kitten

vt yapışdırmaq
Kittel
Kitz
OBASTAN VİKİ
Bonsai Kitten
Bonsai Kitten (azərb. Bonsay pişikləri‎) — oxuculara pişik balasını bir bankada necə böyütmək barədə təlimat verdiyini iddia edən yalançı bir veb sayt idi. Düşüncəyə görə böyüdükcı pişik balasının sümükləri bonsay bitkisi kimi qabın şəklini almalı idi. Sayt Michael Wong Chang ləqəbli Massaçusets Texnologiya İnstitutu tələbəsi tərəfindən hazırlanmışdı. Veb sayt bir çox insanın bunu ciddi qəbul etməsi və heyvan hüquqları təşkilatlarına şikayət etməsi ilə qəzəb doğurdu. Miçiqan Heyvanlara Qəddarlığın Qarşısının Alınması Cəmiyyəti bildirdi ki, "saytın məzmunu saxta olsa da, apardığı təbliğat heyvanlara qarşı zorakılığa səbəb ola bilər". Veb sayt hazırda fəaliyyət göstərmir. == Veb saytla bağlı narahatlıqlar == 30 oktyabr 2000-ci ildə "BonsaiKitten.com", "Cruel.com" saytında "Günün Qəddar Saytı" kimi təqdim edildi. Şiakryətlərdən sonra bağlantılar silindi. Lakin BonsaiKitten.com saytına olan keçidlər bütün dünyaya yayıldıqdan sonra bir çox heyvansevər Heyvanların Rifahı İnstitutuna və Birləşmiş Ştatların Humanitar Cəmiyyətinə şikayətlər göndərdilər.

Digər lüğətlərdə