Kode

der; -s, -s kod, gizli ədəd
Kochtopf
Kodex
OBASTAN VİKİ
Botaniki Nomenklaturanın Beynəlxalq Kodeksi
Botaniki nomenklaturanın beynəlxalq kodeksi (BNBK) — yaradəlması və bitkilər, göbələklər və digər orqanizm qruplarının elmi adlarının yaradılması və tətbiqini nəzərdə tutan qayda və tövsiyələr. Zooloji və bioloji nomenklaturalardan asılı olmayaraq botaniki nomenklaturanın öz kodeksi var.
Hays kodeksi
Film İstehsalı Aktı, Hays Qanunu, Hays kodeksi və ya Hays Qaydaları Hollivudda 1924-1966-cı illər arasında qüvvədə olmuş özünüsenzura tətbiqi idi. Filmlərin gənclərə əxlaqsızlıq aşıladığı ilə bağlı mühafizəkar dairələrin illərdir apardığı qarayaxma kampaniyası nəhayət Hollivudu ehtiyat tədbirləri görməyə vadar etmişdir. 1922-ci ildə MPPDA (Motion Picture Producers and Distributors of America/Amerika Kino Filmləri İstehsalçıları və Distribyutorları) yaradılmışdır. Təşkilatı yaradanlar kino aləmindən kənar bir adamı təşkilatın rəhbərliyinə gətirmək qərarına gəlirlər. Bu şəxs dindar, vətənini sevən, siyasətçilərlə yaxşı münasibətlərdə olan biri olmalı idi. William Harrison Hays ildə 150 ​​min dollar kimi çox yüksək bir maaşla bu vəzifəyə təyin edilir. Ştatdan ştata dəyişən və bir çox filmin qadağan edilməsinə səbəb olan senzuradan qaçmaq üçün o, “özünüsenzura”ya əl atdı. 1924-cü ildə kinoprodüserlər çəkəcəkləri filmlərin mövzu xülasəsini Haysın Ofisinə (Hays Office) göndərmək məcburiyyətində buraxıldılar. İki ildən sonra isə Studiya ilə əlaqələr departamenti (Studio Relations Department) yaradılmışdır. Bu departamentdə studiyaların nələrə diqqət etməli olduğuna dair əsasnamə hazırlanmışdır.
Kodein
Kodein (metilmorfin) — tiryəkin əsas alkaloidlərindən biri olub, tibbdə analgetik, öskürəkkəsici və ishal əlehinə vasitə kimi istifadə edilir. Tiryəkin tərkibində 0,2–2% kodein vardır. Hind tiryəkinin ayrı-ayrı çeşidlərində kodeinin miqdarı 6%-ə çatır. Kodein çox güclü əsasdır, suda, etil spirtində, xloroformda, dietil efirində və duru turşu məhlullarında yaxşı həll olur, qələvi məhlullarda isə həll olmur. == Tarixçəsi == Kodein qədim yunan mənşəli söz olub κώδεια (kṓdeia) "xaşxaş başı" mənasını verir. İlk dəfə 1832-ci ildə Fransız kimyaçı Pierre-Jean Robiquet tərəfindən tiryəkdən ekstraksiya edilərək alınmışdır. == Alınması == Kodein təbii mənbəyi olan tiryəkdən ekstraksiya yolu ilə alınsa da əsasən morfinin o-metilləşəməsi prosesi ilə sintez edilir. Kodeinin morfindən sintezi ilk dəfə 20-ci əsrin sonlarında Robert C.Corcoran və Junning Ma tərəfindən tamamlanmışdır. == İstifadəsi və təsirləri == Kodein tibbdə daha çox əsas, fosfat və sulfat duzu şəklində işlənir. Orqanizmə göstərdiyi təsirə görə morfinə bənzəyir.
Kodeks Kumanikus
Kodeks kumanikus — XIV əsrdə xristian missionerlər tərəfindən toplanmış və hazırlanmış Kuman-qıpçaq dilində əsər. Codex Cumanicus, katolik missionerlərin köçəri türk xalqı olan Kumanlarla ünsiyyət qurmalarına kömək etmək üçün hazırlanmış orta əsrlərə aid linqvistik kitabdır. O, hazırda Venesiyada, Müqəddəs Mark Kitabxanasında saxlanılır (BNM ms Lat. Z. 549 (=1597)). Kodeks 14-cü əsrdə Krımda yaradılmışdır və Krım tatar dilinin ən qədim attestasiyalarından biri hesab olunur ki, bu da Qıpçaq və Oğuz ləhcələrinin tarixi üçün böyük əhəmiyyət kəsb edir. Kodeks birbaşa Qara dəniz ətraflarında, xüsusən Krım yarımadasında yaşamış olan qıpçaqlarla (polovtsi və ya kumanlarla) əlaqəlidir. "Kodex Kumanikus" adı ona təsadüfən 14-cü əsrdə əlyazmanı kəşf edən, Macarıstanda məskunlaşmış Kumanların nəslindən olan Qraf Kun tərəfindən verilmişdir, lakin lüğətin mətnində belə deyilir: "Bu tatar til" - "Bu tatar dilidir". Krım tatarlarının müasir dilinə yaxın danışıq dili əsasında missionerlər tərəfindən tərtib edilmişdir. Lakin Vasili Radlov kodun yazıldığı dilin Kazan-tatar dili olduğuna inanırdı. Məcəllənin əsas məqsədi praktik idi: missionerlər üçün türk dilini öyrənmək və Qızıl Orda əhalisini xristianlıqla tanış etmək.
Lester kodeksi
Lester kodeksi — Leonardo da Vinçi tərəfindən yazılmış elmi əsərlərin toplusudur. Bu indiyə kimi dünyada satılmış ən bahalı kitabdır. 1994-cü ildə Bill Geyts "Lester kodeksi"ni 30 802 500 ABŞ dollarına almışdır. Kitabda intibah dövrünün düşüncə tərzi, elm və incəsənət arasında əlaqə, elm adamlarının yaradıcıllığı və s. öz əksini tapmışdır.
Prey Kodeks
Kodeks Prey, Prey Kodeks və ya Macar Dua Əlyazması — XII əsrin sonu XIII əsrin əvvəllərinə aid orta əsr əlyazmalar toplusu. 1813-cü ildə 1770-ci ildə onu aşkar etmiş Dyörd Prainin şərəfinə adlandırılmışdır. Əlyazma macar dilində silsilə nəsr mətninin ilk məlum nümunəsidir. Kodeks Budapeştin Seçeni adına Milli Kitabxanasında saxlanılır. Kodeksdəki (f. 154a) ən mühüm sənədlərdən biri Cənazə vəzi və duasıdır (mac. Halotti beszéd és könyörgés). Bu, 1192–1195-ci illərə aid macar dilində qədim əlyazma mətnidir. Cənazə vəzinin əhəmiyyəti onunla izah olunur ki, macar və ural dillərində bu günədək gəlib çıxmış ən qədim mətndir. Kodeksdə həmçinin missal, Pasxa sirr oyunu, musiqi notları ilə mahnılar, Macarıstan kralı Kalmanın dövründə qəbul edilmiş qanunlar və Macar krallarının siyahıya alındığı salnamələr də var.
Sükut kodeksi (film, 1985)
Sükut kodeksi — 1985-ci ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ filmidir. Filmdəki hadisələr 1984-cü ildə Çikaqoda baş verən hadisələri əhatə edir. == Məzmun == Narkotik istehsalı ilə məşğul olan mafiya başçısı Komaçonu ələ keçirmək üçün Çikaqonun polis heyəti plan hazırlayır. Lakin bu əməliyyat zamanı Toni Lunanın adamları peyda olur. Müxtəlif atışmalar əsnasında polis heyəti, həmçinin, Kamaço yaralanır və narkotiklər aradan götürülür.
Müqəddəs Ruh kilsəsi (Koden)
Müqəddəs Ruh kilsəsi (pol. Kościół Świętego Ducha) – Polşanın Koden kəndində yerləşən katolik kilsəsi. Belarus qotikası üslubunda tikilmiş bu kilsə keçmişdə pravoslav kilsəsi olmuşdur. == Tarixi == Müqəddəs Ruh kilsəsi 1530–40-cı illərdə Pavel Sapeha tərəfindən öz qəsrində tikdirilmişdir. Kilsə onun ailəsinin dini ehtiyaclarını qarşılamaq məqsədilə qəsr kapellası kimi istifadə olunurdu. Əvvəlcə pravoslav kilsəsi kimi tikilsə də, daha sonra katolik kilsəsinə çevrilmişdir. 1680-ci ildə qəsrdə baş vermiş yanğın nəticəsində kilsəyə ziyan dəymişdir. 1783-cü ildə kazaklar kilsəni talan etmişdirlər. XIX əsrin əvvəlində kilsə fəaliyyətini dayandırmağa məcbur olmuşdur. XIX əsrin ortalarında kilsənin tağları çökmüşdür.
Botaniki nomenklaturanın beynəlxalq kodeksi
Botaniki nomenklaturanın beynəlxalq kodeksi (BNBK) — yaradəlması və bitkilər, göbələklər və digər orqanizm qruplarının elmi adlarının yaradılması və tətbiqini nəzərdə tutan qayda və tövsiyələr. Zooloji və bioloji nomenklaturalardan asılı olmayaraq botaniki nomenklaturanın öz kodeksi var.
Kodeks kumanikus