Klerikalizm
Klerikalizm (lat. clericalis-kilsə) — kapitalist ölkələrində ictimai həyatın müxtəlif sahələrində dinin və kilsənin mövqelərini möhkəmləndirməyə səy göstərən ictimai-siyasi cərəyan. Klerikalizm obyektiv sinfi roluna görə burjuaziyanın möhkəmləndirilməsinə xidmət göstərir. Müasir Klerikalizm kilsənin kütlələrə təsirini gücləndirmək üçün özünün partiyalarını, həmkarlar ittifaqlarını, kəndli, gənclər, qadın və digər kütləvi birliklərini yaradır. Klerikalizm İtaliyada, AFR-də, İspaniyada və bir sıra ölkələrdə nüfuza malikdir.