kurtka 2021
kurtye
OBASTAN VİKİ
Kurtuaz ədəbiyyatı
Kurtuaz ədəbiyyatı (alm. höfische Dichtung‎; fr. poésie courtoise — fransız dilindəki fr. сourtois — "ədəbli", "nəzakətli" sözündən) — XII–XIV əsrlərdə Avropada (Provansda, Şimali Fransada, Almaniyada, sonralar İngiltərədə, İspaniyada, İtaliyada) ədəbi cərəyan, saray cəngavərlik ədəbiyyatı. Kurtuaz ədəbiyyatının başlıca qayəsi, idealı eposlardan fərqli olaraq nəsl, yaxud ölkə deyil, şəxsi şöhrət və ləyaqət naminə göstərilən rəşadətin, mənəvi kamilliyin tərənnümüdür (Provans ədəbiyyatı, truverlər, minnezinger poeziyası, cəngavərlik romanları ("Tristan və İzolda", Artur haqqında kelt əfsanələri və s.)). Yaxın Şərqdə cəngavərlik ədəbiyyatı Avropadakından fərqlənmiş, eposla daha sıx bağlı olmuşdur (Nizami Gəncəvi, Fəxrəddin Gürgani və başqalarının poemaları). "Gendzi-monoqatari" (Yaponiya) romanı kurtuaz ədəbiyyatının orijinal nümunələrindəndir. == İstinadlar == == Ədəbiyyat == Декс П. Семь веков романа (пер. с франц.). М.: 1962.