KUBRİK

сущ. морск. кубрик:
1. жилое помещение на корабле для судовой команды
2. нижняя палуба на большом парусном корабле
KUBOK
KUBŞƏKİLLİ
OBASTAN VİKİ
Stenli Kubrik
Stanley Kubrick (ing. Stanley Kubrick; 26 iyul 1928[…], Bronks, ABŞ – 7 mart 1999[…]) Amerikalı kinorejissor, ssenarist, prodüser, kinematoqraf, redaktor və fotoqrafçı olmuşdur. Yeni Hollivud dalğasının nümayəndəsi kimi tez-tez kino tarixinin ən böyük və nüfuzlu rejissorlarından biri hesab olunur. Onun filmləri, xüsusilə romanlar və ya qısa hekayələrdən filmə adaptasiya edilmiş bir çox janrı əhatə edən filmlərdir ki, öz realizminə, qara yumoruna, unikal kinematoqrafiyasına, geniş səhnə tərtibatına və yaddaşda canlanan musiqi istifadəsinə görə qeyd olunur. Stenli Kubrik 26 iyul 1928-ci ildə Nyu-Yorkda yəhudi ailəsində anadan olmuşdur. Kubrick Nyu-Yorkda Bronksda böyümüş, orta təhsilini 1941–1945 ci illərdə Vilyam Hovard Taft orta məktəbində alımışdır. Məktəbdə kafi qiymətlər almasına baxmayaraq, ədəbiyyata, fotoqrafçılığa və filmə kiçik yaşlardan olan dərin marağı film istehsalı və rejissorluğu sahəsində dərin biliklərə yiyələnməyinə səbəb olmuşdur. 1940-cı illərin sonu 50-ci illərin əvvəllərində Look jurnalı üçün fotoqraf işləyərkən artıq az büdcəli qısa filmlər çəkməyə başlamış, özünün ilk böyük Hollivud filmi olan The Killing`i (Qətl) 1956-cı ildə United Artists korporasiyası üçün çəkmişdir. Bunun ardınca, Kirk Duqlas ilə əməkdaşlıq nəticəsində müharibə mövzusunda Paths of Glory(Şöhrət Yolu) və tarixi epik janrda olan Spartacus(Spartak) filmi ortaya çıxır. Bir kinorejissor kimi Hollivudda nüfuzu artan Kubrik, Marlon Brando tərəfindən One-Eyed Jack (1961) filmi üçün təklif alsa da sonda Brando özü rejissor kreslosuna oturur.

Digər lüğətlərdə