kitabxanada nümayiş etdirməklə təkcə uşaq ədəbiyyatı nəşri ilə məşğul olan nəşriyyatların, redaktorların, yazarların deyil, həmçinin uşaqların marağına səbəb oldu.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Flip kitab
Florensiya Milli Kitabxanası
Florensiya Milli Mərkəzi Kitabxanası
Ginnesin Rekordlar Kitabı
Ginnesin Rekordlar Kitabı (ing. The Guinness Book of Records) — insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuə. İlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness" pivə zavodunun sifarişi ilə nəşr olunmuşdur. == Tarixçəsi == "Ginness" pivə zavodunun direktoru Hyu Biver 4 may 1951-ci ildə tanışı ilə birlikdə ova çıxır. Ovda onların arasında qızılı cüllütün, yoxsa şotland tetra quşunun daha sürətlə uçması barədə mübahisə düşür. Həmin vaxt bu barədə soraq kitabı olmadığına görə, kimin haqlı olduğunu müəyyənləşdirmək mümkün olmur. Bundan sonra ser Hyu qərara alır ki, belə bir soraqça tərtib etdirsin. İdeyanı həyata keçirmək üçün o, bu işi Londonda məlumat agentliyi saxlayan Norris və Ross Makuirter qardaşlarına tapşırır. 1954-cü ilin avqustunda soraq kitabının ilk variantı hazırlanır və 1000 nüsxə pulsuz paylanır. Növbəti ilin avqust ayının 27-də isə 197 səhifəlik kitab pulla satılmağa başlayır və Milad bayramı ərəfəsində İngiltərədə ən çox satılan kitablar siyahısında ön sıraları tutur.
Google Kitablar
"Google Books" və ya "Google Kitablar" — "Google" tərəfindən rəqəmsallaşdırılan kitablar üçün tammətnli axtarış xidməti. Burada ABŞ-nin ən böyük kitabxanalarından 10 milyondan çox kitab mövcuddur. 2010-cu ilə qədər layihədə 15 milyona yaxın kitab var idi, onlardan 1 milyonu ictimai mülkiyyətdə olmuşdur. Layihənin əməkdaşları dünyada mövcud olan kitabların sayını (təkrar nəşrlər istisna olmaqla) 130 milyon olaraq qiymətləndirmiş, onilliyin sonuna qədər hər şeyi rəqəmsallaşdırmaq niyyətində olduqlarını açıqlamışdılar. 2017-ci ilin məlumatına görə, təxminən 25 milyon kitab rəqəmsallaşdırılmışdır. Bundan sonra rəqəmsallaşma sürəti çox azalmışdır.

Значение слова в других словарях