Krem bryule
Krem bryule (fr. crème brûlée, hərfi mənası: yanmış qaymaq) — karamel və kremdən ibarət desert.
Dəqiq vətəni məlum deyil. İngilis versiyasına görə, XVII əsrdə Triniti Kollecində yandırılmış krem burnt cream, Cambridge burnt cream və ya Trinity cream adlandırılmışdır. Lakin 1691-ci ildə bu yeməyi ilk istifadə edən Orlean hersoq mətbəxinin rəhbəri Fransua Messalo olmuşdur.
Soya, şəkər, qaymaq, süd və vanil krem bryulenin hazırlanması üçün istifadə olunur, amma digər dadlandırıcılar, məsələn, sedra kimi istifadə edilə bilər.
Qızdırılmış süd maddələrin qalan hissəsi ilə qarışdırılır, sonra isə bişirilir, bu isə kremin qatılaşdırılmasına gətirib çıxarır. Sonra qabıq karamelləşdirilir.