KUFİ

[İraqda Kufə şəhərinin adından] : kufi xətt – ərəb yazısının düz və bucaqlı cizgilərdən əmələ gələn formasının ən qədim adı.
Kitabələrdə kufi xətti get-gedə nəsx xətti ilə əvəz edilir. Ə.Salamzadə.

KUDU
KUFUL
OBASTAN VİKİ
Kufi xətti
Kufi xətti — Ərəb xətt növü. Kvadrat formada ərəb hərfləri. == Tarixi == Kufi xətti – İslam dünyasının tanıdığı, qədim tarixə malik, ilk xətt növü kufi xətti VII əsrdə Hiyrə və Yəməndə meydana gəlmiş, sonralar ərəblərlə yanaşı iranlılar tərəfindən də geniş istifadə olunmağa başlanmışdır. Ərəb qrafikası ən qədim kufi xətti əsasında (adından bəlli olduğu kimi Kufə şəhərində) İmam Əli tərəfindən yaradılmışdır. İlk "Quran" nüsxələri də məhz bu xətlə yazılmışdır. Kufi xətti özü birinci minilliyin sonlarına doğru zəngin inkişaf yolu keçmiş və müxtəlif şəkillər qazanmış, nəhayət, müvafiq nöqtələr qəbul etməklə təkmilləşmiş, sonrakı dövrlərdə onun yalnız nöqtəli şəklindən istifadə olunmuşdur. VII–VIII əsrlərdə işlədilmiş və düz xətliliyi və bucaq xətləri ilə fərqlənən kufi şrifti islam aləmində yazının ən qədim və geniş yayılmış növü sayılır. Bu xəttin başqa bir şəkli kimi "çiçəkli kufi" diqqəti cəlb edir ki, həmin şriftlə yazarkən hərflərin cizgiləri stilizə edilmiş mürəkkəb nəbatat motivləri ilə müşayiət olunurdu. Bəzi tədqiqatçılar IX–X əsrlərdə daha altı kanonik xətt növünün işlənib-hazırlandığını göstərdikləri halda, Azərbaycan alimi Həsən Zərinəzadə hələ VIII əsrin ikinci yarısında kufi xəttinin 12 şəklinin olduğu haqqında məlumat verir: 1) Tümar — məscid və binaların kitabələrində istifadə edilmişdir; 2) Sicillat — sonralar xəfi adlanan cizgiləri dolaşıq xətt növünün yaranmasında istifadə edilmişdir; 3) Ühud — əmr və sərəncamların yazılışında istifadə edilmişdir; 4–5) Müamərat və əmanat — order və sənədlərdə işlədilirdi; 6–9) Dibac, mədih, mürəssə, riyaş — bədii əsərlərin köçürülməsi zamanı xəttatlıqda istifadə edilirdi; 10–12) Qübar, həsən və bəyaz — dini əsərlərin yazılışında istifadə edilmişdir. VIII əsrin sonlarında isə artıq 37 kufi xətti növü mövcud idi: cəlil, tümar, kufi, müamərat, qübar cilyə, müsəlsəl, civanihi, nəsəf, sülseyn, riyaşi, məcmu, müsahif, lölöyi, əşar, həvaşi, müqtərin, mənsur, müdmic, mühəddis, məmzuc, müqəvvid, məbsut, mürsəl, müxəffəf, müəlləq, ühud, qübar, müəlləf, fəssah, nimat, qirmə, divani, müxəllə, müəccəz, tuəman, siyaqət, müfəttə.
Əl-Kufi
Əbu Məhəmməd Əhməd İbn Əsəm əl-Kufi (v. 926) – ərəb tarixçisi. Əbu Məhəmməd Əhməd İbn Əsəm əl-Kufinin Xilafət tarixinə dair əsəri xəlifə Əbu Bəkrin Xilafət taxtına çıxmasından (632-ci il) xəlifə əl-Müstəinin ölümünə qədərki (866-cı il) dövrü əhatə edir. Almaniyanın Qota şəhərinin kitabxanasında saxlanılan birinci cildin yeganə əlyazma nüsxəsi (I hissə və II hissəsinin 1–146-cı səhifələri) xəlifə Osmanın (634–644) dövrünə qədərki hadisələri əhatə edir. İstanbulun Topqapı kitabxanasının III Əhməd bölməsində mühafizə edilən ikinci və üçüncü (II hissənin 147-ci səhifəsindən VIII hissənin sonunadək) cildlərin yeganə nüsxələri xəlifə Osman dövrünün sonundan xəlifə əl-Müstəin dövrünün sonunadək cərəyan edən hadisələri əhatə edir. İbn Əsəm əl-Kufinin slavyanlar haqqında məlumatı Əhməd Zəki Validi Toqan tərəfindən nəşr edilmişdir.. Əl-Cərrah ibn Abdullanın xəzərlərə qarşı yürüşü, Azərbaycanın və qonşu vilayətlərin Əbu Cəfər əl-Mənsur tərəfindən fəth olunması haqqında məlumatlar A. N. Kurat tərəfindən türk dilinə tərcüməsi ilə nəşr edilmişdir. Hicri 596-cı (23. X.1199 – II. X. I200) ildə Məhəmməd ibn Əhməd ibn Əbu Nəsr Məhəmməd əl-Mustovfi əl-Hərəvi "Kitab əl-fütuh"u fars dilinə tərcümə etməyə başlamış, lakin vəfatı işi yarımçıq qoymuşdu. Tərcüməni Məhəmməd ibn Əhməd ibn Əbu Bəkr əl-Katib əl-Mabaranabadi başa çatdırmışdı.
Əbu Abdürrəhman əs-Sulami əl-Kufi
Əbu Abdürrəhman əs-Sulami əl-Kufi (ən geci 632 – ən tezi 693 və ən geci 695, Kufə, ərəb. أبو عبد الرحمن عبد الله بن حبيب السلمي‎) — hədis ravisi, Quran hafizi. Tam adı Əbu Əbdürrəhman Abdullah ibn Həbib ibn Rəbiə əs-Sulami əl-Kufidir. Məhəmməd (s.a.v) peyğəmbərin sağlığında doğulub. Atası Həbib ibn Rəbiə əl-Sulami Məhəmməd peyğəmbərin səhabəsi olmuşdur. Əbu Əbdürrəhman əl-Sulaminin ya hicri 73 (692/693), ya da hicri 74 (693/694) ildə Kufədə vəfat etdiyi güman edilir. Əbu Əbdürrəhman əs-Sulami Quran hafizi olaraq Osman ibn Əffan, Əli ibn Əbu Talib, Zeyd ibn Sabit, Abdullah ibn Məsud və Ubeyy ibn Kəbdən Quran oxumağı öyrənmişdir. Onun tələbələri arasında: Asimə ibn Əbu ən-Nəcudə, Yəhya ibn Vətəba, Ata ibn əl-Saibə, Abdullah ibn İsa ibn Əbdürrəhman ibn Əbu Leyla, Məhəmməd ibn Əbu Əyyub, Əmir əş-Şəbi və İsmayıl ibn Əbu Xalid var idi. Osman ibn Əffanın səltənətindən ölümünə qədər Kufə Böyük Məscidində Quran tilavəti dərsləri keçdiyi bilinir. Əbu Əbdürrəhman əs-Sulami heç vaxt Quran oxumaq üçün ödənc almamışdır.

Значение слова в других словарях