KVORUM

(latın quorum (praesnetia sufficit) kimlərin (iştirakı kifayətdir) İngiltərədə hakimləri təyin etdikdə istifadə edilən ifadənin ilk sözü) – yetərsay: qanun – qayda ilə, əsasnamə və nizamnamə ilə, reqlamentlə, müvafiq orqanın qərarı ilə müəyyən edilmiş yığıncağın, məclisin, konferensiyanın, qurultayın və s. səlahiyyətli hesab etmək və işə başlamaq üçün iştirakçılarının mütləq, zəruri sayı. K. yığılmadıqda həmin orqanın fəaliyyəti etibarsızdır, qeyri204 qanunidir. Həmin orqanın hər hansı bir üzvündə K. şübhə doğurarsa, o, iştirakçıları saymaqdan ötrü yığıncağın rəhbərliyinə müraciət edə bilər. Əgər K. ümumi iştirakçıların minimum tələb olunan sayıdırsa, kvota həmin yığıncaqda konkret aktın qəbul edilməsi üçün ona səs verənlərin minimum tələb olunan sayıdır, missal: AR MM-nin (Parlamentin) K.-u azı 83 Deputatın iştirakıdırsa, qanun qəbul etmək üçün isə (kvota) azı 63 Deputatın səs verməsidir.
KÜTLƏ
KVOTA
OBASTAN VİKİ
Kvorum
Kvorum – [lat. quorum – kafilik, yetərlilik, məqbulluluq, kifayətlilik] Yığıncağı səlahiyyətli hesab etmək üçün iştirakçıların zəruri sayı. Kvorum adətən qanunla və yaxud təşkilatların nizamnaməsində müəyyən edilir; Iclasın səlahiyyətlərini, hüquqiliyini tanımaqdan ötrü iştirakçıların sayı; Qəbul edilən qərarların qanuni olması üçün hər hansı bir yığıncaqda, toplantıda iştirak edənlərin zəruri sayı (yetərsay); Yetərsay, yetərsəs. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. == Xarici keçidlər == What is Quorum?

Digər lüğətlərdə