Kodlaşdırma

informasiya ünvanına mətn, rəmzlər və obrazlar kimi göndərilən reklam ideyasının elementi, kommunikasiya ideyasının təqdimatı prosesidir.
Kod
Kollec
OBASTAN VİKİ
Kodlaşdırma
Kodlaşdirma informasiyanı — dəyişmə prosesidi, hansında ki istifadə formasından göndərmək, saxlamaq və avtomatik emal formasına dəyişmək. Rəqəmli Analoqlu Cədvəlli-rəmzi Analoqlu-rəqəmli Kodlaşdirma — məlumat öturmə nəzəriyyəsində imzaları siqnal formasına dəyişmə prosesidir. Delta-kodlaşdirma Кod (informasiya nəzəriyyəsində) Təsnifatçı Кjdlama Kriptografiya Şəbəkə kodlamasi Entropiya kodlamasi Program kodu, skript, yazmaq prosesidir, hansının əsas məqsədi alqoritimi müəyyən programlaşdırma dilində həyata keçirməkdir. Kodlaşdirma (Tibb) Kodlaşdırma – bir əlifbanın simvollarının digər əlifbanın simvolları ilə təsvir edilməsidir. İkili say sistemi: 0, 1 Onluq say sistemi: 0,1,2 ... 9 Rum say sistemi: I, II, III, IV ...
Persepsion kodlaşdırma
Persepsion kodlaşdırma (ing. Perceptual audio coding, rus. Перцептивное аудио кодирование) — rəqəmsal audio siqnalların səsin insan tərəfindən qavrayışına (psixoakustika) əsəslanan sıxma üsulları. Çox alçaq və çox yüksək olan tezliklər uca səslərlə boğulurlar. Məsələn, bir neçə musiqi aləti birlikdə çalındıqda baxılan anda tezlik və gurluqdan asılı olaraq bir alətin səsi digər alətin səsini yox edə bilər. İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Haffman kodlaşdırması
Haffman kodlaşdırması – verilənlər yıgınının ayrı-ayrı elementlərinin nisbi aşkarlanma tezliyinə əsaslanan sıxlaşdırılması üsulu: verilmiş element nə qədər tez-tez rast gəlinərsə, ona uyğun olan kod da bir o qədər qısa (bitlə) olacaq. Adətən, bu üsul mətnlərə tətbiq olunur və kodlaşdırma hərflərin işlənmə tezliyinə əsaslanır. Haffman kodlaşdırması verilənlərin sıxlaşdırılmasının ilk alqoritmlərindən biridir, o indi də bəzi dəyişikliklərə uğrayaraq ən geniş yayılmış kodlaşdırmalar sırasındadır. Haffman kodlaşdırmasının tətbiqi nəticəsində təmin edilən qənaət (verilənlər bitlərinin sayının azaldılması) bir çox hallarda (məsələn, modemin köməyilə telefon xətti ilə faylın ötürülməsində) çox əhəmiyyətli ola bilər. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Xəta aşkarlama kodlaşdırması
Xəta aşkarlama kodlaşdırması – verilənlərin saxlanması və ya ötürülməsində yaranan xətaları aşkarlamağa imkan verən kodlaşdırma üsulu. Belə kodlaşdırma üsullarının əksəriyyəti, onların aşkarlaya biləcəyi yanlış bitlərin sayı ilə xarakterizə olunur. Fayldakı yanlış bitlərin sayı həmin həddi aşarsa, xətalar aşkarlanmamış qala bilər.

Digər lüğətlərdə