Kressel
Kressel (fr. Creissels, oks. Creissèls) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Qərbi Miyo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo.
INSEE kodu — 12084.
Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-qərbdə yerləşir.
2008-ci ildə əhalinin sayı 1486 nəfər təşkil edirdi.
İqtisadiyyat kənd təsərrüfatına (Rokfor və Peray pendirlərinin istehsalı üçün südlü qoyun yetişdirirlər), həmçinin kənd turizminə əsaslanır.