Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çağdaş Atan
Çağdaş Atan (29 fevral 1980, İzmir) — Türkiyənin keçmiş milli futbolçusu və məşqçisidir. Altay 'ın infrastrukturunda ailəsinin dəstəyi ilə 8 yaşında futbola başladı. 2000-ci ildə "Marmarisspor"da peşəkarlığa yüksəlib və bu komanda ilə 3-cü Liqada çempion olub. Daha sonra köhnə komandası "Altay"a qayıdıb, 2-ci Liqada çempion olub. Daha sonra iki mövsüm Super Liqada çıxış etdi. O, Altayda oynayan zaman top oğlana şillə vurduğu üçün idman ictimaiyyəti tərəfindən tez-tez tənqid olunurdu. 2003-04 mövsümündə "Dənizlispor" da oynayan Çağdaş buradakı çıxışına görə Türkiyə milli futbol komandasına çağırılıb. 2004-05 mövsümündən əvvəl 1 milyon dollara "Beşiktaş" a transfer olunub. Beşiktaş üçün ilk liqa oyununu 12 sentyabr 2004-cü ildə Sakaryaspor ilə matçda etdi , 15 may 2005-ci ildə İstanbulspor qarşısında ilk liqa qolunu vurdu. 8 aprel 2006-cı ildə " Malatyaspor" matçında azarkeşlərlə yaşadığı hadisələrə və oyundan sonra verdiyi açıqlamalara görə "Beşiktaş" rəhbərliyi tərəfindən 100 min TL cərimə edilmiş və qeyri-müəyyən müddətə heyətdən kənarlaşdırılmışdır.
Çağdaş çoxtanrılıq
Çağdaş çoxtanrılıq, müasir bütpərəstlik və ya neopaqanizm tarixi çoxtanrılı inanclarının, xüsusən də çağdaş Avropadan öncəki çoxtanrılı inancların davamı və ya onlardan irəli gəldiyini iddia edən müasir dini cərəyanlara verilən ümumi addır. Onların bir çox oxşaqları olsa da, çağdaş çoxtanrılı dinlər tək bir inanc, ibadət forması və ya qutsal yazı ətrafında toplaşmır. Çağdaş çoxtanrılıq tarixi təcrübə ilə çağdaş anlayış arasında sintez edilir, xristianlıq və islamdan öncəki folklor və etnoqrafik qaynaqlardan təsirlənir. Bir çoxları bu inancı tamamilə çağdaş anlayışla, bəziləri isə tarixi qaynaqlarda gördükləri kimi canlandırmaq istəyir. Ümumiyyətlə, politeizm, animizm və panteizm çoxtanrılı inancın ümumi elementləridir. Çoxtanrılı bayramlar arasında ən çox yayılmışları mövsümi festivallar və il dəyişimi. Çoxtanrılı sözü bu gün də fərqli çoxtanrılı inancaları cəmləyir və başqa adlarla yeni inanclar yaradır. Çağdaş bütpərəstlər çoxlu tanrı varlığına inanır. Onlar həmçinin bir çox “aşağı səviyyəli” varlıqlara inanır. Bəziləri “uca varlığa ” inansalar da, ona insani keyfiyyətlər aid etmirlər.
Çağdaş İslam fəlsəfəsi
Çağdaş İslam Fəlsəfəsi — Çağdaş İslam fəlsəfəsi orta əsr İslam fəlsəfəsinin bəzi məsələlərini canlandırır. Bunlara xüsusilə elm və hüquqda mötəzilə və əşərilərin əxlaq baxışları arasındakı gərginliyi, müsəlmanların vəzifəsi və İslamın bilik sosiologiyasında və etik kodların və hüquqi kodların formalaşmasında, xüsusilə fiqh (yaxud “İslam hüququ”) və cihad (yaxud “ədalətli müharibə”) qaydaları və başqalarını örnək vermək olar. Fərqli regionlardan olub məşhur axınları təmsil edən fiqurlar: Məhəmməd İqbal ― sosial ədalət ideallarına əsaslanan İslami oyanışa can atır və ənənəvi qaydaları təviq edirdi (məsələn, sələmçiliyə qarşı). O, qəti şəkildə iddia edirdi ki, ilk İslamda və xüsusən də Məhəmmədin özü tərəfindən dərindən rədd edilən dogma, millətçilik və açıq irqçilik müsəlmanları bir-birinə qarşı döyüşən qruplara parçalayır, materializm və nihilizmi təşviq edir. Onun düşüncələri milli şair kimi hörmət gördüyü Pakistanda azadlıq hərəkatının ortaya çıxmasında təsirli olmuşdur. Onun İslam anlayışı həmçinin dolayı yollarla Malkolm X və digər İslamın beş əsasına dayanan global etika axtarışında olan fiqurlara da təsir etmişdir.İqbalın fəlsəfi düşüncəsi əsasən yazarın 1934-cü ildə nəşr edilən "İslamda dini düşüncənin yenidən inşası" əsərində öz əksini tapmışdır.
Azərbaycan tarixinin çağdaş problemləri (kitab)
Çağdaşlaşma
Çağdaşlaşma, müasirləşdirmə və ya modernləşdirmə (ing. Modernization) — bir şeyin yeniləməsi, indiki vaxtın tələblərinə, spesifikasiyalarına və keyfiyyət göstəricilərinə uyğun edilməsi. Çağdaşlaşmadan keçən əsas avtomobillər, qurğular və texnoloji proseslər olur (məsələn, bilgisayar çağdaşlaşması). Tarix mənası ənənəvi cəmiyyətin çağdaş cəmiyyətə dönməsidir, məsələn, aqrar cəmiyyətin sənayeyə.
Çaldaş
Çaldaş (Gədəbəy)
Çardaş
Çardaş (mac. csárdás - aşxana, meyxana) — macar xalq rəqsi. 1801-ci ildə macar qaraçısı Yanoş Bixari Peşt şəhərində orkestr yaradır və həmin kollektiv üçün mahnı və rəqs melodiyalarını işləyir. Çox şıdırğı skripkaçı olan Y. Bixari 80-dən artıq əsərdə verbunkoş üslubunu son dərəcə yetkinləşdirir ki, sonralar onun əsasında çardaş janrı yarandı. Verbunkoşun mahiyyəti hələ lazımlı şəkildə öyrənilməyib, lakin burada əski xalq rəqsləri (haydut və çoban rəqsləri) ilə yanaşı müsəlman şərqinin və digər üslubların təsiri duyulur. Verbunkoş dil-üslubu rəmzlər, bədii surətlər və qeyri-adi melodik «gəzişmələrlə» zəngindir. Çardaş rəqsi 2 hissədən ibarətdir: yavaş və cəld. Ölçüsü 2/4-dir, kəskin sinkopa ritmi ilə seçilir. Çardaş rəqsinin elementlərindən bir sıra məşhur musiqi əsərlərində istifadə edilmişdir: F. Listin "Macar rapsodiyaları", Y. Bramsın "Macar rəqsləri", Pyotr Çaykovskinin "Qu gölü" baleti və s.
Ağdaş
Ağdaş — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsində şəhər, Ağdaş rayonunun inzibati mərkəzi. XVI əsrdən şəhərdir. 19-cu əsrin əvvəllərində "Üçqovaq" adlanırdı. == Tarixi == XIX əsrin əvvəllərində Şəki xanlığının Ağdaş mahalında kiçik bir kənd olan Üçqovaq, daha sonra "Ağdaş" adlanmışdı. Cənubi Qafqazın Rusiya imperiyasının işğalı altında olduğu dövrdə — 1819-cu ildə, Şəki xanlığının yerində Şəki əyaləti yaradıldı. Daha sonra, 22 (10) aprel 1840 il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən, Şəki əyaləti yeni təşkil edilmiş Kaspi vilayətinin tərkibinə daxil edildi və bundan sonra "Şəki qəzası" adlandı. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, Şəki qəzası əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edildi. Bu dövrlərdə Şəki qəzası inzibati mərkəzinin adına uyğun rəsmən "Nuxa qəzası" adlanırdı. 1873 ildə Nuxa qəzası ərazisinin bir hissəsində ayrıca bir qəza — Ərəş qəzası təşkil edildi və Ərəş qazasının inzibati mərkəzi isə Ağdaş kəndi oldu. 1887-ci ildə Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu.
Ağdaş bələdiyyəsi (Ağdaş)
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çaldaş (Gədəbəy)
Çaldaş — Azərbaycan Respublikasının Gədəbəy rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Çaldaş kəndi dağətəyi ərazidədir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini Qazax r-nunun Birinci Şıxlı və İkinci Şıxlı kəndlərindən köçüb gəlmiş eyvazlılar nəslinin aşıqlı tirəsinə mənsub ailələr salmışlar. Kəndin ərazisində Böyükçal və Balaçal adlı iri boz daşlarla örtülü sahələr vardır. Kənd öz adını bu ərazinin adından almışdır. Oronim çal (boz rəng) və daş sözlərindən düzəlib, "boz dağlıq" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1233 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çaldaş (Oğuz)
Çaldaş (əvvəlki adı: Astraxanovka) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Astraxanovka kəndi Çaldaş kəndi adlandırılmışdır. Çaldaş kəndi Böyük Söyüdlü kənd inzibati ərazi dairəsinə daxildir. Rayon mərkəzindən 45 kilometr cənubda, Acınohur alçaq ön dağlığı bölgəsində, Müqəddəsdağın (764 m) şərq tərəfində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 380 metrdir. Kəndi 1849-cu ildə Rusiyadan Azərbaycana köçürülmüş rus-molokanlar salmışlar. Zaman keçdikcə özləri ilə bu adı buraya gətirmiş ruslar kənddən köçüb getmiş, ad qalmışdır. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Həştərxan vilayətindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Həştərxan" şəhəri və vilayətinin rusca adı olan "Astraxan" (yer adı) və rusca yer adlarında istifadə olunan "-ovka" şəkilçisindən ibarət olub, "həştərxanlılar, həştərxanlıların yaşadığı yer" mənasındadır.
Çaldaş bələdiyyəsi
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çaldaş dağı
Çaldaş dağı - Oğuz və Qəbələ rayonları ərazisində dağ. Baş Qafqaz silsiləsindən ayrilan qolun zirvəsidir. Hündürlüyü 3447 metrdir. Oronim çal (boz rəng) və daş (dağ, qaya) sözlərindən düzəlib, "boz qaya" mənasındadır. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, I cild. Bakı,2007. səh.129.
Çaldaş məbədi
Çaldaş məbədi - Abidə Gədəbəy rayonunun Çaldaş kəndində şəxsi həyətyanı sahədə yerləşir və Qafqaz Albaniyasının maddi irsinə aiddir. IX-XI əsrlərə aid olduğu güman edilən bu alban məbədinin dam örtüyü tamamilə dağılıb. Məbədin 1-1,5 metr hündürlüyündə divarları, altar hissəsi bu günəcən qalıb. Qədim alban mədəniyyətinin nümunəsi olan bu məbəd hazırda memarlar və alimlər tərəfindən öyrənilir. Amma bu Gədəbəydə aşkar olunan yeganə alban məbədi deyil.
Çardaş (dəqiqləşdirmə)
Çardaş - macar rəqsi. Çardaş (film, 1973) - film.
Hacılar (Ağdaş)
Hacılar — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycan Respublikasının bir çox bölgələrində, Gədəbəy, Laçın, Tovuz, Xaçmaz, Ağcabədi, Bərdə rayonlarında Hacılar yaşayış məntəqəsi mövcuddur.
Hapıtlı (Ağdaş)
Hapıtlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Hapıtlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Orta Ləki kənd inzibati-ərazi vahidindəki Hapıtlı kəndi Aşağı Ləki kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Hapıtlı kəndi Aşağı Ləki kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Hapıtlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Quba rayonunun Hapıt kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. Mənbələrin verdiyi məlumata görə, XIX əsrin ortalarında Goyçay qəzasında 736 haputlu ailəsinin məskunlaşdığı Haputlu I Məlikli, Haputlu Gideyli, Haputlu Nətəs Qacar, Haputlu Hacıhətəmli, Haputlu Mollaqasımlı kəndləri var idi. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 23 km cənubda, Şirvan düzündə yerləşir.
Ləki, Ağdaş
Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ləki qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbənin adı Lək adlı Oğuz qəbiləsindən gəlir. Tatarıstanda da eyniadlı kənd mövcuddur. == Ümumi məlumat == Ləki qəsəbəsi Bakı-Tbilisi dəmir yolu magistralının və Bakı-Qazax şose yolunun üzərində yerləşir. Həm Ağdaşın, həm də Qəbələ rayonunun müəssisə və təsərrüfatlarının ünvanlarına gələn poçt, tikinti materialları və müxtəlif əşya və avadanlıqlar Ləki dəmiryol stansiyasında qəbul edilib sahiblərinə çatdırıldığından, Ləki həm də, bu iki rayonun giriş qapısı hesab edilir. Qəsəbədə 1883-cü ildə əsası qoyulan dəmiryol stansiyası, Ləki pambıqtəmizləmə zavodu, qabların sinkləşdirilməsi zavodu, gübrə zavodu, habelə neft məhsulları bazası, taxıl qəbulu məntəqəsi, orta məktəb, yeddi illik uşaq musiqi məktəbi, iki uşaq bağçası, poliklinika, və sair ictimai-iaşə və məişət obyektləri yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən inzibati cəhətdən Bakı quberniyasının Ərəş qəzasına daxil olan Ləki kəndində əsasən etnik azərbaycanlılardan ibarət hər iki cinsdən toplam 2.601 nəfər əhali yaşayırdı. Hazırda Ləki qəsəbəsinin əhalisinin sayı 3900 nəfərdən çoxdur. Əhalinin 98 %-indən çoxunu azərbaycanlılar, qalanını isə ləzgi, rus və s. millətlər təşkil edir.
Mürsəl (Ağdaş)
Mürsəl — Azərbaycan Respublikasının Ağdaş rayonunun Mürsəl kənd inzibati ərazi dairəsində kənd.
Nemətabad (Ağdaş)
Nemətabad — Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Nemətabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi tərkibindəki Nemətabad kəndi rayonun ərazi vahidləri siyahısından çıxarılmışdır.
Ovçulu (Ağdaş)
Ovçulu — Azərbaycan Respublikasının Ağdaş rayonunun Hapıtlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Orta Ləki kənd inzibati-ərazi vahidindəki Ovçulu kəndi Aşağı Ləki kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ovçulu kəndi Aşağı Ləki kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Hapıtlı kəndi mərkəz olmaqla, Hapıtlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Qaradağlı (Ağdaş)
Qaradağlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Qaradağlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qaradağlı kəndinin ərazisindən 95,05 ha (bundan dövlət mülkiyyətində olan 21,97 ha və xüsusi mülkiyyətdə olan 73,08 ha) torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
Qaradeyin (Ağdaş)
Qaradeyin — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradeyin kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Qaradeyin kəndi Eymur kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaradeyin kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kəndin adı tarixi türk tayfalarının adı ilə bağlıdır. Bəzi mənbələrdə bu ad qara dərili, qarabuğdayı insanlar kimi təsvir olunur. İld dəfə bu adda kənd XIX əsrdə rusçarı tərəfindən qurulur və plana əsasən bir qrup əhali köçürülərək yaşayış məntəqəsi salmaq lazım idi. Buna səbəb kimi buranın təbiətinin əlverişli olması, Kür çayının qoynunda yerləşməsi, torpağının isə çox məhsuldar olmasıdır. Bu kəndə daimə diqqət yüksək olmuşdur. 1913-cü ildə Yelivazetpol quberniyasının tərkibində yaradılan kənd əvvəl Göyçay rayonuna, sonradan qərara əsasən Ağdaş rayon tabeliyinə verildi. Kənd mürəkkəb relyefə məxsusdur. Belə ki bura Ağdaşın vahəsi demək olar, kəndin ətrafını şoranlıqlar bürüməsinə baxmayaraq kəndin içinə doğru yaşıllıqlar maksimuma çatır.
Qaraoğlan (Ağdaş)
Qaraoğlan — Azərbaycan Respublikasının Ağdaş rayonunun Pirəzə kənd inzibati ərazi dairəsində kənd.
Qumlaq (Ağdaş)
Qumlaq — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Qəribli (Ağdaş)
Qəribli — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qəribli kəndi Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qəribli kənd inzibati ərazi vahidi yaradılmışdır.
Kotavan (Ağdaş)
Kotavan — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kotavan kənd inzibati ərazi dairəsində kənd. Kür çayının sahilində, Şirvan düzündədir. == Etimologiyası və tarixi == Kotavan kəndi 1913-cü ildə Gəncə quberniyasının inzibati-ərazi bölgüsünə görə Ərəş qəzasının Kotavan kənd cəmiyyətinə tabe idi . Kənd 1926-cı ildə Azərbaycan SSR-in inzibati ərazi bölgüsünə görə Göyçay qəzasının Ləki dayağına tabe idi. İnzibati bölgü islahatlarından və qəzalar ləğv edildikdən sonra 1929-cu ildə Azərbaycan SSR-in Ağdaş rayonunda Kotavan kənd soveti yaradıldı . 1961 və 1977-ci illərin inzibati ərazi bölgüsünə görə Kotavan kəndi Azərbaycan SSR Ağdaş rayonu Kotavan kənd Sovetinin tərkibində olmuşdur . 1999-cu ildə Azərbaycan Respublikasında inzibati islahat aparıldı və Ağdaş rayonunun Kotavan bələdiyyəsi yaradıldı . Keçmişdən adını saxlayan kəndin əsasını "Qasımuşağı" nəsli qoymuşdur. Yerli əhalinin məlumatına görə, kənd əvvəlcə Qarabağda olmuş, XVIII əsrdə indiki yerə köçürülmüşdür. Hazırda Ağdam rayonunun "Boyəhmədli" və Bərdə rayonunun "Məşədi İbişli" kəndlərinin ərazisində Kotavan arxı adlı yer mövcuddur.
Maldaş
Maldaş — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 41 km məsafədə yerləşir. XIX əsrin ortalarında qışlaq əsasında yaranmış kənddir. Qışlaq mal-qaraya sal daşlar üzərində duz verilən "Maldaş" yerinin adını əks etdirir. == Toponimi == Toponim Azərbaycan dilində "iri buynuzlu ev heyvanı, mal-qara, qaramal" mənasında işlənən mal sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qardaş
Ata və anası bir olan uşaqların bir-birinə bağlılığı (bir-birinə bağlayan əlaqə).
Saldaş
Saldaş — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Saldaş kəndi Hərtiz dağının cənub-qərbində, dağətəyi ərazidədir. Kəndin ərazisi əvvəllər sofülu tayfasına məxsus qışlaq yeri olmuş və Saldaşlıq adlanmışdır. Sonralar yaşayış məntəqəsinə çevrilən qışlaq Saldaş kimi rəsmiləşdirilmişdir.
Sığdaş
Sığdaş — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kəndi Böyük Kolatan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sığdaş kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Sığdaş kəndinin ərazisindən 40,60 ha (bundan bələdiyyə mülkiyyətində olan 4,0 ha və xüsusi mülkiyyətdə olan 36,60 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. Oykonim sığ (talış, “daş”) və daş sözlərindən düzəlib, oradakı çınqıl daşlarının olması ilə bağlı yaranmışdır. Bəzi tədqiqatçılara görə, oykonimin ikinci komponenti fars dilindəki “dəşt” (çöl, biyaban, düz) sözünün qısaldılmış formasıdır. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Sığdaş kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qodman kəndində toplam 57 evdə etnik talışlardan ibarət 339 nəfər (205 nəfəri kişilər, 134 nəfəri qadınlar) şiə təriqətli müsəlman əhali yaşayırdı. Viləşçay sahilində yerləşən Sığdaş kəndi həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi. Yeni salınmış kiçik kənd olan Qodman öz adını sahilində yerləşdiyi Qodman çayından almışdır. Hazırda kənd əhalisinin sayı 1505 nəfərdir.
Xaçdaş
Xaçdaş nəzəriyyəsi — memarlıq elmləri doktoru Davud Axundov və tarix elmləri doktoru Murad Axundov tərəfindən 1980-ci illərdə müxtəlif elmi və dövri ədəbiyyatda təqdim edilmiş tarix nəzəriyyəsidir. Nəzəriyyə müəllifləri Azərbaycan və Ermənistan ərazilərində yerləşən, bir çoxu Qafqaz Albaniyası və orta əsrlər xristian knyazlıqları dövrlərinə aid olan monumental stellaları "xaçdaş" adlandırır, onların üzərindəki dini simvolikanı isə xristianlıqdan əvvəlki dinlərlə - Zərdüştilik və Mitraizmlə əlaqələndirirlər. D. A. Axundov və M. D. Axundovun 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı kitabda əks olunmuş fikirlər əsasında hazırlanmış elmi məruzə, nəzəriyyə müəllifləri tərəfindən 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində səsləndirilmiş və qalmaqala səbəb olmuşdur. Nəzəriyyə müəllifləri tədqiq etdikləri monumental xristian stellalarını dörd növə bölürlər: Xaçın xaçdaşları, Arsak Xaçdaşları, Cuğa xaçdaşları və Yenivəng xaçdaşları. Xaçdaş nəzəriyyəsinə görə, müəlliflərin müxtəlif qruplara aid etdikləri bu stellalar bədii tərtibat və dizayn baxımından bir-birindən fərqlənən qrup xüsusiyyətlərinə malikdir. 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı əsərində (rus. "Культовая символика и картина мира, запечатленная на храмах и стелах Кавказской Албании) D. A. Axundov və M. D. Axundov bildirirlər ki, müxtəlif dövrlərdə Qafqaz Albaniyasının tərkibinə daxil olmuş və Alban Həvari Kilsəsinin tabeliyində olmuş ərazilərdə (müasir Azərbaycan Respublikası, Naxçıvan MR və Ermənistan Respublikasının Sünik mərzi) aşkarlanmış stellalar və məzar daşları Qafqaz Albaniyasının xristianlıqdan əvvəlki dini görüşləri (xüsusilə Zərdüştilik və Mitraizm) ilə əlaqəli olub, xristian və paqan dini baxışlarının qarışımından yaranmış dünyagörüşünü əks etdirir. Müəlliflər bu cür tarixi abidələr üçün ümumiləşdirici ad kimi "xaçdaş" (Azərbaycan dilində "xaç" və "daş" sözlərindən) termini istifadə etməyi təklif edirlər. 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində D. Axundov məruzə ilə çıxış edərək nəzəriyyəni səsləndirir və bu hadisə qalmaqala səbəb olur. Ermənistandan gələn nümayəndə heyəti konqresi tərk etməyə hazır olduğunu bəyan edir, Leninqraddan gəlmiş elm xadimləri isə Axundovun məruzəsini psevdo-elmi siyasi aksiya kimi qiymətləndirirlər.
Yaddaş
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Yağdan
Yağdan (erm. Յաղդան) — Ermənistan Respublikasının Loru mərzində kənd. Kənd 1818–1821–ci illərdə Osmanlı İmperiyasından köçürülmüş yunanlar tərəfindən salınıb. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Yağdan bələdiyyəsi"ni (erm. Յաղդան համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de-yure) daimi əhalisi 233 nəfərdir.
Ağdaşi
Ağdaşi — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Məhəmməd Ağdaşi Mənsəbi Ağdaşi - XVIII əsr şairi Qul Əhməd Ağdaşi - (XVI) Gül Əhməd Şirvani əl-Ağdaşi əl-Cardami - XVI. Əsrin məşhur məntiq alimlərindən biri Qunut şərhi risaləsi var. Sədrəddin Şirvani əl-Ağdaşinin Ayətəl Kürsi Təfsiri risaləsi. Şeyx Əməd Əl Ağdaşi Abdullah Əfəndi el-Ağdâşî Məhəmməd Nəbi Ağdaşi Şeyx-i Kamil Şeyx Molla Məhəmməd əl-Ağdaşi əş-Şirvani ibn Rüqeyyə Xatun'un Abdulaziz Nəqşibəndi əl-Ağdaşinin Tuhfətul İxvan risaləsi və müridlərindən Trabzonlu Ali Nəfi əfəndinin mədhiyyəsi Abdunnafi Ağdaşi- namaz təlimi kitabı.
Bağdad
Bağdad (ərəbcə: بغداد) — İraqın paytaxtı. Əhalisi 6 milyon nəfərdir (2011) Bağdad Yaxın Şərqin ən iri şəhərlərindən biridir. Bağdad İraqın siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Burada hökumət, bütün mərkəzi dövlət və dini müəssisələr və diplomatik nümayəndəliklər yerləşir. Burada həmçinin çoxlu universitetlər, təhsil müəssisələri, teatrlar, muzeylər və tarixi abidələr vardır. == Etimologiya == Bağdad Abbasilər dövründə,əsası 752-ci ildə qoyulub.O vaxtlar şəhəri Mədinə-əs-Səlam yəni "sülh şəhəri"adlandırıblar.Məşhur azərbaycan coğrafiyaşünas və səyyah Şirvaninin fikrincə şəhərin adı Ənuşirəvan tərəfindən salınan bağla əlaqəlidir.Rəvayətə görə "Dad" müqəddəs şəxs imiş.Bu fikrə əsasən Bağdad sözünün mənası "Dadın bağı" deməkdir.Bağdad sözünün qədim fars dilində "Allahverdi" olduğu deyənlər də çoxdur.
Çardaq
Çardaq — tavan ilə dam arasında yerləşən boşluq. Çardaqlar əsasən həyət evlərində olur. Evin çardaq hissəsinin otaq kimi istifadə edilməsidə mümkündür. Çardaqlar adətən evdə olan əlavə əşyaların saxlanıldığı və toz ilə əhatə olunmuş bir məkan konseptini xatırladır. Kənd yerlərində çardaqlarda ərzaq və süd məhsullarının sərin formada saxlanılmasında istifadə edilir.
Çaydam
Çaydam (monq. Цайдам) — tektonik düzənlik, Tibet öndağlığının şimal-şərqində qərarlaşır. Səhra hər tərəfdən dağlarla örtülüdür. Cənubdan Bokalıktaq və Burxan-Budda, şimal-şərqdən Nanşan, şimal-qərbdən isə Altıntaq dağları ilə əhatələnir. Çaydam düzənliyi inzibati cəhətdən Xaysi-Monqol-Tibet muxtar rayonu ərazisində yerləşir. Çaydam düzənliyi 700 uzunluğa və 100–300 km enə malikdir. Şimal-qərbi qum-gilli suxurlardan təşkil olunmuşdur. Burada hündürlük 2600—2900 metr olduğu halda cənub-şərqi aşağı nisbətən aşağıdır. Şoranlıqlar 1600 km² əraziyə malikdir. İqlimi kəskin kontinentaldır.
Çaydan
Çaydan — qaynar su hazırlamaq üçün istifadə edilən kiçik bir mətbəx ləvazımatı. Çaydanlar, bir soba üzrə yerləşdirilməsi ilə və ya öz elektrik qızdırıcı element tərəfindən qızdırıla bilər. İlk çaydanlar bişirməkdən başqa məqsədlər üçün qədim Mesopotamiyada istifadə olunmuşdur.
Kaldas
Kaldas (isp. Caldas) — Kolumbiyanın 32 departamentindən biri, departamentin adı kolumbiyalı vətənpərvər Fransisko Xose de Kaldasın adına nəzərən adlandırılmışdır. İnzibati mərkəzi - Manisales şəhəridir.
Maqqaş
Maqqaş — ərəb mənşəli alınma söz olub, Azərbaycan dilində 2 mənada işlənir: 1. Çox xırda şeyləri tutub götürmək, sıxmaq və ya qoparmaq üçün kiçik maşayaoxşar alət. Maqqaşla tük çəkmək. 2. Xəmirdən hazırlanan şirniyyatın üzünü naxışlamağa məxsus ağzı dilikli kiçik alət. Azərbaycanın milli şirniyyat növü olan Şəkərburanın üstünü bəzəmək üçün istifadə olunur. Şəkərburalara maqqaşla naxış vurmaq.
Raqdan
Raqdan — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində Qəbələ və Dağıstan ərazisində yerləşir. Hündürlüyü 4020 metrdir.
Vaquas
Qozlu (əvvəlki adı: Vaquas) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vaquas kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vaqaus kəndi Qozlu kəndi adlandırılmışdır. XIX əsrdə buraya erməni ailələri köçüb gəldikdən sonra kəndin adı ermənicəyə tərcümə edilərək Vaquas (Qozlu) kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə keçmiş adi bərpa edilmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır. Qozlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Qozlu kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qozlu kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Çadgan
Çadigan — İranın İsfahan ostanının şəhərlərindən və Çadigan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,037 nəfər və 1,872 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan (şamlılar, bayatlar və inanlılar) ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin adı "çatdamaq" və ya "çatmaq" sözündən gəlibdir.