KONYUNKTİVİT

сущ. мед. конъюнктивит (воспаление конъюнктивы). Allergik konyuktivit аллергический конъюнктивит
KONYUNKTİVA
KONYUNKTURA
OBASTAN VİKİ
Konyunktivit
Konyunktivit — gözun selikli qişasının iltihabı. Bu xəstəlik gözun qızarması, qıcıqlanması, "yad cisim" hissiyyatı ilə özünü büruzə verir və həmçinin səhərlər göz qapaqlarının yapışması və müxtəlif xarakterli ifrazat ilə (irin, selik və s.) müşahidə olunur. Bunlardan başqa, göz qapaqlarının və selikli qişanın şişməsi, yaşaxma və işıqa həssaslıq müşahidə oluna bilir. == Yaranma səbəbləri == Konyunktivitlər müxtəlif mikroblorla törədilir: bakteriyalar, göbələklər, rikketsiyalar və viruslar (həmçinin allergik konyunktivitlər də mövcuddur). Törədici mikroblardan, orqanizmin müqavimətindən və xəstənin yaşından asılı olaraq konyunktivitlər müxtəlif şəkildə özünü göstərirlər. Müalicə olunmamış konyunktivit xroniki formaya keçir, keratit, buynuz qişanın xorası ilə nəticələnə bilir. Hətta gözün və görmə qabiliyyətinin itməsinə də gətirib çıxara bilir. == Müalicəsi == Müalicəsi üçün geniş spektrli antibiotiklərdən istifadə olunur. Dərmanların az effektivliyi zamanı göz yaşının mikrofloraya və antibiotiklərə qarşı həssaslığını analiz edirlər. Analizlərin nəticələrinə əsaslanaraq, daha böyük təminatla başqa antibiotiklər təyin olunur.

Digər lüğətlərdə