komparator
kompaslı
OBASTAN VİKİ
Kompas
Kompas (it. com-passo — qövs yolu; XX əsrin əvvəllərinə aid mənbələrdə qiblənüma, az.-əski. قبله نما‎) — fəzada istiqaməti təyin etmək üçün tətbiq olunan ölçü cihazıdır. XI əsrdə Çin alimi Şen Qua kompasın bir neçə növünü icad etdi. Bu kompasların əsas üstünlüyü əqrəbin istiqaməti suda yox, havada göstərməsi idi. Çünki su ilə müqayisədə hava əqrəbə az müqavimət göstərir və nəticədə, əqrəb istiqaməti daha dəqiq müəyyən edirdi. Digər tərəfdən, Şen Quanın icad etdiyi bu kompaslar müasir kompaslara daha yaxın idi. == Tarixi == Hərfi mənası italyan dilində "com-passo", yəni, "qövs yolu" deməkdir. Bu cihazın ən qədim forması istiqaməti yerin maqnit sahəsi əsasında müəyyən edən maqnit kompasıdır. Kompas ilk dəfə eradan əvvəl təqribən 3–2-ci əsrlərdə Çində icad edilmişdir.
Kompas (bürc)
Kompas (lat, Pyxis) göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 3.7 vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.
Kompas süddəyən
Kompas süddəyən (lat. Lactuca serriola) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 30-100 sm, gövdəsi tək və ya bir neçə saydadır, düz, adətən uzun qövsşəkilli budaqları ilə qollu-budaqlı, süpürgəvari budaqlanmış, ağımtıl rəngdədir, şırımlıdır, çılpaq və ya aşağı hissə uzun tikanlarla örtülmüş və milşəkilli kökü olan birillik və ya ikiillik ot bitkisidir. Gövdə yarpaqları çox vaxt şaquli müstəvidə yerləşmişdir, qalın dərilidir, göyümtül-yaşıl rəngdədir, çılpaq, və ya orta damarı alt tərəfdə tikanlarladır, oyuqlu lələkvari bölünmüşdür, hər iki tərəfdən enli neştərvari, uzunsov və ya üç künclü, arxaya qatlanmış payları vardır, kənarları tikanlıkirpikli, dişli, yuxarı yarpaqları bəzən hamısı olur, ayrı deyildir, kənarları qismən iri dişli, oturaqdır və qaidə hissəsi oxşəkilli, qulaqcıqları isə üçbucaq formada sivriləşmişdir. Səbətlərinin uzunluğu 9–14 mm, eni 3-3,5 mm-dir, silindrvaridir, seyrək çiçəklidir, uzunsaplaqlıdır və ya oturaqdır. Toxumları qonur rənglidir, uzunsov əksinə yumurtaşəkillidir. Uzunluğu 3 mm-ə yaxın, eni 1 mm, qaidəsinə doğru daralmış, 7-9 ədəd qabırğası var, toxumun ucuna yaxın yerləşmiş qısa sərt tükləri vardır, uzun, ağ, nazik, uzunluğu 5 mm-ə yaxın dimdiklidir; kəkil (başcıq) ağ rəngdədir, asanlıqla töküləndir. == Sinonimləri == === Homotipik sinonimləri === Lactuca sativa subsp.
Qızıl kompas (film)
Qızıl kompas (ing. The Golden Compass) — Filip Pullmanın Şimal İşıqları romanı əsasında 2007-ci ildə çəkilmiş fantastika filmi. Rejissoru daha əvvəl “Oğlan haqqında” filmi ilə “Oskar”a namizəd olmuş Kris Veytsin çəkdiyi filmdə baş rollarda Nikol Kidman, Daniel Kreyq, Eva Qrin və Sem Elliot yer alıb. Film Üzüklərin ağası seriyasının istehsalçısı olan NewLine Cinema Company tərəfindən istehsal olunmuşdur. Filmin büdcəsi 250 milyon dollardır və 6 dekabr 2007-ci ildə buraxılmışdır. ABŞ-də 70 milyon dollar, dünya üzrə isə 372 milyon ABŞ dolları gəlir əldə etmişdir. Oksforddakı Cordan Kollecində internat tələbəsi olan Lyra və onun leprikonu Pantalaimon, bir gün məktəbə gələn əmisi Lord Asrielin və alimlərin yığıncağına gizlicə qulaq asarkən, “toz” adlı bir şey, “şimalda havada dayanan bir şəhər” və “cinayətlə başa çatmış kəşfiyyat ekspedisiyası” haqqında müəmmalı hekayələr eşidirlər. Bir müddət sonra ətrafdakı uşaqlar yoxa çıxmağa başlayır və daha sonra dostu Rocer də uşaq oğruları olan Hamhumlar tərəfindən qaçırılır. Çox keçmədən Liranın qəyyumluğu məktəb tərəfindən son dərəcə gözəl və cəlbedici bir insan olan xanım Koulterə verilir. Lira əvvəlcə buna etiraz edir, lakin tezliklə hamı kimi o da xanım Koulter tərəfindən şirnikləndirilir.
Qızıl kompas (film, 2007)

Digər lüğətlərdə