Kvota

1) Ümumi işin bir iştirakçısının payına düşən hissə; 2) Müəyyən dövr ərzində qüvvədə olan kəmiyyət məhdudiyyətləri.
Kvorum
Kvotalaşdırma
OBASTAN VİKİ
Kvota
Kvota (lat. quota — “kvoata” latınca “yuot” sözündən götürülüb, mənası “nə qədər” deməkdir) fərdi, tarif, mövsümi, qlobal və digər faiz məhdudiyyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləridir. Fərdi kvotalar – idxalına icazə verilmiş malların ümumi miqdarının mal göndərən ölkələr üzrə paylanmasını nəzərdə tutur. Tarif kvotaları gömrük vergitutmasının daha əlverişli rejimində müəyyən həcmə idxala icarə verir. Bu həcmdən artıq idxal üçün daha az əlverişli rejim tətbiq edilir. Mövsümü kvotalar ilin müəyyən fəsillərində ölkə daxilində istehsalın yüksək olduğu dövrlərdə tətbiq edilir. İdxalın müəyyən vaxt dövrü nəzərə alınmadan məhdudlaşdırılması konkretləşdirilməmiş kvotalar adlanır. Qlobal kvotalar hər hansı malın müəyyən müddət ərzində və malgöndərən ölkələr arasında bölüşdürülmədən ümumi idxalının həcmini müəyyən edir. Belə yanaşma idxalçıya mal göndərən ölkəni seçmək azadlığı verir.
Ekran kvotası
Ekran kvotası — hökumət tərəfindən daxili mədəniyyət sənayesinin qoruması məqsədi ilə, nümayişçilərə (məsələn, kinoteatrlara və televiziya kanallarına) daxili mədəni malların nümayişlərinin minimumu təyin etməsi. Braziliyada ekran kvotaları 1930-cu illərdən başlayaraq tədbiq olunmağa başadı. O zaman qaydaya görə, xarici filmlərinin seanslarından öncə yerli filmlər nümayiş olunmalı idi. 1950-ci illərdə isə Braziliya kinoteatrları il ərzində ən azı 42 gün yerli filmləri göstərməli idilər. 1971-ci ildə bu rəqəm 42-dən 84-də qalxıb, çünki Braziliyada illik şəkildə istehsal olunan filmlərinin sayı artırdı. Eyni zamanda, çox sayda kinoteatrlar hətta köhnə sistemin çərçivəsində gəlirlərini itirdiklərindən xəbər verirdi. Nəticədə, bir sıra kinoteatr şəbəkəsi birgə film istehsalı şirkətini açıblar. Müstəqil rejissorlarlar birləşərək, onlar bazara çox sayda erotik komediya buraxırdılar. 1966-ci ildə Cənubi Koreyanın Film qanunun ikici dəyişikliyi çərçivəsində ölkədə ilk dəfə ekran kvotanı tətbiq edilib. O zaman Koreya filmlərin nümayişi üçün hər il 90 gün ayırılıb.

Digər lüğətlərdə