KONSERVASİYA

сущ. консервация:
1. предохранение от порчи, разрушения специальной обработкой, созданием специальных условий хранения. Arxeoloji əşyaların konservasiyası консервация археологических предметов
2. временное приостановление хода, развития, деятельности чего-л. Şaxtanın konservasiyası консервация шахты, inşaatın konservasiyası консервация строительства
KONSERVAÇAN
KONSERVATİV
OBASTAN VİKİ
Konservasiya yağları
Konservasiya yağları — müxtəlif şəraitdə saxlanılan və ya daşınan metal məmulatların xarici və daxili konservasiyası üçün istifadə edilir. Bütün metal məmulatlar və detallar hazırlanan zaman onların korroziyadan mühafizəsi, yəni konservasiyası vacib bir məsələ kimi aktualdır. == Ümumi məlumat == Konservasiya və işçi-konservasiya yağları maşın və mexanizmlərin mühərriklərinin daxili konservasiya zonasından plastik sürtküləri tamamilə sıxışdırıb çıxarmışdır. Metal məmulatların daxili mühafizəsi üçün istifadə edilən və sürtküləri , işçi-yağları əvəz edən yuxarıda göstərilən sürtkü materiallarının tətbiq edilməsinin üstünlüyü aşağıdakılardır: maşın və mexanizmlərin mexaniki yeyilməsini azaldır, onların etibarlı işləmə müddətini artırır. Bu sürtkü materialları işçi yağlara nisbətən 3–5 dəfə, sürtkülərə nisbətən 6–10 dəfə üstünlüyə malikdirlər. == Tətbiq sahələri == Konservasiya, konservasiya-işçi və işçi-konservasiya yağları iki əsas tətbiq sahəsinə ayrılır. Bilavasitə metalemalı, maşınqayırma və başqa istehsalçı zavodlarda texnikanın hazırlanması prosesində detalların və maşın hissələrinin əməliyyatlar arası mühafizəsi üçün və eləcə də məmulatların daşınması və saxlanması dövründə konservasiyası. Texnikanın dövri və istismarı zamanı onun saxlanması. Konservasiya (К-17, НГ-203А, Б, Кормин) eləcə də konservasiya-işçi yağları АКОР-1 və КП aşqarları ilə avtomobil, traktor, cihazqayırma, dəzgahqayırma, gəmiqayırma, aviasiya, kənd təsərrüfat maşınqayırma zavodlarında hazır məmulatların əməliyyatlar arası konservasiyası və mühafizəsi üçün geniş istifadə olunur. Mühafizəedici yağ, məmulatın üzərinə onu yağa batırmaqla və yaxud yağı pulverizator vasitəsilə məmulatın üzərinə vurulur.
Arxeoloji abidələrin konservasiyası və bərpası
Arxeoloji obyektlərin konservasiyası və bərpası — arxeoloji obyektin mühafizəsi və lazım gəldikdə bərpası üçün arxeoloqlar, konservatorlar (tarixi artefaktları qoruyan şəxslər) və ziyarətçilər arasında birgə səydir. Konservasiya üsulları və ya bərpa ehtiyacları barədə qərar verməzdən əvvəl estetik, tarixi, elmi, dini, simvolik, maarifləndirici, iqtisadi və ekoloji dəyərlərlə bağlı məsələlərin qiymətləndirilməsi lazımdır. Arxeoloji qazıntı prosesi mahiyyət etibarilə dağıdıcıdır, çünki qazıntılar sahənin təbiətini və kontekstini və onla əlaqəli məlumatları daimi olaraq dəyişdirir. Buna görə də, arxeoloqlar və konservatorlar riskə atdıqları ərazilərə qulluq etmək və qorumaq üçün məsuliyyət daşıyırlar. == Arxeoloji abidənin istifadə mərhələləri == Arxeoloji sahələr bir çox mərhələdən keçir. Abidənin yaradılması: Abidə qurulur və mədəniyyət daxilində hər hansı bir funksiyaya xidmət edir. İlkin pozulma: Abidə istifadədən çıxıb və ya tərk edilib. Külək və su kimi təbii qüvvələr sahəni dəyişdirə və qeyri-sabitliyə səbəb ola bilər. Heyvanlar və həşəratlar qorunan ərazidə məskunlaşa və üzvi maddələrlə qidalana və abidəni məhv edə bilərlər. İdentifikasiya: Sahə arxeoloqlar, yerli insanlar və yaxud digər qeyri-peşəkar insanlar tərəfindən müəyyən edilir.

Digər lüğətlərdə