Naxışların yaddaşı (film, 1973)
Elmi-kütləvi film poetik formada qədim Azərbaycan milli sənət yadigarlarından, naxışlara həkk olunmuş milli mənəviyyatdan bəhs edir. Eləcə də görkəmli alim Xudu Məmmədovun qeyri-adi kəşfi sayəsində bu qədim naxışlarla bir çox kristalların daxili şərti quruluşunun yaxın olduğu açılıb göstərilir.
Ekranda kvars kristalının quruluşu əsasında 1322-ci ildə tikilmiş Bərdə türbəsini bəzəyən naxışlar müqayisə edilir. Məlum olur ki, həmin naxışlarla kvarsın quruluş sxemi eynidir. Kadrlar bir-birini əvəz etdikcə gözlərimiz qarşısında tarixi nişanələri olan qədim abidələr, qayalar üzərində naxışlar, göllər, çəmənliklər, canlılar gəlib keçir.
1)1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı
Qısametrajlı elmi-kütləvi filmlər bölməsi üzrə filmə II mükafat və diplom verilmişdir.
Rejissor: Yalçın Əfəndiyev
Ssenari müəllifi: Xudu Məmmədov, Vidadi Paşayev
Operator: Zaur Məhərrəmov
Bəstəkar: Vaqif Mustafazadə
Səs operatoru: Şamil Kərimov
Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.