Konservativ qüvvə
Konservativ qüvvə — görülən işi cismin hərəkət trayektoriyasından asılı olmayan, yalnız hərəkətin başlanğıc və son nöqtələrinin vəziyyətindən asılı olan qüvvəyə deyilir. Məs: Ağırlıq qüvvəsi, Elastiklik qüvvəsi, Kulon qüvvəsi.
Qeyri-konservativ qüvvə — Görülən işi cismin hərəkət trayektoriyasından asılı olan qüvvə qeyri-konservativ qüvvə adlanır. Məs. sürtünmə qüvvəsi və s.
Konservativ qüvvələr sonrakı xassələrə malikdir:
Konservativ qüvvələrin gördüyü iş trayektoriyanın formasından asılı deyil.
Qapalı trayektoriya boyunca hərəkət edən cismə təsir edən konservativ qüvvələrin işi sıfıra bərabərdir: A = 0.
Konservativ qüvvələrin işi cismin başlanğıc və son vəziyyətlərindən asılıdır.
Əgər cismə konservativ qüvvə təsir edirsə, onda cisim potensial enerjiyə malikdir.
Ağırlıq, elastiklik və eletrostatik qüvvələr konservativdir.