KOMPONENT

[ lat. ] Bir şeyin tərkib hissəsi, bir şeyi əmələ gətirən hissələrdən hər biri. Mürəkkəb sözün komponentləri.
KOMPLİMENTÇİ
KOMPÓST
OBASTAN VİKİ
Coğrafi komponentlər
Ekosistemin komponentləri
Ekosistemin komponentləri-ekosistemin (biogeosenozun) fəaliyyətini təmin edən əsas tərkib hissələri. == Ümumi məlumat == Ekosistemin komponentləri abiotik və biotik olmaqla 2 hissəyə ayrılır. Biotik amillər öz növbəsində avtotroflar, produsentlər (sadə qeyri üzvi birləşmələrdən üzvi maddələr yaratmaq qabiliyyətinə malik olanlar) və heterotroflara (mikrokonsumentlər (faqotroflar)) ayrılır. Belə ki, heterotrof orqanizmlər (əsasən heyvanlar) digər orqanizmlərdə və ya üzvi maddənin bir hissəsi ilə qidalanırlar. Redusentlər başqa cür adlandırsaq mikrokonsumentlər (osmotroflar, saprotroflar) – heterotrof orqanizmlər olub (əsasən göbələklər və bakteriyalar) üzvi birləşmələri parçalayaraq (zülallar, karbohidratlar və s.) bəzi parçalanan (çürüyən) ərzaqları udur və qeyri üzvi maddələr yaradırlar. Bu isə produsentlərin qidalanması üçün yararlıdır. Heterotrof orqanizmlər özləri dəbiofaqlara (digər canlı orqanizmlərlə qidalanan orqanizmlər) və saprofaqara (ölü üzvi maddələrlə qidalanan orqanizmlər) bölünürlər. == Biogen ekosistemin komponentləri == Biotik və abiotik ekosistemin komponentləri bir-birilə üzvi maddələrlə bağlı olub biogen ekosistemin komponentlərində birləşir. Biogen ekosistemin komponentlərinə canlı orqanika (biokütlə adlanır) və ölü orqanika olmaqla 2 hissəyə ayrılır. Töküntü– bitki qruplaşmalarının hər il yerüstü və yeraltı hissələrinin çürüyən hissəsinə deyilir.
Komponentlərin obyekt modeli
Komponentlərin obyekt modeli (ing. Component Object Model) – kom – Windows mühitində obyektlərin qurulması və qarşılıqlı əlaqəsi üçün texnoloji standart. == Haqqında == 1993-cü ildə Microsoft korporasiyası tərəfindən hazırlanmışdır. COM texnologiyası proqram təminatının qurulmasında hazır proqram komponentləri (hər biri eyni vaxtda bir çox proqramlarda istifadə edilə bilər) arasında qarşılıqlı əlaqələrin ümumiləşdirilmiş bir üsulla həyata keçirilməsi üçün yaradılmışdır; onun köməyi ilə proqram təminatının bir komponenti öz xidmətlərini digər hissəyə (komponentə) təqdim edir. Proqram təminatının istənilən komponenti COM obyektləri şəklində reallaşır. Hər bir obyekt bir və ya bir neçə interfeys təqdim edir, interfeys isə metodlardan (müəyyən əməliyyatı yerinə yetirən prosedur, yaxud funksiyalardan) ibarətdir.
Təkrar istifadə olunabilən komponentlər
Reusable components ~ повторно используемые компоненты ~ yeniden kullanılabilir bileşenler ~ təkrar istifadə olunabilən komponentlər – hər hansı proqram təminatının başqa proqramlarda istifadə oluna bilən parçası. Məsələn, Java sinifləri yenidən istifadə olunabiləndir; onlar ilkin olaraq yazılmış olduqları proqramlardan fərqli proqramlar tərəfindən də istifadə oluna bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Значение слова в других словарях