kurti
kurtka 2021
OBASTAN VİKİ
Kurtilər
Kurtilər (q.yun. Κύρτιοι, lat. Cyrtii) — Zaqros dağları yaxınlığında yaşamış qədim tayfa. Adlarına əsaslanaraqRüdiger Şmittə görə, bu, əsasən Atropateniya Midiyasının dağlarında (Zaqros dağlarının şimal hissəsi) kadusilər, amardlar, tapurlar və başqaları ilə birlikdə məskunlaşmış tayfa idi. Strabon regionda yaşayan kurtliləri miqrantlar və yırtıcı quldurlar kimi xarakterizə edirdi. Onlar ellinizm dövründə sapançılar kimi tələb olunurdu. Kurtilər bu məqsədlə e.ə. 220-ci ildə padşah III Antioxa qarşı üsyanda Midiya satrapı Molon uğrunda vuruşmuşdular. Kurtilər daha uzaq qərbdə yaşayan karduxilər və bənzərləri ilə bağlı deyildilər. Qarnik Asatryana görə, kurtlilər yalnız köçəri həyat tərzini paylaşan yerli, qeyri-iranlı tayfaların toplusu idi.