KOLLÜVİUM

(lat. colluvio - yığılma) əsasən ağırlıq qüvvəsinin təsiri ilə (sürüşmə, uçqun və s.) yüksək sahələrdən hərəkət edərək dağ yamaclarında və ya onların ətəklərində toplanmış qırıntı materialı (süxurlar).
KOLLEKTOR
KOLMATAJ
OBASTAN VİKİ
Kollüvium
Kollüvium (kollüvial çöküntülər) (lat. colluvio-yığım) - ağırlıq qüvvəsinin təsiri ilə yamac üzrə aşağıya doğru yerini dəyişib toplanmış aşınma məhsulları. Qırıntı materialı yamacda və şleyf şəklində yamac ətəyində toplanır. Kollüvium tipik nümunəsi dağ yamaclarında geniş yayılmış qaymalı və çınqıl-qaymalı müasir töküntülərdır. Qazıntı halında da rast gəlinir. Amerika ədəbiyyatında kollüvium daha geniş mənada başa düşülür və buraya delüvium da aid edilir. == Həmçinin bax == Ağırlıq qüvvəsi Yamac Delüvium == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.

Digər lüğətlərdə