Kompulsiya
Kompulsiya - pasiyent “qeyri-adi, fövqəltəbii” şəkildə onu
qorxudan hadisənin, sarışan fikirlərlərin qarşısını almaq və ya
həyəcanı, gərginliyi azaltmaq üçün etməyə ehtiyac hiss etdiyi fiziki
və ya psixi hərəkətlərdir (rituallar).
Fiziki kompulsiyalar – tez-tez əl yuma, qapıları bağlama və s.
kimi kənardan hiss olunan təkrarlanan hərəkətlərdir.
Psixi kompulsiyalar – kənardan hiss olunmayan, xəstənin
iradəsinə tabe olmayan və onu narahat edən fikrində təkrarlanan
hesablama, dualar və qarğışlar kimi sarışan pozuntulardır.