Kompakt-disk
Sıxılmış Disk (ing. Compact Disc-CD) — 1980-ci illərin əvvəlində musiqinin rəqəmli formada saxlanmasını təmin etmək üçün Phillips, PolyGramm və Bayer şirkətlərinin birgə iştirakı ilə yaradılmış optik informasiya daşıyıcısıdır.
Sonralar CD-nin formatı genişləndirilərək başqa verilənləri də saxlamağa şərait yaradılır. Ondan bəri CD. ROM kimi bu disklər kompüterlərdə də verilənləri saxlamaq və nəql etmək çünü tətbiq olunur.
7 iyul 1964-cü ildə dünyada ilk multimedialı kompakt-disk işıq üzü görmüşdür. Bu diskə "The Beatles" qrupunun "Ağır günün gecəsi" (A Hard Day’s Night) adlı tam metrajlı filmi yazılmışdı.
Kompakt disk 1979-cu ildə Phillips və Sonz tərəfindən işlənmişdir. Phillips özünün öncədən sahib olduğu lazer disklərinin əsasında yeni istehsal prosesi işləyir. Sony öz sırasında rəqəmli profesional maqnitafonlarda işlədilən informasiyanın yazılma formatını — PCM-i (Pulse Code Modulation) daxil edir. 1982-ci ildə Hannover yaxınlığındakı zavodda kompakt disklərin kütləvi istehsalına başlanır.