KRAB

is. \[holl. krab, alm. krabbe, ing. сrаb\] zool. Xərçəngə-bənzər onayaqlı dəniz heyvanı; qısaquyruğlu xərçəng □ Krab çubuqları aşp. – krabın ayaqları. Krab çubuqlarının donunu açıb, paketdən çıxarın. Hər krab çubuğunu ayrılıqda bir neçə saniyəlik qaynar suya qoyun (və yaxud buxara verin). . Krab salatı.
KÖRLİNQ
KREASİONİM
OBASTAN VİKİ
Krab adası
Krab (rus. Oстров Краб) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. Düzgün olmayan, ümumilikdə götürdükdə isə dairəvi formalı, diametri 300 m olan, ümumi silueti yengəcə bənzəyən ada. Öz adınıda buradan almışdır. Nisbətən iri olan Urup adasının cənub-qərb sahilində, Şukin körfəzinin çıxacağında, Kama mənsəbinin qarşı tərəfində yerləşir. Uarxipelaq, rif və qayalar uzanır. İki ada arasında olan boğaz uzanan qayalar sayəsində çəkilmə zamanı 1,5 kmdən 0,4 km-ə qədər azalır. Arxipelaqı adətən duman bürüyür. Bu səbəbdən naviqasiya üçün böyük təhlükə törədir. 1945-ci ildən SSRİ-nin tərkibinə daxil olur.
Krabbe yarımadası
Krabbe yarımadası (rus. Полуостров Краббе) — Rusiya Federasiyasının Primorsk diyarı ərazisində yerləşən yarımada. Diyarın ən iri yarımadalarından biridir. Yarımada coğrafi baxımdan Primorsk diyarının cənub-şərq sahillərində yerləşir. Sahillərini Yapon dənizinin suları yuyur. Yarımada Xasanski rayonunun cənub-qərbində, Zarubino və Poset qəsəbələri arasında yerləşir. İlk dəfə 1854-cü ildə ekspedisiya zabiti vitse admiral E. V. Putyatin tərəfindən kəşf edilmişdir. Yarımada 1863-cü ildə Dəniz Nazirliyinin vitse admiralı Nikolay Karloviç Krabbenin şərəfinə adlandırılmışdır. Yarımada qədim vulkanik suxurlardan təşkil olunmuşdur. O qərbdən şərqə doğru uzanır.