Kompakt-disk

mərkəzində dəliyi olan disk şəkilli optik informasiya daşıyıcısı. O informasiya lazerin köməyi ilə oxunur. İlk əvvəl kompakt-disk səslərin rəqəmli saxlanması üçün yaradılmışdı, lakin hazırkı dövrdə kompakt-disk çox müxtəlif məqsədli verilənlərin saxlanması qurğusu kimi istifadə olunur. Audio kompakt-disk formatına görə üzərində verilənlər olan kompakt-disklərdən fərqlidir, onları yalnız CD-pleyerlər səsləndirə bilir. Üzərində həm audio informasiya, həm də verilənlər olan disklər mövcuddur. Bu diskləri həm CD-pleyerdə, həm də kompyüterdə oxutmaq mümkündür.
Kommutasiya
Kompilyasiya
OBASTAN VİKİ
Kompakt-disk
Sıxılmış Disk (ing. Compact Disc-CD) — 1980-ci illərin əvvəlində musiqinin rəqəmli formada saxlanmasını təmin etmək üçün Phillips, PolyGramm və Bayer şirkətlərinin birgə iştirakı ilə yaradılmış optik informasiya daşıyıcısıdır. Sonralar CD-nin formatı genişləndirilərək başqa verilənləri də saxlamağa şərait yaradılır. Ondan bəri CD. ROM kimi bu disklər kompüterlərdə də verilənləri saxlamaq və nəql etmək çünü tətbiq olunur. == Tarixi haqqında == 7 iyul 1964-cü ildə dünyada ilk multimedialı kompakt-disk işıq üzü görmüşdür. Bu diskə "The Beatles" qrupunun "Ağır günün gecəsi" (A Hard Day’s Night) adlı tam metrajlı filmi yazılmışdı. Kompakt disk 1979-cu ildə Phillips və Sonz tərəfindən işlənmişdir. Phillips özünün öncədən sahib olduğu lazer disklərinin əsasında yeni istehsal prosesi işləyir. Sony öz sırasında rəqəmli profesional maqnitafonlarda işlədilən informasiyanın yazılma formatını — PCM-i (Pulse Code Modulation) daxil edir. 1982-ci ildə Hannover yaxınlığındakı zavodda kompakt disklərin kütləvi istehsalına başlanır.
Disk
Disk (yunan. δίσκος (Diskos) — metaldan və ya plastik kütlədən hazırlanmış, səthi maqnit materialı ilə örtülmüş dairəvi lövhə. İnformasiya bu lövhənin üzərinə sektorlara bölünmüş konsentrik cığırlar şəklində yazılır. Əyilən plastikdən (əyilgən disk) və ya əyilməyən metaldan (sərt disk) hazırlanmış, üzərinə maqnit materiallı örtük çəkilmiş və müəyyən elektrik təsiri nəticəsində rəqəmsal (ikilik) formatda yazılmış informasiyanı özündə saxlaya bilən dairəvi lövhə. Bir çox kompüterlərdə disk, informasiyanı daimi və ya uzun müddətli saxlamaq üçün əsas vasitədir. Diskin maqnit örtüyünü zədələnmədən və çirklənmədən qorumaq lazım olduğundan əyilgən disk (5,25 düymlük) və ya mikrodisk (3,5 düymlük) qoruyucu plastik örtüyə salınır. Yüksək dəqiqlikli məmulat olan sərt disk möhkəm korpusa salınır ki, onu da toz olmayan yerdə açmaq olar. Kompüterlərdə bu növ disklərdən istifadə olunur: əyilgən disklər, mikrodisklər, sərt disklər, çıxarılıb-taxılan sərt disklər, Bernulli diskləri kimi çıxarılıb-taxılan kartriclər. == Mənbə == Физико-математическа и техническа енциклопедия", том 1, АИ "Проф. Марин Дринов, София, 1990 İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kompakt SUV
Kompakt SUV və ya Yığcam yolsuzluq avtomobili (kiçik SUV və ya mini SUV kimi də tanınır) orta ölçülü, alt orta kateqoriyalı avtomobil və yolsuzluq avtomobili növüdür. Onun ölçüləri mini SUV və kompakt sinif avtomobildən daha böyükdür. Yığcam yolsuzluq avtomobilləri kimi etiketlənən bir çox yeni avtomobillər texniki cəhətdən yığcam krossover avtomobilləridir və C seqmentli avtomobil platformasının üstündə hazırlanırlar.
Disk jokey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır. Diceylər əsl adlarının, qəbul edilmiş təxəllüslərin və ya səhnə adlarının qarşısında "DJ" titulunu qəbul edə bilərlər.
Germinal disk
Germinal disk — Germinal disk aşağıdakılara istinad edə bilər: == Quşlarda == Germinal disk, blastodisk olaraq da adlandırılır, quş yumurtasının sarısının səthində kiçik, dairəvi, ağ ləkədir (eni təxminən 1,5-3 mm). == Məməlilərdə == Blastodisk, embrionun əmələ gələcəyi blastula içərisində yuvarlaq bir hüceyrəli bir təbəqədir. Blastodisk iki qatdan ibarətdir: hipoblast və epiblast. Hipoblast təbəqəsi blastokist boşluğuna bitişikdir və kiçik, kuboidal hüceyrələrdən ibarətdir. Sütunlu hüceyrələrdən ibarət olan epiblast təbəqəsi amniotik boşluğa bitişikdir.
Microfloppy disk
Microfloppy disk - Apple Macintosh və IBM-uyumlu kompüterlərdə istifadə olunan, diametri 3.5 düym olan və plastmas qında yerləşdirilmiş yumşaq disk. Belə disketin maqnit diski ferrooksidlə örtülmüş maylar “plyonka”dan hazırlanır. Macintosh kompüterlərinin birüzlü disketi 400 Kbayt, ikiüzlü (standart) disketi 800 Kbayt, yüksək sıxlıqlı ikiüzlü disketi isə 1.44 Mbayt informasiya saxlaya bilir. IBM-uyumlu kompüterlərdə tutumu 720 kbayt və ya 1.44 Mbayt tutan üçdüymlük disketlərdən istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sərt disk
Bərk disklər (ingiliscə: Hard (Magnetic) Disk Drive, HDD, HMDD) — kompüterlə iş zamanı istifadə olunan informasiyanın (əməliyyat sisteminin proqramlarının, ən çox istifadə olunan tətbiqi proqramlar paketinin, sənəd redaktorlarının, proqramlaşdırma dillərinin translyatorlarının və s.) daimi saxlanılması üçün istifadə olunur. 13 sentyabr 1956-cı ildə IBM firması RAMAC adlı ilk sərt disk qurğusunu ictimaiyyətə təqdim etmişdir. Bu diskin həcmi 5 Meqabayt idi. Sərt disklər, operativ yaddaşı nəzərə almasaq, kompüterin verilənləri yaddaşda saxlayan qurğuları içərisində, verilənlərə ən tez girişi (adətən 7–20 milli saniyə, ms) və onların ən sürətli (5 Mbayt/saniyə) oxunması və yazılmasını təmin edən qurğulardır. IVM RS tipli müasir kompüterlərin hamısında sərt disklər olur. Sərt disklər bir-birindən yaddaş tutumu və işləmə sürəti ilə fərqlənirlər. Sərt diskin əsas xarakteristikası, onun yaddaş tutumu, yəni diskdə yerləşə biləcək informasiyanın həcmidir. IVM RS tipli kompüterlər üçün yaradılan ilk bərk disklər 5 Mbayt həcminə malik idi. Hazırda istehsal olunan kompüterlərdə adətən 800 Mbaytdan 1,6 Qbayta qədər tutumuna malik sərt disklərdən istifadə olunur. Bu sərt disklər üçün maksimal yaddaş həcmi 9,1 Qbayt olur.
Blu-ray Disk
Blu-ray Disc və ya qısaca BD (ing. blue-ray göy şüa və disc — disk; blue yerinə blu yazılır) — yüksək sıxlığa və dəqiqliyə malik yazı, video və digər rəqəmsal məlumatların saxlanılması üçün istifadə edilən optik daşıyıcı formatı. Blu-ray standartı BDA konsorsiumu ilə birgə hazırlanmışdı. Yeni daşıyıcının ilk prototipi 2000-ci ilin oktyabrında təqdim edilmişdi. Müasir variantı isə 2006-cı ilin yanvarında keçirilən Consumer Electronics Show (CES) - istehlak elektronikasının beynəlxalq sərgisində təqdim edilmişdir. Blu-ray formatı bazara 2006-cı ilin yazında çıxarılmışdır. Blu-ray (mənası "göy şüa") - adı, yazılış və oxuma üçün istifadə edilən qısadalğalı (405 nm) göy (texniki olaraq göy-bənövşəyi) lazerə uyğun adlandırılmışdır. "e" hərfi qəsdən "blue" sözündən çıxarılmışdır, çünki "blue ray" ifadəsi tez-tez istifadə ediləndir və əmtəə nişanı olaraq qeydə alınması ehtimalı böyükdür. Daha böyük məsafələrdə daha qısa fokus uzunluğu vacibdir. Harda ki DVD drayver obyektivləri təxminən 40 dəfə böyükdür, CD drayver obyektivləri 20 dəfə daha çox böyükdür.
Optik disk druzenləri
Optik disk druzenləri optik diski tədricən kalsifikasiya edən mukoproteinlər və qlikozaminoqlikanlardan ibarət qlobullardır. Druzenlər degenerasiyaya uğrayan retinal qanqlion hüceyrələrinin qalıqlarına çevrilə bilərlər. Anadangəlmə qalxıq və ya anormal şəkilli disklər, psevdopapillödem, psevdonevrit, optik diskdə hialin cisimlərin olması kimi problemlər də optik disk druzenlərinə aid edilmişdir. Bu hallar müxtəlif dərəcəli görmə itkisinə, korluğa səbəb ola bilər. == Anatomiyası == Optik sinir retinadan beyinə məlumatları ötürən birləşdirici kabeldir. Bir milyondan çox retinal qanqlion hüceyrə aksonlarından ibarətdir. Optik sinir başı və ya optik disk sinirin ön ucu olub gözün daxilində yerləşir və yalnız oftalmoskopla görünür. Buruna yaxın hissədə, gözün makulasından bir qədər aşağıda yerləşir. Optik diskin daxilində kor nöqtə adlanan hissə mövcuddur, lakin işığı aşkar etmək üçün çubuqlar və konuslara burada rast gəlinmir. Diskin mərkəzində retinanı qidalandıran mərkəzi retinal arteriya vardır.
CD-RW disk oxuyucuları
RAID disk strukturları və növləri