kollu
kolluq 2021
OBASTAN VİKİ
Kollu
Kollu (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Kollu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd.
Kollu (Daşkəsən)
Kollu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd kolluq ərazidə bina edildiyi üçün belə adlandırılmışdır. == Tarixi == Kəndin köhnə adı Köhnəqışlaq olmuşdur. Yaşayış məntəqəsini XIX əsrin sonunda Qarabağdan köçüb gəlmiş Məhərrəm adlı şəxs salmışdır. Hazırda kənddə məhərrəmli nəsli mövcuddur. Sonralar kənd əhalisi qərbə doğru 1–2 km. kəndin yerini dəyişmiş, əvvəlki yer isə Köhnəqışlaq adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Kollu kənd kitabxana filialı, Kollu kənd klubu fəaliyyət göstərir.
Kollu (Gədəbəy)
Kollu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Göyəli inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Gədəbəy rayonunun Göyəlli kənd ərazi vahidinin Kollu kəndi Şınıx kənd ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndi XIX əsrdə Qazax mahalının Dəmirçilər kəndindən gəlmiş Mahmud adlı şəxs kolluq sahədə saldığı üçün belə adlandırılmışdır. Hazırda kənddəki nəsillərdən biri mahmudlu adlanır. Kəndin şimal-qərbində isə Mahmudun yeri adlı sahə var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 281 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Digər lüğətlərdə

катехи́зис коммерса́нт намо́рщить недоста́ть сарма́тка согласова́ться сходи́ться троетёс шу́лерство дуэ́тик мо́лем обыкнове́нность полусо́н посла́ние толкова́ние химиза́ция этимоло́гия disintegrator enchondroma gormless humbugger кардный побрызгать сизигийный упрощение