Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ensiklopediya
Ensiklopediya (yun. enkýklios — "çevrə formalı"; paideí — "dərs", "bilik"; — sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edir. Köhnə Azərbaycandilli mənbələrdə Qamus; az.-əski. قاموس‎) Universal ensiklopediyalar insaniyyat üçün ümumi biliyi təsvir edir, xüsusi ensiklopediyalar isə yalnız müəyyən bir sahə üzrə məhdud ancaq dərinləməsinə məlumat verir. Ensiklopediya problemləri Esiklopedika fənnində elmi tədqiq olunur. == Adı == Ensiklopediya sözü Azərbaycan dilinə XX-ci əsrdə sovet hökuməti zamanı dilə yeridilmiş internasionalizmlərdən biridir. Azərbaycan dilində ilk dəfə 1930-cu ildə ruscadan tərcümə olunan "İbtidai riyaziyyat ensiklopediyası" kitabında işlənmişdir. Rus dilinə isə XVIII-ci əsrdən eyni mənadə fransızca encyclopédie sözündən keçib. Kökü yunanca ἐγκύκλιος (enkúklios, "dairəvi") + παιδείᾱ (paideíā, "öyrənmə") söz birləşməsidir; Avropa dillərinə latınca encyclopaedia yolu ilə daxil olub. Qamus sözü ərəb dili vasitəsilə (ərəb.
EOL (ensiklopediya)
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Ensiklopediya nəşriyyatı
“Ensiklopediya Nəşriyyatı” — 2011-ci ildən etibarən Azərbaycanda əsasən məlumat-sorğu ədəbiyyatlarının nəşri üzrə ixtisaslaşmış müəssisə olaraq fəaliyyətə başlamışdır. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Ensiklopediya Nəşriyyatı”nın tərkibində Nəşriyyat Departamenti, Redaktə və Korrektə Departamenti, Tərcümə şöbəsi, Yayım şöbəsi və Mətbəə fəaliyyət göstərir. Hazırda müəssisədə nəşriyyat və poliqrafiya sahəsində respublikamızda və xaricdə təhsil almış təcrübəli, yüksək ixtisasa malik 70-ə yaxın mütəxəssislər çalışırlar. Ən müasir və yeni poliqrafiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə dünyanın qabaqcıl texnologiyalarından istifadə edilir. Müəssisə hər il ümumi tirajı 1 milyondan çox olan və müasir tələblərə cavab verən çap məhsulları istehsal edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq, “Ensiklopediya Nəşriyyatı” tərəfindən yüzlərlə kitab nəşr edilmişdir. “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 24 avqust 2007-ci il tarixli digər sərəncamın yerinə yetirilməsi ilə müxtəlif formatlı seriyalardan olan kitablar nəfis tərtibatla çap edilmişdir. 2011-ci ildən etibarən “Ensiklopediya Nəşriyyatı” məktəbəqədər və məktəbli uşaqlar üçün 100-dən çox müxtəlif adda kitablar, o cümlədən dərs vəsaitləri, iş dəftərləri, qiymətləndirmə vasitələri, sinif jurnalları və s. hazırlayaraq çap etmişdir. Ensiklopediya Nəşriyyatı hüquqi və fiziki şəxslər üçün kitabların, dərgilərin və müxtəlif məzmunlu digər ədəbiyyatın nəfis tərtibatda nəşrini və Beynəlxalq standart kitab nömrəsi – ISBN ilə dərc olunmasını yüksək səviyyədə təmin edir.
Onlayn ensiklopediya
Onlayn ensiklopediya — informasiyanın internet üzərindən axtarışı üçün istifadə olunan platformadır. İnformasiyanın növündən asılı olmayaraq axtarıldığı vəsaitin dəqiq və etibarlı olması ən vacib şərtdir. Bu səbəbdən də informasiya axtarışı zamanı müraciət olunan ən böyük mənbə ensiklopediyalardır. Ensiklopediyalar sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edirlər. Elm və texnologiyada müşahidə olunan sürətli inkişaf real cəmiyyətin virtual cəmiyyətlə əvəz olunmasına gətirib çıxarır. Bu əvəzlənmə nəinki digər sahələrə həmçinin informasiya axtarışına da təsir edir. İnternet üzərindən pulsuz bir ensiklopediya yaratmaq fikri Inerpedia tərəfindən 1994-cü ildə təklif etmişdir, təklifdə hər kəsin material qatqı edəbiləcəyi qeyd olunmuşdu. Vikipediya (ing. Wikipedia) — ümumi internet vasitəsilə azad yayımlanan ensiklopediyadır və dünyanın bir çox dillərində viki texnologiyasının tətbiq edilməsi nəticəsində könüllü istifadəçilər tərəfindən yaradılır. Viki havay dilində "nə qədər mümkünsə daha tez" mənasını verir.
Molla Nəsrəddin (ensiklopediya)
Ensiklopediya (Fransa XVIII əsr)
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti (fr. Encyclopédie, ou Dictionnaire raisonné des sciences, des arts et des métiers) — Fransada 1751-1780-ci illərdə Deni Didronun və riyazıyatçı Jan Leron Dalamberin təşəbüsü ilə yaradılan, universal arayış sözlüyünün müəllif - tərtiblçilər qrupu. Bu maarifləndirici arayış kitabının nəşrində Jorj-Lui Lekler de Büffon, Volter, Klod Adrian Helvetsi, Pol Anri Holbax, Lui de Jokur, Etyenn Bonno de Kondilyak, Jan Jak Russo, Ann Rober Jak Türqo və bir çox başqa mühəndis, yazıçı və alimlər yaxından iştirak etmişdilər.
Suda (ensiklopediya)
"Suda" ( yun. Σοῦδα) və ya köhnəlmişdir "Svida" (yun. Σουΐδας, lat. Suidae Lexicon) — yunan dilindəki ən böyük ensiklopedik lüğət. X–XI əsrlərə aiddir. == Tərtibi == "Suda" lüğətinin tərtibi XX əsrin ikinci yarısında Bizansda başlamışdır. Müəllifin və ya müəlliflərin ruhani rütbəli şəxslərə aid olduğunu düşünməyə əsas olsa da, bu əsərin kim tərəfindən və necə tərtib edildiyi məlum deyil. Onun yaranma vaxtı mətnlərdə qeyd olunan Bizans imperatorlarının adları ilə təxmin edilir. "Suda" 970-ci ildən sonra yazılmağa başlanmışdır. Beləliklə, məsələn, onun "Adəm" məqaləsində hadisələr imperator I İoann Tsimisxinin ölümünə səbəb olur.
Viruslar haqqında ensiklopediya
Yeni Beynəlxalq Ensiklopediya
Yeni Beynəlxalq Ensiklopediya (ing. New International Encyclopedia) — Amerika ensiklopediyası idi. İlk dəfə Dodd, Mead və şirkət tərəfindən 1902-ci ildə nəşr edilmişdir.
Vikipediya. Virtual ensiklopediya (kitab)
Vikipediya. Virtual ensiklopediya — Vikipediyanın yaranma tarixinə, hazırkı vəziyyətinə və mövcud problemlərə həsr olunmuş kitab. 2010-cu ildə ilk dəfə nəşr olunan “Vikipediya. Virtual ensiklopediya” kitabında Vikipediyanın yaranma tarixi, hazırkı vəziyyəti haqqında məlumat verilir, mövcud problemlərə toxunulur. Kitabda ensiklopedik məqalələrin yaradılması üçün tətbiq edilən qayda və mexanizmlər geniş şərh edilir. Eyni zamanda, Vikipediya fəlsəfəsi, Vikipediya layihəsini idarə edən Vikimedia Fondunun fəaliyyəti və Vikipediyanın törəmə layihələri haqqında geniş məlumat verilir. Kitabda Vikipediyada məqalələrin yaradılması qaydalarına və ensiklopediyada qəbul olunmuş ümumi şablonlara həsr edilmiş məlumatlar da mövcuddur ki, onlardan istifadə etməklə sərbəst, müxtəlif mövzulara həsr edilmiş məqalələr yaratmaq və redaktələr etmək mümkündür. “Vikipediya. Virtual ensiklopediya” kitabında, həmçinin Vikipediyada baş verən informasiya müharibələri haqqında da geniş bəhs edilir, bununla bağlı problemlər açıqlanır və İnternet mühitində fəaliyyət göstərən digər populyar ensiklopediyalar haqqında da zəruri məlumatlar verilir. “Vikipediya.
Fəlsəfə Ensiklopediyası
Fəlsəfə Ensiklopediyası — 1960—1970-ci illərdə akademik F. V. Konstantinovun redaktorluğu ilə Böyük Rusiya Ensiklopediyası nəşriyyatında çıxan 5 cildli sahəvi sovet ensiklopediyası. == Tarixi == Nəşriyyatın ən əsas məqsədi "fəlsəfə tarixi və sosiologiya, dialektik və tarixi materializm, psixologiya və müasir təbiətşünaslığın fəlsəfi məsələləri, məntiq, etika, estetika, din tarixi və ateizm məsələləri üzrə sistematik billik toplusunun verilməsi" idi. Hər məqalə müəllifinin inisialı, soyadı və yaşadığı şəhərin (və ya ölkənin) adı qeyd olunmuşdur, elmi rütbəsi və dərəcəsi göstərilməmişdir.
Həyat Ensiklopediyası
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Milleniya Ensiklopediyası
Naxçıvan Ensiklopediyası
Naxçıvan Ensiklopediyası — Naxçıvan Muxtar Respublikasının təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından sistemli şəkildə bəhs edən elmi nəşr. İlk dəfə 2002-ci ildə, təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşri isə 2005-ci ildə çap edilib. "Naxçıvan Ensiklopediyası" Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin "Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında" 1999-cu il 12 fevral tarixli Sərəncamına əsasən AMEA Rəyasət Heyəti nəzdində yaradılmış Naxçıvan ensiklopediyası qurumu tərəfindən hazırlanıb və 2002-ci ildə nəşr edilib. Azərbaycanın 4-cü Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında" 2004-cü il 9 fevral tarixli sərəncamı ilə müəyyən edilmiş tədbirlər planına uyğun olaraq isə "Naxçıvan Ensiklopediyası"nın təkrar nəşr edilməsi qərara alınıb. Buna müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə "Naxçıvan Ensiklopediyası"nın təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşri hazırlanıb. Əlavə olaraq cildə 200-ə yaxın yeni məqalə daxil edilib. Son illər muxtar respublikanın şəhər və rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklərin edilməsi, bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni quruculuq sahəsində baş vermiş yeniliklər bu nəşrdə əksini tapıb. "Naxçıvan Ensiklopediyası"nın ikinci nəşri AMEA-nın Naxçıvan Bölməsində yaradılmış işçi qrupu tərəfindən hazırlanıb. Kitabda muxtar respublikanın təbiəti, tarixi, ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatından sistemli şəkildə bəhs olunur. Burada muxtar respublikaya həsr olunmuş kompleks məqalədən başqa, diyarın bütün inzibati rayonları, fiziki-coğrafi obyektləri, şəhər və kəndləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr verilib.
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti (fr. Encyclopédie, ou Dictionnaire raisonné des sciences, des arts et des métiers) — Fransada 1751-1780-ci illərdə Deni Didronun və riyazıyatçı Jan Leron Dalamberin təşəbüsü ilə yaradılan, universal arayış sözlüyünün müəllif - tərtiblçilər qrupu. Bu maarifləndirici arayış kitabının nəşrində Jorj-Lui Lekler de Büffon, Volter, Klod Adrian Helvetsi, Pol Anri Holbax, Lui de Jokur, Etyenn Bonno de Kondilyak, Jan Jak Russo, Ann Rober Jak Türqo və bir çox başqa mühəndis, yazıçı və alimlər yaxından iştirak etmişdilər.
Ensiklopediyalar
Ensiklopediya (yun. enkýklios — "çevrə formalı"; paideí — "dərs", "bilik"; — sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edir. Köhnə Azərbaycandilli mənbələrdə Qamus; az.-əski. قاموس‎) Universal ensiklopediyalar insaniyyat üçün ümumi biliyi təsvir edir, xüsusi ensiklopediyalar isə yalnız müəyyən bir sahə üzrə məhdud ancaq dərinləməsinə məlumat verir. Ensiklopediya problemləri Esiklopedika fənnində elmi tədqiq olunur. == Adı == Ensiklopediya sözü Azərbaycan dilinə XX-ci əsrdə sovet hökuməti zamanı dilə yeridilmiş internasionalizmlərdən biridir. Azərbaycan dilində ilk dəfə 1930-cu ildə ruscadan tərcümə olunan "İbtidai riyaziyyat ensiklopediyası" kitabında işlənmişdir. Rus dilinə isə XVIII-ci əsrdən eyni mənadə fransızca encyclopédie sözündən keçib. Kökü yunanca ἐγκύκλιος (enkúklios, "dairəvi") + παιδείᾱ (paideíā, "öyrənmə") söz birləşməsidir; Avropa dillərinə latınca encyclopaedia yolu ilə daxil olub. Qamus sözü ərəb dili vasitəsilə (ərəb.
Erməni Sovet Ensiklopediyası
Erməni Sovet Ensiklopediyası (erm. Հայկական սովետական հանրագիտարան) — Sovet dövründə Ermənistanda erməni dilində nəşr olunmuş 13 cilddən ibarət universal ensiklopediya. 1974–1987-ci illərdə nəşr edilmişdir.
Ermənistan Sovet Ensiklopediyası
Erməni Sovet Ensiklopediyası (erm. Հայկական սովետական հանրագիտարան) — Sovet dövründə Ermənistanda erməni dilində nəşr olunmuş 13 cilddən ibarət universal ensiklopediya. 1974–1987-ci illərdə nəşr edilmişdir.
Esperantoda Ensiklopediyalar
Esperantoda Ensiklopediyalar (esp. Enciklopedio de Esperanto) — Bütün Esperanto mövzularında ensiklopediya yaratmaq üçün bir neçə fərqli cəhd edilmişdir. Müasir bir Esperantist ensiklopediyaya Vikipedio (Esperanto dilli Vikipediya) və ya "Enciklopedio Kalblanda" aiddir. == 1913 Ensiklopediyası == 1913-cü ildə Petro Stoyan, hər mövzu üçün ayrı monoqrafiyalarla davamlı nəşr olunacaq bir "Universal Monoqrafiya Ensiklopediyası"nı (esp. Universala Slipa Enciklopedio) təklif etmişdi. O zamanda ilk beş monoqrafiya ("Ensiklopediya və Onun Gələcəyi" (esp. La Enciklopedio Kaj Ĝia Estonteco), "Zamandakı Kinematik Nəzəriyyə" (esp. Kinematic Teorio Ĝustatempe), "La Espero" Himni, "Xüsusi Adların Transkripsiyası" (esp. Transskribo De Propraj Nomoj) və "Yığıncaq" (esp. Renkontiĝo), Levenzonun bir şeiri) nəşr olundu.
Eston Sovet Ensiklopediyası
Eston Sovet Ensiklopediyası (est. Eesti nõukogude entsüklopeedia) — Sovet dövründə Estoniyada eston dilində nəşr olunmuş 8 cilddən ibarət universal ensiklopediya. 1968–1976-cı illərdə nəşr edilmişdir.
Gürcü Sovet Ensiklopediyası
Gürcüstan Sovet Ensiklopediyası (gürc. ქართული საბჭოთა ენციკლოპედია, ქსე) - gürcü dilində ilk universal xarakterli ensiklopediya. İlk cildi 1965-ci ildə Tbilisidə çap olunmuşdur. Ensiklopediyaya 12 cild daxildir. Sonuncu 12-ci cild "Gürcüstan SSR"-ə həsr olunmuş xüsusi cildidir, gürcü və rus dillərində nəşr olunmuşdur. Baş redaktoru İrakli Abaşidze olmuşdur.
Gürcüstan Sovet Ensiklopediyası
Gürcüstan Sovet Ensiklopediyası (gürc. ქართული საბჭოთა ენციკლოპედია, ქსე) - gürcü dilində ilk universal xarakterli ensiklopediya. İlk cildi 1965-ci ildə Tbilisidə çap olunmuşdur. Ensiklopediyaya 12 cild daxildir. Sonuncu 12-ci cild "Gürcüstan SSR"-ə həsr olunmuş xüsusi cildidir, gürcü və rus dillərində nəşr olunmuşdur. Baş redaktoru İrakli Abaşidze olmuşdur.
Hərbi ensiklopediyalar
HƏRBİ ENSİKLOPEDİYALAR– hərbi biliklərin müəyyən və ya bütün sahələrini əhatə edib sistemləşdirən elmi-məlumat nəşri. Hərb sənətinin xüsusiyyətləri ilə bağlı məlumatlar (fəsillər, başlıqlar və paraqraflar şəklində) hələ orta əsrlərdə tərtib edilmiş kitablarda öz əksini tapmışdır. 16–17 əsrlərdə hərb sənətinin nəzəri və praktiki cəhətdən inkişafı xüsusi lüğətlərin – leksikonların yaranmasına gətirib çıxardı. C. Polmenin "Bizim əsrdə bütün dünyada, həm dənizdə, həm də quruda baş vermiş məşhur döyüşlər" (1577) və Fransız Giye de Sen-Jorjun "Hərbi adamın bilikləri, yaxud Zadəganın lüğəti…" (c. 1–3, Paris, 1670) əsərləri ilk H.e.-lar hesab edilir. 17–18 əsrlərdə İtaliya, Almaniya və digər Qərbi Avropa ölkələrində forma və struktur cəhətdən çoxcildli ensiklopedik lüğətlərə bənzər hərbi-ensiklopedik kitabların nəşrinə başlanıldı. Rusiyada hərbi mövzuda ilk ensiklopedik nəşrlər 18 əsrin əvvəllərində yarandı. 19 əsrdə hərbi texnikanın sürətlə təkmilləşməsi hərb sənətinin bütün sahələrində dəyişikliklərlə müşayiət olunmuş, müasir məlumatları ümumiləşdirilmiş və sistemləşdirilmiş şəkildə əhatə edən yenilənmiş H.e.-ın yaradılmasına ehtiyac doğurdu. Universal ensiklopediyalarla yanaşı müəyyən hərbi-tarixi dövrü əhatə edən, ayrı-ayrı hərbi silah və texnika növlərindən bəhs edən bircildli soraqçalar da nəşr olunmuşdur.
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası ( trans.: Musuətul-imam Əli ibn Əbi Talib (ə) fil-kitabi vəs-sunnəti vəl-tarix) — Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhrinin Əli barədə yazdığı kitab. Kitab "Vilayət ilinin kitabı" müsabiqəsinin ikinci mərhələsinin mükafatına layiq görülmüşdür. == Haqqında == Reyşəhri kitabı 1992-2000-ci illərdə ərəbcə yazmışdır. == Nəşr və tərcümə == Kitab ilk dəfə 2000-ci ildə 12 cilddə ərəbcə İranda nəşr olunmuşdur. Ensiklopediya 2002-ci ildə "Daneşnameye Əmirəl-mominin (ə) bər-bayeye Quran və hədis və tarix" adı ilə 12 cild və əlavə 1 cildlik mövzu mündəricatı ilə birlikdə farsca nəşr edilmişdir. Kitabın hər iki mətnə malik 3-cü nüsxəsi "Daneşnameye Əmirəl-mominin (ə)" adı ilə, ərəb və fars dilində olmaqla, 1 cilddə 2007-ci ildə yenidən nəşr edilmişdir. Kitabın müxtəsər variantı Ağabala Mehdiyev tərəfindən azərbaycan dilinə tərcümə edilmiş və 2013-cü ildə Nurlar nəşriyyatında çap olunmuşdur.
Latviya Sovet Ensiklopediyası
Latviya Sovet Ensiklopediyası (latış. Latvijas padomju enciklopēdija‎) — Sovet dövründə Latviyada latış dilində nəşr olunmuş 11 cilddən ibarət universal ensiklopediya. 1981–1988-ci illərdə nəşr edilmişdir.
Litva Sovet Ensiklopediyası
Litva Sovet Ensiklopediyası (lit. Lietuviškoji tarybinė enciklopedija) — Sovet dövründə Litvada litva dilində nəşr olunmuş 13 cilddən ibarət universal ensiklopediya. 1976-1985-ci illərdə nəşr edilmişdir.
Moldova Sovet Ensiklopediyası
Moldova Sovet Ensiklopediyası (mold. Енчиклопедия советикэ молдовеняскэ) — Sovet dövründə Moldovada moldav dilində nəşr olunmuş 8 cilddən ibarət universal ensiklopediya. 1970–1981-ci illərdə nəşr edilmişdir.
Müxtəsər Ədəbiyyat Ensiklopediyası
Müxtəsər Ədəbiyyat Ensiklopediyası (rus. Краткая литературная энциклопедия) — "Sovet ensiklopediyası" nəşriyyatında 1962—1978-ci illərdə çapdan çıxmış 9 cildli ədəbi ensiklopediya. Əsas 8 cild 1962—1975-ci illərdə, əlavə 9-cu cild isə 1978-də çıxıb. Ensiklopediyada 12 mindən artıq müəllifin məqalələri var (yazıçıların şəxsiyyətləri, dövrlərin tədqiqi, ədəbi terminlərin, cərəyanların, ədəbi qrupların, ədəbiyyatşünaslığın və mətbuatın xarakteristikaları və s.); əlifba göstəricisi 35 000-ə yaxın adların və terminlərin olduğunu göstərir. Tirajı 100 000 nüsxəyə çatmışdır. Baş redaktor vəzifəsini SSRİ Yazıçılar İttifaqının katibi Aleksey Surkov tuturdu, faktiki rəhbərliyi isə baş redaktor müavini Vladimir Jdanov edirdi, 1969-cu ildə isə onu A. F. Yermakov əvəz etdi. Birinci cildin ön söz bölməsində ensiklopediyaya "qısa" adının verilməsinin izahı belə verilib: "ədəbi biliklərin ətraflı toplusu deyil", həmçinin əlavə edilib ki, fundamental ədəbi ensiklopediyasının yaradılması "gələcəyin işi"di, lakin sonradan daha ətraflı ensiklopediya çap olunmadı. Ümumiyyətlə ensiklopediya "yüksək peşekarlıq və səylə hazırlanmış nəşrdi". Birinci cild.Aarne — Qavrilov 1962. İkinci cild.
Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası
Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası — Nəsiman Yaqublunun müəllifi olduğu və ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin həyatı, yaradıcılığı və əsərləri haqqında geniş məlumat toplandığı ensiklopediya. 18 may 2013 tarixində Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Fondu “M.Ə.Rəsulzadə Ensiklopediyası”nın təqdimatını keçirib. “M.Ə.Rəsulzadə Ensiklopediyası”nın müəllifi və Məhəmməd Əmin Rəsulzadə Fondunun rəhbəri Nəsiman Yaqublu ensiklopediyanın bu günlərdə çapdan çıxdığını bildirib. O, əsərin 504 səhifə həcmində olduğunu söyləyib. Müəllifin dediyinə görə ensiklopediya Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyətinin Azərbaycan, Türkiyə, Almaniya, Fransa, Polşa dövrləri daxil olmaqla, bütün dövləri tam şəkildə əhatə edir. Ensiklopediya sosial şəkəbələrdə yerləşdirilə biləcək şəkildə hazırlanıb. Belə ki, orada 300-ə qədər sənədin özü və fotosu hazırlanıb, 200-ə qədər məktub, yazışmalar əksini tapıb. Bundan əlavə, M.Ə.Rəsulzadənin rəhbərliyi ilə hazırlanan qəzet və jurnalların biblioqrafiyası tərtib edilib. Biblioqrafiyaya Məhəmməd Əmin Rəsulzadənin sağlığında nəşr etdirdiyi 1150 məqalə və 27 kitabın adı daxil edilib. “Bu ensiklopediya M.Ə.Rəsulzadənin Azərbaycan dövlətinin qurulmasının ideoloq və baş memarı olmasının təsdiqidir və XX əsrdə ikinci belə şəxsiyyət olmayıb”, - deyə N.Yaqublu ensiklopediyanın nəşrinin mahiyyətinə toxunub.
Onlayn ensiklopediyalar
Onlayn ensiklopediya — informasiyanın internet üzərindən axtarışı üçün istifadə olunan platformadır. İnformasiyanın növündən asılı olmayaraq axtarıldığı vəsaitin dəqiq və etibarlı olması ən vacib şərtdir. Bu səbəbdən də informasiya axtarışı zamanı müraciət olunan ən böyük mənbə ensiklopediyalardır. Ensiklopediyalar sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edirlər. Elm və texnologiyada müşahidə olunan sürətli inkişaf real cəmiyyətin virtual cəmiyyətlə əvəz olunmasına gətirib çıxarır. Bu əvəzlənmə nəinki digər sahələrə həmçinin informasiya axtarışına da təsir edir. İnternet üzərindən pulsuz bir ensiklopediya yaratmaq fikri Inerpedia tərəfindən 1994-cü ildə təklif etmişdir, təklifdə hər kəsin material qatqı edəbiləcəyi qeyd olunmuşdu. Vikipediya (ing. Wikipedia) — ümumi internet vasitəsilə azad yayımlanan ensiklopediyadır və dünyanın bir çox dillərində viki texnologiyasının tətbiq edilməsi nəticəsində könüllü istifadəçilər tərəfindən yaradılır. Viki havay dilində "nə qədər mümkünsə daha tez" mənasını verir.
Ansiklopediya
Ansiklopediya (ing. Uncyclopedia) — əyləncə məqsədilə qurulmuş və Vikipediyanın parodiyası sayılan online satirik ensiklopediya. Format olaraq Vikipediyaya çox bənzəsə də məqalələri oxuduqca əyləncə xarakterli olduğu anlaşılır. Ansiklopediya 5 yanvar 2005-ci ildə qurulmuşdur. Ansiklopediya müxtəlif dillərdə fəaliyyət göstərir və hər dildə öz adı vardır. Ən çox məqaləyə sahib İngilis Ansiklopediyadır (30.000 məqalə). İkinci 10.000 məqalə ilə portuqal Deskiklopediyadır. Ansiklopediyanın loqosu Vikipediyanın loqosuna bənzəsə də, kartof formasındadır. == Müxtəlif dillərdə == === İngilis — Ansiklopediya === İlk Ansiklopediyadır. 5 yanvar 2005-ci ildə qurulmuşdur.
Amerika Ensiklopediyası
Amerika Ensiklopediyası (ing. Encyclopedia Americana) və ya Amerikana — ingilis dilində ən böyük ensiklopediyalardan biri, Nyu-Yorkda nəşr olunan universal ensiklopediya. Ensiklopediyada 45 mindən çox məqalə var, əksəriyyətində 500-dən çox söz var. Ensiklopediyanın yazılmasında 6,500 nəfər iştirak etmişdir. Hal-hazırda ensiklopediya internet abunəçiliyi ilə mövcuddur.
Başqırdıstan Ensiklopediyası
Başqırdıstan Ensiklopediyası (başq. Башҡорт энциклопедияһы, rus. Башкирская энциклопедия) — 7 cilddən ibarət başqırd dilində ensiklopediya. == Tarixi == Başqırdıstanın ilk ensiklopediyası "Açar" (azərb. "Miras"‎) XIX və XX əsrlərdə Rizaitdin Fəxrəddinov tərəfindən hazırlanıb. Onun hazırladığı kitab cəmi 4 cilddən ibarət olmuşdur. Ensiklopediyada ilahiyyatçılar, yazıçılar, ictimai xadimlər, Ural-Volqa bölgəsinin sahibkarları-mesenantları haqqında bioqrafik məlumatlardan ibarət idi. 1900-1908-ci illərdə ümumilikdə 15 kitabda 2 cildli dərc edilmişdir.
Britannika Ensiklopediyası
Britannika ensiklopediyası (ing. Encyclopaedia Britannica) — ingilis dilində universal ensiklopediya. Şotland maarifçiləri Adam Blek və Çarlz Blek tərəfindən Edinburq şəhərində yaradılmışdır. == Tarixi == İlk nəşri ensiklopedik lüğət əsasında 1768–1771-ci illərdə 3 cilddə həyata keçirilmişdir. Britannika ensiklopediyasının ilk 8 nəşri Edinburq şəhərində buraxılmışdır. 1870-ci ildə nəşriyyat "The Times" qəzetinin himayəsi altına verilir və London şəhərinə köçürülür. Ensiklopediyanın 11-ci nəşrini Kembric universiteti 1500 ekspertin iştirakı ilə həyata keçirir. 1901-ci ildə Britannika ensiklopediyası ABŞ-nın Çikaqo şəhərindən olan Huper adlı mülkiyyətçi tərəfindən alınır. 20-ci illərdə ensiklopediya "Sheers, Roobeck & Co" firması tərəfindən satın alınır və 1941-ci ildə Çikaqo universitetinə bağışlanır. 1974-cü ildə Britannika ensiklopediyasının sonuncu – 15-ci nəşri ("New Encyclopaedia Britannica" adı altında və ya Britannica 3) buraxılır.
Riyaziyyat Ensiklopediyası
Riyaziyyat Ensiklopediyası (The Encyclopedia of Mathematics (EOM))-onlayn viki şəklində riyaziyyat üçün pulsuz böyük arayış əsəridir. Bu əsər kitab və CD-ROM şəklində də mövcuddur.Bu ensiklopediya, Sovet Matematiçeskaya entsiklopediyasından (1977) tərcümə olunmuşdur ki, ilk İvan Vinoqradov tərəfindən rus dilində redaktə və nəşr edilmişdir.
Sanrılar ensiklopediyası
Sanrılar ensiklopediyası: İnanılmaz faktlar, təəccüblü kəşflər və təhlükəli inanclar toplusu (ing. The Skeptic's Dictionary: A Collection of Strange Beliefs, Amusing Deceptions, and Dangerous Delusions) — Robert Todd Kerrollun skeptik esselər toplusu, http://www.skepdic.com/ saytında dərc edilmiş və kitab şəklində nəşr edilmişdir. Sayt 1994-cü ildə açılıb və bu gün 800-dən çox esse var; Kitab 2003-cü ildə nəşr olunub və 400-ə yaxın essedən ibarətdir. Yalançı elmi, paranormal və okkult mövzular üzrə skeptik məlumatlar üçün hərtərəfli bircildlik bələdçidir və biblioqrafiyada daha ətraflı məlumat üçün təxminən yeddi yüz istinad var. Kitabın arxa üz qabığına əsasən, onlayn versiya ayda təxminən 500.000 baxış əldə edir. Sanrılar ensiklopediyasının ön sözünə görə, geniş gizli və paranormal ədəbiyyata kiçik bir əks çəki olmaq üçün nəzərdə tutulmuşdur; gizli subyektlərə balanslaşdırılmış bir baxış təqdim etmir.
Xorvat ensiklopediyası
Xorvat ensiklopediyası (xorv. Hrvatska enciklopedija) — xorvat dilində olan milli ensiklopediya. Miroslav Krleja Leksikoqrafiya İnstitutu tərəfindən nəşr olunmuşdur. Ensiklopediya layihəsi 1999-cu ildə başladılmışdır. Xorvat ensiklopediyası ümümilikdə xorvat dilində olan sayca beşinci ensiklopediyadır. Bundan əvvəl mövcud olmuş xorvatdilli ensiklopediyalar Mate Uyeviçin Xorvat ensiklopediyası, Leksioqrafiya İnstitutu Ensiklopediyası, eləcə də, Ümumi Ensiklopediyanın iki nəşridir. 1999-cu ildən 2009-cu ilə kimi ensiklopediyanın 11 cildi işıq üzü görmüşdür. Bu müddət ərzində hər il bir yeni cild yayımlanmışdır. 2010-cu ildə ensiklopediyanın onlayn versiyası hazırlanmış, yenilənmiş və yeni multimedia vasitələri ilə zənginləşdirilmişdir. 2013-cü ildən ensiklopediyanın onlayn versiyası pulsuz olmuşdur.
Yəhudi Ensiklopediyası
Yəhudi Ensiklopediyası (ing. Jewish Encyclopedia)-orijinal olaraq Fank və Vaqnallz tərəfindən 1901 və 1906-cı illər arasında Nyu-Yorkda nəşr olunan elmi opus (əsər). Ensiklopediya 1901-ci ildə Yəhudilik və Yəhudilər tarixi və həmin mövcud vəziyyəti üzərində 12 cildlik 15.000 məqaləni ehtiva edirdi. İndi bir ictimai varidat mənbədir.
Çin Ensiklopediyası
Çin Ensiklopediyası (çin. 中国大百科全书; Pinyin:Zhōngguó Dà Bǎikē Quánshū ;Çin Böyük Ensiklopediyası) — Çin dilində ilk böyük-girişli müasir ensiklopediya.
İranika Ensiklopediyası
İranika Ensiklopediyası (ing. Encyclopædia Iranica) — Kolumbiya Universitetin İran mədəniyyət və tarixi barədə , 1973-ci ildə nəşr etdiyi ingilis dilində ​​ensiklopediya. Ensiklopediyanın məzmunu yalnız İranla məhdud deyil.İrandan başqa, müəyyən bir dövrdə fars dilinin hakim olduğu məntəqələrdə daxil edilibdir, o cümlədən: Əfqanıstan, Tacikistan, Türkiyə, Qafqaz, Cənubi Asiya, Orta Asiya və Mesopotamiya.Fars dünyasının digər mədəniyyətlərlə əlaqəsini də əhatə etmişdir. İndiyə qədər 15 cild nəşr edilib və 45 cilddən çox nəşr olunması planlaşdırılır. Baş redaktoru professor Ehsan Yarşater və məsul redaktoru Əhməd Əşrəfdir.
İslam Ensiklopediyası
İslam Ensiklopediyası (ing. Encyclopaedia of Islam; EI) — "Brill" tərəfindən nəşr olunan islamşünaslıq akademik intizamı üzrə ensiklopediya. İslamşünaslıq sahəsində standart istinad sayılır. Birinci nəşri 1913–1938-ci illərdə, ikincisi 1954–2005-ci illərdə, üçüncüsü isə 2007-ci ildə çapa buraxılmışdır. "Brill" də qeyd edilmişdir ki, "İslam Ensiklopediyası"nın məzmununa "bütün dövr və ölkələrin görkəmli müsəlmanları, müxtəlif ölkələrin qəbilə və sülaləri, sənətkarlıöı və elmi, siyasi və dini qurumları, coğrafiyası, etnoqrafiyası, flora və faunası, əsas qəsəbə və şəhərlərin tarixi, topoqrafiyası və abidələri haqqında məqalələr" daxildir. Ensiklopediya coğrafi və tarixi baxımdan əhatə dairəsinə "qədim ərəb-islam imperiyası, İran, Mərkəzi Asiya, Hindistan yarımqitəsi və İndoneziyanın islam ölkələri, Osmanlı imperiyası və digər bütün islam ölkələri aiddir". Vikianbarda İslam Ensiklopediyası ilə əlaqəli mediafayllar var. Encyclopaedia of Islam – online access, Brill Publishers. Encyclopaedia of Islam – by Elton L. Daniel article in Encyclopædia Iranica.
Şamaxı Ensiklopediyası
Şamaxı Ensiklopediyası — Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə hazırlanmış ensiklopediya. Ensiklopediya www.elkhan-suleymanov.az saytının layihəsidir. Ensiklopediya Şamaxının təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından bəhs edir. Burada Azərbaycanın bu qədim diyarına həsr olunmuş oçerklərlə yanaşı, rayonun bütün inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələr verilib. Şamaxı ensiklopediyasına bu bölgənin tarix boyu xalqımıza bəxş etdiyi görkəmli şəxsiyyətlərin – dövlət, ictimai və siyasi xadimlərin, sərkərdələrin, xalq, müharibə və əmək qəhrəmanlarının, alim və mütəfəkkirlərin, şair, yazıçı, memar, rəssam, musiqiçi, aktyor və digər sənət adamlarının həyat və fəaliyyətindən, yaradıcılığından bəhs edən tərcümeyi-halları daxil edilib. Elmi redaksiya şurasının təsdiq etdiyi prinsiplər əsasında həmçinin, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş digər tanınmış şəxslər haqqında da məqalələr verilib. 2015-ci il may ayının 15-də Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində "Şamaxı ensiklopediyası" (www.shamakhi-encyclopedia.az) saytının təqdimatı olub. Tədbirdə rayon rəhbərliyi, alim və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. 2015-ci il oktyabr ayının 26-da Şamaxı şəhərində "Şamaxı ensiklopediyası" kitabının təqdimatı keçirilib. Ensiklopediyanın yaradıcı heyətinin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.
Şiə Ensiklopediyası
Şiə Ensiklopediyası (fars. دایرةالمعارف تشیع‎) — Şiə araşdırmaları haqqında yeni ensiklopediyadır ki, 1981-ci ildən 2011-ci ilə qədər 14 cilddə çap edilmişdir. Baş redaktoru Əhməd Seyid Cavadidir. Bu ensiklopediya İran İslam Respublikasında 13-cü dövrdəki ilin kitabının qalibi oldu.
İstanbul Ensiklopediyası
İstanbul Ensiklopediyası — 1944-1973-cü illərdə Rəşad Əkrəm Qoçu tərəfindən nəşr edilən, tamamlanmamış mədəniyyət ensiklopediyası. İstanbulun “logosu”unu yaratmaq üçün yola çıxılan, lakin yarımçıq qalan İstanbul Ensiklopediyası dünyanın ikinci şəhər ensiklopediyasıdır (Bu üslubda ilk əsər Uilyam Kentin London üçün ilk dəfə 1937-ci ildə nəşr olunmuş bircildlik kitabıdır.) Bu, tarix, ədəbiyyat, incəsənət tarixi, memarlıq, folklor və mətbuat kimi mövzular üzrə resurs kitabıdır. Maddələr povest üslubunda yazılmışdır. Mikro və makro tarix birlikdə nəzərdən keçirilib. Kitab başdan sonacan rəsm nümunələri ilə zəngindir. 1944-cü ilin noyabrında nəşrinə başlanan ensiklopediya 1944-1951-ci illərdə (birinci dövr) nəşr edilmiş; 4-cü cildin (son məqaləsi “Bahadır küçəsi”) ortasında ensiklopediyanın nəşri dayandırıldı. Ensiklopediya 1958-1973-cü illərdə (ikinci dövr) fəsillərlə çıxmağa davam etdi və ikinci dəfə 173-cü nömrəsi çap olunduqdan sonra (son məqalə "Göyçinar") nəşri dayandırıldı. Birinci dövrdə ensiklopediyanın ortağı və nəşri üçün maddi dəstəkçisi Camal Çaltı adlı tacir olmuşdur. Bu dövrdə 32 vərəqlik fəsillər kimi çap olunan əsər 25x34 sm ölçülü böyük kağızda çap olunub. Ensiklopediyada qəzet rəssamlarının sifarişi ilə “tirə” texnikası ilə çəkilmiş rəsmlər var idi və fotoşəkillərdən istifadə edilməmişdir.
Pravoslav ensiklopediyası
Pravoslav ensiklopediyası (ing. Orthodox Encyclopedia, rus. Православная энциклопедия) — 2000-ci ildən Moskva və Bütün Rusiya Patriarxının baş redaktorluğu ilə "Pravoslav Ensiklopediyası" Kilsəsi Araşdırma Mərkəzi tərəfindən nəşr olunan xüsusi ensiklopediyadır. Yarandığı gündən Pravoslav Ensiklopediya Mərkəzinin rəhbəri Sergey Kravetsdir.
Göyçay Ensiklopediyası
"Göyçay Ensiklopediyası" — Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) növbəti nəşri. Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 100 illiyinə ithaf olunan kitabın ideya müəllifi və naşiri AVCİYA prezidenti Elxan Süleymanovdur. Kitab daha əvvəllər oxuculara təqdim olunmuş "Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi – Göyçay döyüşləri", "Göyçay döyüşləri Türkiyə tarixşünaslığında" və "Göyçay tarixi" kitablarının daha geniş və təfərrüatlı şəkildə davamı kimi hazırlanıb. 2024-cü ildə AVCİYA "Göyçay Ensiklopediyası"nın davamı olaraq, Azərbaycan şairi, dramaturq, Əməkdar incəsənət xadimi İsgəndər Coşqunun əsərlərinin külliyyatından ibarət yeni "Nəğmə dolu ürək" kitabını təqdim edib. == Haqqında == Ensiklopediyada bölgənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr, müvafiq xəritələr yer alıb. Yerli ədəbi-mədəni mühit, folklor və mərasimlər, maddi mədəniyyət, toponimlər haqqında tanınmış tədqiqatçıların yazdıqları oçerklərlə tanış olmaq olar. Kitaba, ilk növbədə, və daha çox Göyçayın adını xan çinarın ucalığına qaldırmış görkəmli şəxsiyyətlər haqqında məqalələr daxil edilib. Bunların hamısı 951 məqalədə, 11 irihəcmli oçerkdə birləşib. Ensiklopediyanın elmi-redaksiya şurasının rəhbəri Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, nəşrin baş redaktoru filologiya elmləri doktoru, professor Asif Hacılıdır. Cildin tərtibatında Səttar Bəhlulzadənin "Göyçay" (1972) rəsmindən istifadə edilib ki, bu da Azərbaycanda narın vətəni sayılan bir rayonun simvolu kimi uyğunlaşdırılıb.