KONTRAKSİON FƏRZİYYƏ

bu fərziyyəyə görə süxurların qırışığa toplanması və dağəmələgəlməsi baş verir. Bu proses Yerin soyuması və onun həcminin, radiusunun və yer səthinin sahəsinin azalması nəticəsində yaranır. K. f. XIX əsrin axırı XX əsrin əvvəllərində daha geniş vüsət almışdır (fransız geoloqu D. Eli de Bomon və avstriya qeoloqu E. Zyüss). контракционная гипотеза contractional hypothesis
KONTİNENTAL YAMACIN ÖRTÜLÜ DƏRİN QIRILMASI
KONUS ŞƏKİLLİ KARST
OBASTAN VİKİ
Fərziyyə
Fərziyyə– 1) hipotez – həqiqi mənası qeyri-müəyyən olan haqqında elmi ehtimal. Fərziyyə metodunun meydana gəlməsi tarixən antik riyaziyyatın erkən inkişaf mərhələləri ilə bağlıdır; 2) bir şey haqqında təxmini mülahizə; güman, ehtimal, fikir, zənn R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ossillyasion-fərziyyə
Ossillyasion-fərziyyə (rus. осцилляционная гипотеза, ing. oscillation hypothesis fr. oscillation) — titrəyiş, tərəddüd Xaarman tərəfindən təklif edilmiş fərziyyə. O.f. tektonik strukturların əmələ gəlməsini kosmik quvvələrin təsiri altında yaranan qabıqaltı plastik kütlənin yerdəyişməsi nəticəsində əmələ gələn yer qabığının titrəyişli hərəkətləri ilə izah edir. Xaarman qırışıqların əmələgəlməsində sıxılmanın rolunu rədd edir. Xaarman fərziyyəsinə qarşı müxtəlif etirazlar mövcuddur.